Məhkəmə qərarları › İş №2(011)-7616/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7616/2024

29.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7616/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “fərdi yaşayış eviə istifadə hüququnun itirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, 22 nömrəli fərdi yaşayış evinin (bundan sonra - Fərdi yaşayış evi) alqı-satqısına dair müqavilə bağlanmışdır. İddiaçının Fərdi yaşayış evinə dair mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nömrəsi: **********) ona bu barədə Çıxarış verilmişdir.

2. Fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi olmuş Cavabdeh2 isə Fərdi yaşayış evinə dair mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Digər cavabdehlər Cavabdeh1 və Zərifə Cavabdeh2 Quliyevaun övladlarıdır. Cavabdehlər halhazırda mübahisəli fərdi yaşayış evində yaşamasalar da, orada hələ də pasport qeydiyyatındadırlar.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri.

3. İddiaçı cavabdehlərin Fərdi yaşayış evidən istifadə hüquqlarının itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Fərdi yaşayış evi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda da mülkiyyətindədir. Həmin mənzili alqı-satqı müqaviləsi ilə almışdır. Cavabdehlər alqı-satqı müqaviləsi bağlanan zaman həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəliyinə götürməsinə baxmayaraq hal-hazıradək könüllü qeydiyyatdan çıxmamışlar. Bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda cavabdehlər həmin mənzildə yaşamır və istifadə hüquqları yoxdur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

8. Cavabdehin faktiki yaşayış yeri məlum olmadığından, onların məlum olan axırıncı yaşayış yeri olan mübahisəli fərdi yaşayış evidən məhkəmə iclasına çağırılmış, lakin cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə MKİS-nın onların həmin fərdi yaşayış evidə yaşamamasına dair qeyd yazılmış bildirişi məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Fərdi yaşayış evi Məcəlləsi:

10. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

11. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının izahatını, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

21. İddianın əsasını cavabdehlərin Fərdi yaşayış eviə dair istifadə hüququ ilə bağlı mübahisə təşkil edir. İstifadə hüququ Mülki Məcəllədə həm ayrıca bir hüquq kimi (istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.3), həm də mülkiyyət hüququnun tərkib hissəsi kimi müəyyən edilmişdir (mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.1).

22. Hazırkı mübahisə Cavabdeh2 mülkiyyət hüququna aid olan istifadə hüququ ilə bağlıdır. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, Cavabdeh2 Fərdi yaşayış eviin əvvəlki mülkiyyətçisi olmuş və onunla iddiaçı arasında bağlanmış, alqı-satqı əsasında iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır.

23. Məhkəmə qeyd edir ki, iddiaçının Fərdi yaşayış eviə dair mülkiyyət hüququnu əldə etdiyi andan Cavabdeh2 həmin Fərdi yaşayış eviə dair bütün hüquqları, o cümlədən istifadə hüququ itirilmişdir. Belə ki, əvvəla, cavabdehin istifadə hüququ, əvvəldə də qeyd edildiyi kimi, onun mülkiyyət hüququna bağlı olmuş, Fərdi yaşayış eviin satılması ilə cavabdehin mülkiyyətinə dair qeyd yazısı ləğv edilməklə, onun mülkiyyət hüququ, eyni zamanda mülkiyyət hüququna bağlı olan digər hüququları da itirilmişdir.

24. Digər tərəfdən, cavabdeh Fərdi yaşayış evii özgəninkiləşdirməklə, mülkiyyət hüququndan birdəfəlik imtina etmiş, Fərdi yaşayış evilə bağlı bütün əlaqələrini daimi olaraq kəsmişdir.

25. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının Fərdi yaşayış eviə dair mülkiyyət hüququ yarandığı andan cavabdehin mülkiyyət hüququ itirildiyindən, onun Fərdi yaşayış eviə dair istifadə hüququ da saxlanıla bilməz.

26. Həmçinin, işin mübahisəsiz hallarından o da müəyyən olunur ki, digər cavabdehlər yaşayış evinin keçmiş mülkiyyətçisinin övladlarıdır. Fərdi yaşayış evinə dair keçmiş mülkiyyətçinin mülkiyyət hüququ isə xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bu halda, həmin cavabdehlərin də Fərdi yaşayış evidən istifadə hüquqları yaranmışdır.

27. Mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə digər qohumlar. X1 yaşayış eviin keçmiş mülkiyyətçisinin ailə üzvü olduğundan onun da Fərdi yaşayış evidən istifadə hüququ yaranmışdır. Lakin o da Fərdi yaşayış evi satıldıqdan sonra keçmiş mülkiyyətçi ilə birlikdə köçüb başqa yaşayış yerinə getdiyindən Fərdi yaşayış evidən istifadə hüquqları ilə bağlılığını daimi olaraq kəsmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

28. Məhkəmə qeyd edir ki, iddiaçı həmin şəxslərin Fərdi yaşayış evii ona təhvil vermələrinə və onların qeydiyyatdan çıxmalarına əmin olaraq Fərdi yaşayış evii əldə etmişdir. İddiaçı ilə həmin cavabdehlər arasında hər hansı yaxın qohumluq əlaqələri mövcud deyil, habelə onlar iddiaçının ailə üzvləri deyil. Ona görə də, məhkəmə işin faktiki hallarını müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddiaçı Fərdi yaşayış evii alarkən digər şəxslərin hüquqları ilə yüklü olan Fərdi yaşayış eviin əldə edilməsini arzu etməmişdir və o, Fərdi yaşayış eviin cavabdehlərin hüquqları ilə yüklülüyünün olmamasına münasibətdə vicdanlı olmuşdur.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, 22 nömrəli fərdi yaşayış evinə (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, giriş 49) dair Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 istifadə hüquqları itirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar