Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7251/2021 15.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 və Cavabdeh2 400 (dörd yüz) manat məbləğində verilmiş sığorta ödənişinin və 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 03 mart 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Mercedes Benz S500” markalı 90DD103 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 22 may 2021-ci il tarixdə Bakı şəhərində X7 tərəfindən idarə olunan “Mercedes Benz 230” markalı 99RM802 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Binəqədi rayon DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh1 hadisə yerini tərk etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 400 manat məbləğində sığorta ödənişi verilmişdir. Buna müvafiq olaraq, “Mercedes Benz S500” markalı 90DD103 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğundan, hadisə zamanı avtomobili Cavabdeh1 idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh2 məxsus Cavabdeh1 idarə etdiyi **-DD-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S500” markalı nəqliyyat vasitəsi 04.03.2021-ci il tarixində "xxxx" ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə 04.03.2022-ci il tarixədək sığortalanmışdır. İş materiallarında olan İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokolun surətindən müəyyən olunmuşdur ki, 22.05.2021-ci il tarixdə “Mercedes Benz S500” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasından elektron çıxarışa və ƏN-V seriyalı 178183 nömrəli etibarnamənin surətindən görünür ki, “Mercedes Benz S500” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur və etibarnə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ Cavabdeh1 verilmişdir. İş materiallarında olan ƏN-V seriyalı 363843 nömrəli etibarnamənin surətindən görünür ki, “Mercedes Benz 230” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir, etibarnamə əsasında nəqliyyat vasitəsinin idarə etmək hüququ X5 verilmişdir. İş materiallarında olan 02.06.2021-ci il tarixli, PGU 1579/21 nömrəli Dəymiş zərərin hesablanmasına dair aktın sürətindən görünür ki, “Mercedes Benz 230” markalı, **-RM-*** qeydiyyat nömrəli avtomobilin təmirinin qiyməti 400 manatdır. İş materiallarında olan "xxxx" ASC-nin 29.06.2021-ci il tarixli sığorta ödənişi ilə bağlı PGU-211686 nömrəli aktın surətindən görünür ki, 22.05.2021-ci il tarixdə sığortalı Cavabdeh2 məxsus “Mercedes Benz S500” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə zərərçəkən üçüncü şəxs X5 məxsus “Mercedes Benz 230” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sığorta hadisəsi baş vermişdir. Zərərin məbləği 400 manat müəyyən edilərək etibarnamə əsasında X1 yolu ilə ödənilmişdir. İş materiallarında olan 88610 saylı ödəniş tapşırığının surətindən görünür ki, “Mercedes Benz 230” markalı, **-RM-*** qeydiyyat nömrəli avtomobilin təmir olunması üçün 400,00 (dörd yüz) manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Cavabdeh1 tərəfindən “Mercedes Benz S500” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə 400 manat iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş tələb etmə hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Hazırkı mülki işin hüquqi əsasını təşkil edən “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Həmin Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yuxarıda istinad edilən qanunvericilik aktı normalarının tələblərini nəzərə alaraq əsasən məhkəmə hesab edir ki, sığorta hadisəsi Cavabdeh1 qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsində baş verdiyindən vurulmuş ziyanın 400 manat məbləğində hissəsi iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə də "xxxx" ASC-nin iddiası qeyd edilən hissədə təmin edilməli, verilmiş sığorta ödənişinə görə 400 (dörd yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərclərə görə 20,40 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehdən sığorta ödənişinin subroqasiya qaydasında tutulmasını tələb etsə də, məhkəməyə Cavabdeh2 baş vermiş sığorta hadisəsi ilə əlaqəsini təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, iddia Cavabdeh2 münasibətdə təmin edilmir. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Verilmiş sığorta ödənişinə görə 400 (dörd yüz) manat, dövlət rüsumuna görə ödənilmiş 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-7251/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7251/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver