Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-713/2025 16.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhərində yerləşən X2 xx.xx.2023-cü il tarixdə həkim X1 tərəfindən liposaksiya (artıq çəkidən azad olma və bədənşəkilləndirmə) əməliyyatı olmuşdur. Əməliyyat üçün tərəfindən 4500 manat dəyərində pul vəasiti ödənilmiş və həkimlə danışıqlar aparıldığında iddiaçıya bildirmişdir ki, əməliyyat uğurlu keçəcək və istənilən nəticəyə nail olacaq. Əməliyyatdan sonra klinikanın həkimi olan Cavabdeh2yev iddiaçıya resept yazaraq müəyyən müddətdə sistem vurdurmağı tövsiyə etmişdir. Sonraki müddətdə sistem iddiaçının bədənində əks təsir göstərməyə başlayaraq qaşıntı və səpkilər yaratmağa başlamışdır. Sistemlər cavabdeh tərəfindən, cavabdeh klinikaya köçürülmüşdür. Müalicə dövründə həmin sistem üçün iddiaçı tərəfindən məbləğ klinikaya ödənilmişdir. Həmin əməliyyat və sonraki reabilitasiya mərhələsi iddiaçının səhhətinə ciddi şəkildə zərər vurmuşdur və hal-hazırda da belə olmağa davam edir. Cavabdehlər iddiaçının bu fəsadların aradan qaldırılmasını və vurulmuş zərərin ödənilməsini tələb etməsinə baxmayaraq imtina etmişdirlər. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh1 MMC- X8 və Cavabdeh2 müştərək qaydada ona vurulmuş zərərin əvəzi kimi 3000 manat pulun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırkı məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X6 tərəfindən verilən ******* saylı xəstəlik tarixindən çıxarış epikrizdən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı “Lokal piylənmə E65.0” diaqnozu qoyulmuş, anamnezdən görünür ki, xəstə uzun müddətdir piylənmədən əziyyət çəkir, buxaq liposasiyası ilə bağlı başqa klinikada əməliyyat olmuş, əməliyyat xoşuna gəlmədiyi üçün X5 estetik-plastik cərrahına müraciət etmişdir, X2 “Total Liposaksiya” cərrahi əməliyyatı olmuş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, aparılan müalicələr-antibiotikoterapiya, ağrıkəsicilər, venadaxili infuziyalar.Həmin çıxarışdan müəyyən edilir ki, xəstənin daxil olma tarixi - 21 dekabr 2023-cü il, çıxma tarixi 23 dekabr 2023-cü il olmuşdur. İş materiallarında olan 01 may 2024-cü il tarixli X3 təmizlənməsinin aparılma metodu protokolundan görünür ki, İddiaçı allergiya diaqnozu qoyulmuşdur. İş materiallarında olan “X10” klinikasının 26 dekabr 2023-cü il tarixli göndərişindən görünür ki, həmin klinikanın tibb bacısı X9 Məhərrəmovun resept əsasında sistemlərini icra etmişdir. Həkimin (Cavabdeh2) yazdığı təyinat üzrə xəstə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası Mərkəzi və X4” publik hüquqi şəxsinin 08 aprel 2025-ci il tarixli 207/KEŞ saylı məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən İddiaçı mütəxəssis müayinəsi zamanı aparılmış “Total liposaksiya” (qarın, bel, buxaq, kürək, nahiyələri), “Lipofilling” və “Anus ətrafında papilloma xallarının götürülməsi (HPV)” cərrahiyə əməliyyatlarından sonra onda ağırlaşma və ya fəsad müəyyən olunmamışdır. Cavabdeh1 klinikasında həkim Cavabdeh2 həkim göstərişi əsasında 26 dekabr 2023-cü il, 28 dekabr 2023-cü il, 29 dekabr 2023-cü il, 02 yanvar 2024-cü il, 06 yanvar 2024-cü il, 08 yanvar 2024-cü il və 20 yanvar 2024-cü il tarixlərdə İddiaçı aparılmış venadaxili infuziyaların onda hər hansı bir allergik reaksiyalara səbəb ola bilməsi barədə tibbi sənədlərdə qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qəranmn 1-ci hissəsinə əsasən, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsi müəyyən edir ki, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. “Mənəvi zərərin odənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarında gostərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin odənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar kecirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri muəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, hər bir şəxsin hüququ qanunla muhafizə edilir. Qanunla mudafiə edilən sağlamlıq və digər hüquqa edilən birbaşa və ya dolayısı ilə hüquqa zidd əməl nəticəsində zərər vuran təqsirli şəxs, həmin zərərin əvəzinin odənilməsi üçün məsuliyyət daşıyır. Mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli torədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən, hər üç əlamətin birgə mövcud olması nəticəsində mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən dəymiş zərərin odənilməsi tələb edilə bilər. Çünki delikt torətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna gorə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ gorə təqsirin olması ilə şərtləndirilmişdir. Bunun üçün də iddiaçı cavabdehin onun arvadının müalicəsi zamanı səhhətinə zərər vurmasını və buna gorə də sonuncunun əməlinin hüquqa zidd olması və məsuliyyət daşımasını sübut etməlidir. "Mahmudov Rusiyaya qarşı" iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun olaraq iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Beləliklə, mülki işdə olan sübutlarla və ekspertizanın rəyləri ilə təsdiq edilir ki, İddiaçı mütəxəssis müayinəsi zamanı aparılmış “Total liposaksiya” (qarın, bel, buxaq, kürək, nahiyələri), “Lipofilling” və “Anus ətrafında papilloma xallarının götürülməsi (HPV)” cərrahiyə əməliyyatlarından sonra onda ağırlaşma və ya fəsad müəyyən olunmamışdır. Cavabdeh1 klinikasında həkim Cavabdeh2 həkim göstərişi əsasında 26 dekabr 2023-cü il, 28 dekabr 2023-cü il, 29 dekabr 2023-cü il, 02 yanvar 2024-cü il, 06 yanvar 2024-cü il, 08 yanvar 2024-cü il və 20 yanvar 2024-cü il tarixlərdə İddiaçı aparılmış venadaxili infuziyaların onda hər hansı bir allergik reaksiyalara səbəb ola bilməsi barədə tibbi sənədlərdə qeydiyyat aparılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, eyni zamanda cavabdehlərin təqsirli olmasını sübut edə bilmədiyindən onun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-713/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-713/2025
16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver