Məhkəmə qərarları › İş №2(011)-757/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-757/2025

07.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-757/2025 07.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 21 gün x 80 manata = 1680 manat işləmədiyi günlər, 600 manat müalicə xərci və iddiaçıya vurulmuş mənəvi zərərə görə 3.000 manat, dövlət rüsumunun ödənilməsinə görə ödənilmiş 73 manat manat olmaqla cəmi, 5.353 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmə baxışı zamanı iddiaçı cavabdehlə aralarında tərtib olunmuş barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Sazişə əsasən tərəflər razışlaşırlar ki:

1. İddiaçı cavabdehə qarşı cəmi 5353 (beş min üç yüz əlli üç) manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddiasından imtina edir;

2. Hazırkı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi vaxtdan 10 (on) iş günü ərzində cavabdeh iddiaçıya maddi və mənəvi zərərin əvəzi olaraq 1600 (min altı yüz) manat pul vəsaiti ödəyir;

3. Hazırkı sazişin imzalanması ilə əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi istisna edilir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız barışıq sazişində təsbit edilənlər etibarlı olur;

4. Bu saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib edilir. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri iddiaçıda, digəri cavabdehdə, üçüncü nüxsəsi isə Bakı şəhəri Xətai Rayon Məhkəməsində saxlanılır. Bu saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. Məhkəmə hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Prosessual normanın mənasına görə işin məhkəmə baxışını davam etdirmək hüququ tərəflərə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1.-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2.-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iclasında tərəflərə barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələri izah olunmuş, tərəflər Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinin onlara aydın olduğunu bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 261-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 162, 191, 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı ilə Cavabdeh MMC arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı cavabdehə qarşı cəmi 5353 (beş min üç yüz əlli üç) manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddiasından imtina edir;

2. Hazırkı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi vaxtdan 10 (on) iş günü ərzində cavabdeh iddiaçıya maddi və mənəvi zərərin əvəzi olaraq 1600 ( bir min altı yüz) manat pul vəsaiti ödəyir;

3. Hazırkı sazişin imzalanması ilə əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi istisna edilir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız barışıq sazişində təsbit edilənlər etibarlı olur;

4. Bu saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib edilir. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri iddiaçıda, digəri cavabdehdə, üçüncü nüxsəsi isə Bakı şəhəri Xətai Rayon Məhkəməsində saxlanılır. Bu saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(011)-757/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar