Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7284/2024 11.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh X8, onun nümayəndəsi Nadezhda Abdulragimovanın iştirakları ilə İddiaçı cavabdeh X4 qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tutulmalı olan 10000 ABŞ dolları ilə yanaşı 20 % itirilmiş, yəni, 2000 ABŞ dolları, 5% məhrum olduğum faydalar, yəni, 600 ABŞ dolları, cəmi 12600 ABŞ dolları, 21420 AZN miqdarında maddi ziyanın, eləcə də, 5000 AZN mənəvi zərərin və iddia ərizəsinin verilməsinə görə 169,26 AZN dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirərək, Cavabdeh 24063 AZN miqdarında maddi ziyanın, eləcə də, 5000 AZN mənəvi zərərin və iddia ərizəsinin verilməsinə görə 169,26 AZN dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 2013cü ili yay aylarında yoldaşı X1 qardaşı xx.xx.1967-ci il təvəllüdlü X4 buna ehtiyac yarandığından onun bacısı Firuzə vasitəsilə müxtəlif vaxtlarda 5000 ABŞ dolları, bir müddətdən sonra təkrarən 5000 ABŞ dolları miqdarında pul verilmiş, Bundan başqa, Cavabdeh Rusiya Federasiyasında olduğu ərəfədə cavabdehǝ "xxxx" ASC vasitəsilə xx.xx.2013-cü il tarixli, FJ**********401 saylı qəbzlə (məzənnə 0, 235) 65000 rubl, yəni 1527, 5 AZN "xxxx" ASC vasitəsilə xx.xx.2013- cü il tarixli ********* köçürmə nömrəsi ilə 25000 rubl, yəni 587,5 AZN, bundan əlavə "xxxx" ASC vasitəsilə xx.xx.22014- cü il tarixdə **********045BUS03 kodla 5050 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə **********045BUS03 kodla 4950 ABŞ dolları, cəmi 10000 ABŞ dolları pul köçürmələrinin yerinə yetirilməsi təsdiq edilir. Bir müddətdən sonra pulun qaytarılması tələb edildikdə hazırda maddi vəziyyətinin ağır olmasını bu səbəbdən ona möhlət verilməsini xahiş etmiş, lakin dediyi vaxtda borcu qaytarmamışdır. Bu səbəbdən 2024-cü ilin may ayının əvvəllərində Nərimanov RPİ-nin 18-ci PŞ- nə etdiyim müraciət xx.xx.2024- cü il tarixdə 3/1-Ə-3977/1 1 sayla qeydiyyata alınmışdır (sahə inspektoru polis kapitanı S. Şirəliyev) və xx.xx.2024-cü il tarixli cavabı ilə iş üzrə izahat vermiş Cavabdeh pulun ona Şahid tərəfindən hədiyyə olaraq verilməsi kimi yanlış izahat verməklə səlahiyyətli orqanları işin əsas mahiyyətindən yayındırmaqdan başqa bir şey deyildir. PB-dən daxil olmuş həmin arayışa əsasən yaranmış mübahisə mülki xarakterli olduğundan işin mülki iddia qaydasında məhkəmədə mübahisələndirilməsi tövsiyyə olunmuşdur. Dəfələrlə pulun qaytarılması ilə bağlı müraciət etsə də, cavabdeh tərəfindən müxtəlif bəhanələrlə pulun ödənilməsindən yayındığından işi mülki icraat qaydasında məhkəmədə mübahisələndirilməsi qərarına gəlmişdir. Pulun verilməsini cavabdehin bacısı Firuzə və xalası qızı Nailə də təsdiq edə bilər, çünki pul məbləğinin bir hissəsini cavabdehə yoldaşı Firuzənin adından göndəriblər, bu pulu göndərərkən xalası qızı Nailə ona kömək edib, pulu yoldaşının adından göndərmə səbəbi isə onun ad-soyadını rus dilinə çüevirəndə yaranan fərqli tələffüz ilə əlaqədar həmin pul almaqda çətinlik çəkməsi idi, bir dəfə belə bir hal olmuşdur və onun göndərdiyi pulu aəbul etməkdə cavabdeh çətinlik çəkmişdi, buna görə də, pulu onun adından deyil, Firuzənin adında göndərmişlər, bacısı olduğuna görə onun adından yüksək məbləğdə pulu göndərmək mümkün idi və cavabdehin pulu qəbul etməsi daha rahat idi, həm də manat göndərməyə icazə verilmədiyi üçün pulu rubla çevirib göndəriblər, bundan başqa Məmməd Rusiyadan gələndə dəfələrlə gedib onu sərhəddə qarşılayıblar, lakin bütün bunlara baxmayaraq cavabdeh pulu günə qaytarmır, bunun da nəticəsində ona cavabdeh tərəfindən 24063 manat maddi ziyan, 5000 manat mənəvi zərərlər vurulmuşdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Məmməd Əbdülrəhimov izahatında bildirmişdir ki, ona pulu ancaq bacısı göndərib, həmin məbləği də hədiyyə kimi, yəni ehtiyacı ilə bağlı göndərib, iddiaçı isə ona heç bir məbləğdə pul göndərməyib, iddiaçının tədqim etdiyi sənəddə isə yalnızca bacısının müəyyən məbləğdə köçürmələr etdiyi qeyd edilmiş, onun adı ümumiyyətlə qeyd edilməmiş, pulun ona göndərilməsi və onun tərəfindən qəbul edilməsinə dair heç bir təsdiqedici ifadə yoxdur, iddiaçı özü deyir ki, pulu 2013-cü ildə göndərib, həmin müddətdən isə 10 ildən artıq vaxt keçib, əgər hər hansı borc məbləği var idisə, nə üçün bu vaxta qədər gözləyirdi? Bundan başqa bu hal iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi üçün əsasdır. Sonda cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nadezhda Abdulragimovanın cavabdehin izahatına uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən xx.xx.1965-ci il təvəllüdlü X9 bildirmişdir ki, iddiaçı onun həyat yoldaşı, cavabdeh isə qardaşıdır, o və əri Tərlan, qardaşı olan cavabdehə 2013-cü ildə bir neçə dəfə pul göndəriblər, o özü şəxsən bankda işləyən xalası qızı vasitəsilə 5000 dollar və iki gün sonra da 5000 dollar pul göndərib, cavabdeh ilə danışdıqları zaman o həmişə demişdir ki, Tərlana de narahat olmasın, pulunu qaytaracaq, onlar da bu günə qədər gözləmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən xx.xx.1967-ci il təvəllüdlü X13 bildirmişdir ki, iddiaçı onun xalası qızının yoldaşı, cavabdeh isə xalası oğludur, lakin cavabdehlə münasibəti yaxşı deyil, o “Muğan bank”da mühasib işləmişdir, 2014-cü ildə xalası qızı ondan qardaşı – cavabdehə pul göndərilməsi üçün kömək istəmiş, onun vasitəsi ilə bir neçə gün ərzində 10000 dollar cavabdehə göndərilmişdir, hər dəfə də əməliyyat aparıldıqdan sonra şəxsən özü cavabdeh ilə əlaqə saxlayıb pulu qəbul edibetmədiyini soruşub, cavabdeh is pulu aldığını ona bildirmişdir, Firuzə cavabdehin bacısı olduğu üçün onun adından pulu göndəriblər, bundan başqa iddiaçının cavabdehə başqa məbləğlərdə də pul göndərməsi haqqında məlumatı var. İş materiallarında olan Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı, 2013-cü ilin yay aylarında əvvəllər tanıdığı X5, ondan 10000(on min) ABŞ dolları borc istəməsi, göstərilən məbləqi ünvan 1 ünvanında yerləşən X21 Trestinin (Sokar) qarşısında M.Əbdürəhimovun, bacısı X6 vermişdir ki, sonuncu bankda işləyən xalası qızı Nailənin vasitəsi ilə Məmmədə göndərsin, həmin məbləqin Məmmmədə göndərilməsi, lakin sonralar Məmməd müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaması və bununla əlaqədar M. Əbdürəhimov barəsində qanuni tədbir görülməsi barədə Nərimanov RPİ rəhbərliyinə yazdığı şikayət ərizəsi xx.xx.2024-cü il tarixdə 3/1-Ə- 3977/11 nömrə ilə qeydə alınaraq icraatına verildi. Araşdırma zamanı T. Əhmədli verdiyi izahatda şikayət ərizəsində göstərilənləri bir daha təsdiq etmişdir. İzahatı alınmış X10, İddiaçı izahatına mahiyyətcə oxşar izahat vermişdir. İzahatı alınmış X11 göstərmişdir ki, Tərlan adlı şəxsdən heç vaxt pul almamışdır. X14 hədiyyə olaraq 5000 ABŞ dollar göndərmiş, ikinci dəfə 5000 ABŞ dollar göndərib göndərməməsi dəqiq yadında deyil çünki həmin hadisədən 10 ildən artıq vaxt keçibdir. Eyni zamanda göstərmişdir ki, xalası qızı Nailə ona ümumiyyətlə pul göndərməmiş və onun İddiaçı borcu yoxdur. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X7 tərəfindən "WESTERN UNİON" pul köçürmə sistemi vasitəsi ilə köçürülmüş vəsaitin sanadlarinin təqdim edilməsinə dair müraciətə Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-3(103)-54/2023 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi tayin edilmişdir. xx.xx.2014-cü il tarixində X2 maxsus AZ37MUGA**********02458USD03 nömrəli bank hesabına 10.000,0 (on min) ABŞ dolları məbləğində vəsait madaxil olmuşdur. xx.xx.2014-cü il tarixində 5.050,0 (bes min əlli) ABŞ dolları və xx.xx.2014-cü il tarixində 4.950,0 (dörd min doqquz yüz əlli) ABŞ dolları məbləğində vəsaitler WESTERN UNİON pul köçürmə sistemi vasitəsi ilə köçürülmüşdür. Həmçinin "Dövlət orqanlarında və qurumlarında, bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair təlimata əsasən bankın saxlancında olan 2014-cü ilə dair sənədlər məhv edildiyi üçün, madaxil orderini va WESTERN UNİON pul köçürmə sistemi vasitəsi ilə köçürülmüş sənədləri təqdim etmək imkan xaricindədir. İş materiallarında olan X3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, X8 məhkəməyə müraciət edərək 28 avqust 2024-cü il tarixli, 2(011)-7284/2024 saylı iş üzrə iddiaların Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq iddia müddətinin başa çatması ilə əlaqədar rədd edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, xx.xx.2013-cü il tarixdə Şahid tərəfindən 65000 rubl, xx.xx.2013-cü il tarixdə İddiaçı tərəfindən 25000 rubl alıcı kimi X8 qeyd edilməklə pul köçürülməsi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 169,26 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddia tələbi cavabdehdən 10000 dollar və 90000 rublun əvəzi qismində 24063 manat miqdarında pulun, eləcə də, 5000 manat mənəvi zərərin alınaraq iddiaçıya ödənilməsi barədədir, iddiaçı öz tələbinin əsası kimi “pul köçürmə”yə aid sənədləri və şahid ifadələrini məhkəməyə təqdim etmişdir, həmin “pul köçürmə”yə aid sənədlərdə 65000 rublun göndərilməsi ilə bağlı göndərən qismində “İddiaçı”, 25000 rublun göndərilməsi ilə bağlı göndərən qismində “X9”, alıcı qismində “X8”, 10000 dolların göndərilməsi ilə bağlı göndərən qismində “X9” göstərilmiş, alıcıya dair məlumtqyd edilməmişdir, cavabdeh iddia tələbini qəbul etmir, lakin bacısının ona 2013-2014-cü illərdə yardım məqsədilə pul göndərdiyini, iddiaçının ona hər hansı məbləğ vermədiyini bildirir. Bununla belə, cavabdehin iddia tələbi ilə bağlı hər hansı öhdəliyinə, həmçinin həmçinin dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, əvvəla, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının tələb etdiyi 10000 dollar və 65000 rubl onun tərəfindən deyil, şahid qismində ifadə vermiş Şahid tərəfindən göndərilmişdir və iddiaçı ilə Şahid rəsmi nikah münasibətlərində deyillər. Belə olan halda, həmin pul onların birgə vəsaiti kimi tanına bilməz ki, bu da həmin məbləğə iddiaçının tələb hüququnu istisna edilir. İkincisi, iddiaçının tələb etdiyi 25000 rubl pul məbləği sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddiaçının tələb etdiyi borc məbləği ilə bağlı tərəflər arasında hər hansı bir əqdin (müqavilənin) olmadığı və cavabdehin iddia tələbini qəbul etmədiyi bir vəziyyətdə, iddiaçının 25000 rubl məbləğində pul vəsaitinin cavabdeh tərəfindən qəbul edilməsi, həmçinin həmin məbləğin məhz borc kimi, yəni müəyyən müddət sonra qaytarılması şərtilə verilməsi hallarına dair sübutetmə vəzifəsi yaranır. Lakin iş materriallarından da göründüyü kimi iddiaçı buna dair mötəbər, əsaslı şübhədən kənar sübutları məhkəməyə təqdim etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, iddiaçı tərəfindən dəvət edilmiş şahidlərin ifadələrinə münasibətdə qeyd edir ki, onlar pul vəsaitlərinin göndərildiyini bildirsələr də, həmin vəsaitin məhz borc kimi, hansı şərtlərlə və hansı müddətə verilməsini, cavabdehin buna dair öhdəlik götürməsini, cavabdehin həmin pul vəsaitlərini qəbul etməsini təsdiq etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, həmin sübutlar iddia tələbinin təmin olunması məqsədilə nəzərə alına bilməz. Bundan başqa, hazırkı mübahisə 2013-cü və 2014-cü illərdə yaranmış münasibətlərlə bağlıdır ki, həmin dövrdən də 10 il keçmiş, iddiaçı bu müddət ərzində cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş, cavabdeh isə hazırda iddia müddətinin tətbiqi barədə ərizə verimişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan və iddia müddətinin keçməsinə görə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh X4 qarşı “Cavabdeh 24063 AZN miqdarında maddi ziyanın, eləcə də, 5000 AZN mənəvi zərərin və iddia ərizəsinin verilməsinə görə 169,26 AZN dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Cavabdeh 24063 AZN miqdarında maddi ziyanın, eləcə də, 5000 AZN mənəvi zərərin və iddia ərizəsinin verilməsinə görə 169,26 AZN dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7284/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7284/2024
11.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver