Məhkəmə qərarları › İş №2(011)-734/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-734/2025

26.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-734/2025 26.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 5 ünvanında yerləşən 83 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 İyun 2014-cü il tarixli AN - İ 091\14 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X14 ev 5 mənzil 83- də yerləşən yaşayış evini Bakı şəhəri 46 saylı DNK-da İddiaçı satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, seriya RX ******* saylı Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 5, mənzil 83 iddiaçının tam mülkiyyətindədir. Mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan cavabdeh X7 mənzil satıldıqdan sonra 90 (doxsan) gün müddətində qeydiyyatdan çıxacağını bildirsə də lakin, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdır ki, bu da onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdehlərin harada yaşamaları və əlaqə nömrələri də ona məlum deyil. Bundan əlavə “Asan Xidmət”dən bildirildi ki, Cavabdeh2 və X7 mənzilin köhnə ünvanında (X14 məhələə 2317, ev 5, mənzil 83) da qeydiyyatdadilar və onlarin hər birinin iki aktiv şəxsiyyət vəsiqələri var. Bakı şəhəri 6 saylı “Asan Xidmət” dən verilmiş 24 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, cavabdehlər hazırda Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi ev 5 mənzil 83 ünvanında qeydiyyatda qalmışdılar. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, onlar məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 5, mənzil 83 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 64,0 kv.m olmaqla, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 5, 83 saylı mənzildə Cavabdeh1 və Cavabdeh2 və digərləri qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş məhkəmənin 25 noyabr 2024-cü il tarixli məhkəmə sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1502/24 saylı cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, X5 xx.xx.2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə verərək Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 5, mənzil 83 saylı ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 11 iyun 2014-cü il tarixli 091/14 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, “Satıcı” (X5) tərəfindən Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 5, 83 saylı mənzili “Alıcı-İpoteka qoyanın” (İddiaçı) satılmışdır. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən “Satıcı” müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətinə ipoteka predmetindən qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X6 ərizə verərək, Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 5, mənzil 83 saylı ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X8 ərizə verərək, Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 5, mənzil 83 saylı ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X3, X4 məxsus Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 5, 83 saylı mənzilin əri İddiaçı tərəfindən alınmasına və ipotekaya qoyulmasına razılıq verir. İpotekaya qoyulmuş əmlakın ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan X4 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun qeydiyyat ünvanı Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, məhəllə 2317, ev 5, mənzil 83 olaraq qeyd edilmişdir. “Azemis” Elektron Məhkəmə-İnformasiya Sisteminin məlumatlarından görünür ki, Cavabdeh2 xx.xx.1999-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 5, 83 saylı mənzili 11 iyun 2014-cü il tarixli 091/14 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X1 almışdır. Həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində X2 mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mənzili alarkən üçüncü şəxslərin mənzildə qeydiyyatdan çıxmalarını güman etmiş, lakin sonradan Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə qeydiyyatda qalması ona məlum olmuşdur. Cavabdeh1 mənzilin satılmasına razılıq vermişdir, digər Cavabdeh2 isə alqı-satqı zamanı yetkinlik yaşına çatmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Hazırki iddia üzrə cavabdehlər iddiaçıya məxsus mənzilin onun keçmiş mülkiyyətçisinin mülkiyyətində olduğu dövrdə həmin mənzildə qeydiyyatda olsalar da iddiaçı mənzili daşınmaz əmlakın dövlət reyestri məlumatına əsasən, yüksüz əldə etmiş və hazırda onun mülkiyyətçisidir. Cavabdehlər mənzildə yaşamadıqlarından və daimi yaşamaq üçün başqa yerə getdiklərindən, onların iddiada göstərilən mənzildən istifadə hüquqları aradan qalxmışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 5, mənzil 83 ünvanında yerləşən yaşayış sahəsində qeydiyyatları formal xarakter daşıdığından, onların həmin mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırıldığından, mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə olmadığından, iddia tələbi təmin edilməli, cavabdehlərin göstərilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməlidir. Hazırki qətnamə cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 5, mənzil 83 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 5 ünvanında yerləşən 83 saylı mənzildən (Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, məhəllə 2317, ev 5 ünvanında yerləşən 83 saylı mənzildən) istifadə hüquqlarına xitam verilsin. Qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 5 ünvanında yerləşən 83 saylı mənzilindən (Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, məhəllə 2317, ev 5 ünvanında yerləşən 83 saylı mənzilindən) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar