Məhkəmə qərarları › İş №2(011)-7392/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7392/2021

12.10.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7392/2021 12.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək onun doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnaməsində ad hissəsində “Qədiş”, soyad hissəsində “Qurbanov”, doğum tarixi hissəsində “xx.xx.1988-ci il”, doğum yeri “Xocavənd rayonu Tuğ kəndi”, ata qrafasında “X3 ” və milliyyəti “azərbaycanlı”, ana qrafasında “X2” və milliyyəti “azərbaycanlı” yazılmaqla doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1988-ci ildə Xocavnd rayonu Yuğ kəndində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanda yaşayır. Şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnamədə, nikahın pozulması haqqında şəhadətnamədə, hərbi biletində və əlillik vəsiqəsində adı Ərizəçi kimi göstərilmişdir. Lakin müəyyən səbəblərdən doğum haqqında şəhadətnaməmi itirmişdir. Hazırda isə doğum haqqında şəhadətnamə adında sonuncu hərifin dəyişikliyi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X4 ifadələrrində ərizəçinin anası və bacısı olduqlarını göstərdilər və ərizədə göstərilənləri təsdiq etdilər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə Xocavnd rayonu Yuğ kəndində anadan olmuşdur. Bakı şəhəri Xətai rayonu Naximov küçəsi ev 35 mənzil 67 ünvanında qeydiyyatdadır Ərizəyə əlavə olunmuş, ərizəçiyə məxsus İ nikah haqqında şəhadətnamənin, nikahın pozulması haqqında şəhadətnamənin, hərbi biletin və əlillik vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı, soyadı və ata adı Ərizəçi kimi göstərilmişdir. Bakı şəhəri Maraqlı şəxs 05.07.2021-ci il tarixli 05/2-966/15 nömrəli məktubundan görünür ki, ərizəçidoğum haqqında akt qeydində düzəlişin aparılması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, doğum haqqında aktın Xocavənd rayon Hadrut İ.N tərəfindən 03.11.1988-ci il tarixdə 40 saylı aktla qeydə alındığı müəyyən olunmuşdur. Qeyd olunan ərazi Dağlıq Qarabağ ərazisi hesab olunduğundan Xocavənd rayon vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair arxiv məlumatları vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində saxlanılmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarının birinci bəndinə əsasən kifayət qədər əsas olduğu halda doğum haqqında akt qeydinin bərpası mümkündür. Lakin kifayət qədər əsas olmadığı üçün ərizə təmin edilməmiş,. hüquqi faktın məhkəmə qaydasında müəyyən olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 305.1.1, 305.1.7-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanlarvın verldiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, Ərizəçi 11xx.xx.1988-ci il tarixdə Xocavnd rayonu Yuğ kəndində anadan olması, atasının X3, anasının X2 olması, ərizəçinin doğum haqqında akt qeydi barədə müvafiq dövlət orqanlarının arxivində məlumatların aşkar edilməməsi faktları müəyyən olunmuşdur. Ona görə də, ərizə təmin olunmalıdır Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi doğum haqqında şəhadətnaməsində ad hissəsində “Qədiş”, soyad hissəsində “Qurbanov”, doğum tarixi hissəsində “xx.xx.1988-ci il”, doğum yeri “Xocavənd rayonu Tuğ kəndi”, ata qrafasında “X3 ” və milliyyəti “azərbaycanlı”, ana qrafasında “X2” və milliyyəti “azərbaycanlı” yazılmaqla doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar