Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7206/2024 20.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilməsi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, ünvan 1 mənzilə (Yeni qaydalarla: AZ1142, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 718, M8, m3) istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Bakı şəhəri, Xətai rayonu, ünvan 1 mənzilə (Yeni qaydalarla: AZ1142, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 718, M8, m3) istifadə hüququnun itirilməsinə İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev "78, mənzil 24 (Yeni qaydalarla: AZ 1142, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 718, M8, m3) iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda da mülkiyyətindədir. Həmin mənzili alqı-satqı müqaviləsi ilə almışdır. Cavabdehlər alqı-satqı müqaviləsi bağlanan zaman həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəliyinə götürməsinə baxmayaraq hal-hazıradək könüllü qeydiyyatdan çıxmamışlar. Bu hal iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda cavabdehlər həmin mənzildə yaşamır və istifadə hüquqları yoxdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, cavabdehlər keçmiş mülkiyyətçi və onun ailə üzvləri olmuşdur və hal-hazırda qeydiyyatdan çıxmadıqları üçün və bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarını pozduğu üçün məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 faktiki yaşayış yerləri məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin həmin mənzilin yerləşdiyi əraziyə xidmət edən poçt idarəsi tərəfindən “köçüb” qeydi yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehlərin məlum olan axırıncı yaşayış yerləri üzrə müvafiq icra hakimiyyəti orqanının cavabdehlərin həmin mənzildə yaşamamalarına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehlər in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, satıcı X3 Bakı şəhəri, Xətai rayonu, ünvan 1 mənzili alıcı İddiaçı mülkiyyətinə verir. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 mənzil (Yeni qaydalarla: AZ1142, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 718, M8, m3) İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 29 saylı MKİS tərəfindən verilmiş 286 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qeydiyyatdadırlar, lakin yaşamırlar. İş materiallarına əlavə olunmuş ********** saylı, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi verərkən 100 manat dövlət rüsumu ödəmişdir. “Elektron məhkəmə” informasiya sisteminin “notariat əməliyyatları və açılmış vərəsəlik işləri” barədə məlumatlardan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 X2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən mənzilin satılmağına etirazları yoxdur. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili (ev, mənzil, otaq) tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdələrinə götürürlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında iddiaçının Bakı şəhəri, Xətai rayonu, ünvan 1 mənzili üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Cavabdehlər isə mənzilin keçmiş mülkiyyətçisi, onun ailə üzvləri və keçmiş sakinləri olmaqla hazırda həmin mənzildə yaşamır və iddiaçının ailə üzvü deyildirlər. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 mənzildə qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır və onun mübahisəli yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 X4 övladlarıdır. Onlar azyaşlı olduğundan X5 məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi qismində tanınmışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli Bakı şəhəri, Xətai rayonu, ünvan 1 mənzilə qeydiyyatı formal xarakter daşıdığından, onlar həmin mənzildə qeydiyyatda qalmaqları iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırıldığından, həmçinin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə olmadığından, cavabdehlərin həmin mənzildən istifadə hüququ itirilməlidir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Bakı şəhəri, Xətai rayonu, ünvan 1 (Yeni qaydalarla: AZ1142, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 718, M8, m3) mənzildən istifadə hüququ itirilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Bakı şəhəri, Xətai rayonu, ünvan 1 (Yeni qaydalarla: AZ1142, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 718, M8, m3) mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7206/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7206/2024
20.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver