Məhkəmə qərarları › İş №2(011)-7327/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7327/2023

27.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7327/2023 27.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehdən 3500 manat pulun alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunmuş məlumatlardan da müəyyən olunur ki, cavabdehin yaşayış yeri ünvan 1 ünvanıdır. İddiaçı AR MPM-nin 36.6-cı maddəsinə əsasən iddia ərizəsilə Bakı şəhər Xətai rayon Məhkəməsinə müraciət etmişdir. (xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər.) İddiaçı cavabdehin idarə etdiyi avtomobillə törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində baş nahiyyəsindən xəsarət almasını əsas gətirərək, sağlamlığına dəymiş zərərin ödənilməsini tələb etmək üçün özünün yaşadığı yer üzrə Bakı şəhər Xətai rayon Məkhəməsinə iddia ərizəsilə müraicət etsə də, xəsarət alması ilə bağlı iddia ərizəsnə sübut əlavə etməmişdir. İddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan isə görünür ki, təhqiqat zamanı məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli ekspert rəyində iddiaçının bədən səthində xəsarətin aşkar edilmədiyi qeyd edilmişdir. Həmçinin, cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cavabdeh iddiaçının sağlamlığına xəsarət vurulmasına görə deyil, AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilərək inzibati məsuliyyətə cəlb edilməsi Xətai RPİ-nin DYPŞ-nə həvalə edilmişdir. Digər bir tərəfdən, iddiaçı yalnız sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsini deyil, həmdə avtomobilinə dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı özünün deyil, cavabdehin yaşadığı yer üzrə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, iddiaçı aidiyyət qaydalarını pozaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etdiyindən, onun iddiasına həmin məhkəmədə baxıla bilməz. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra, 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar