Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-757/2021 15.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı Siğorta Şı̇ rkəti" ASC-nin cavabdeh Əzı̇ zov Yusı̇ f Əzı̇ z oğlu və Əzı̇ zov Əlı̇ Əzı̇ z oğluna qarşı subroqasiya qaydasında pul tələbi tələbinə dair iddiası üzrə mülki işə baxaraq, müəyyən etdı̇ İddiaçı "İddiaçı Siğorta Şı̇ rkəti" ASC-nin cavabdeh Əzı̇ zov Yusı̇ f Əzı̇ z oğlu və Əzı̇ zov Əlı̇ Əzı̇ z oğluna qarşı subroqasiya qaydasında pul tələbi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişdirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "İddiaçı Siğorta Şı̇ rkəti" ASC-nin cavabdeh Əzı̇ zov Yusı̇ f Əzı̇ z oğlu və Əzı̇ zov Əlı̇ Əzı̇ z oğluna qarşı subroqasiya qaydasında pul tələbi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-757/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-757/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver