Məhkəmə qərarları › İş №2(011)-7647/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7647/2025

28.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7647/2025 28.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus olan ünvan 2 (yeni qaydalarla AZ 1123, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında yerləşən mənzili keçmiş mülkiyyətçisindən bağışlama müqaviləsinə əsasən almışdır. Belə ki, həmin mənzil ilk öncə keçmiş mülkiyyətçisi ilə iddiaçının anası arasında olan bağışlama müqaviləsi əsasında əldə edilmiş, daha sonra bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən iddiaçının adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Mənzil iddiaçı tərəfindən əldə edildikdən sonra mənzilin keçmiş mülkiyyətçisi həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də hal-hazırda iddiaçının mükiyyətində olan mənzildən köçüb getməsinə baxmayaraq, qeydiyyatdan çıxmamışdır. Bu hal iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz etmişdir. O bildirmişdir ki, mübahisəli ünvanda yaşamır. Həmin ünvanda yaşamağa ehtiyacı yoxdur. Lakin başqa yerdə qeydiyyata düşə bilmir. Özü xəstədir. Onun üçün zəruridir ki, qeydiyyat ünvanı olaraq mübahisəli ünvandan qeydiyyatdan çıxarılmasın. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 (yeni qaydalarla: AZ 1123, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 64, 131 saylı mənzildə Cavabdeh qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 17 dekabr 2025-ci il tarixdə məhkəməyə ünvanlanmış sorğuya cavab məktubun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 64, 131 saylı mənzil ilkin olaraq Cavabdeh adına xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 4Ə-960 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə X1 adına qeydiyyatdan keçmişdir, 6 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-837 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 64 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsusdur. Bu binanın 3-cü giriş, 4-cü mərtəbəsində, ümumi sahəsi 50,4 m2, yaşayış sahəsi 20,0 m2 olan 1 otaqlı, 131 saylı mənzilin pay dəyəri payçı Cavabdeh tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi iclasının 11 saylı protokolundan çıxarışdan görünür ki, vətəndaş Cavabdeh kooperativin üzvü qəbul olunmaqla, MTK-nın Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 64 ünvanında yerləşən kooperativ binasının 3-cü giriş, 4-cü mərtəbəsində, ümumi sahəsi 50,4 m2, yaşayış sahəsi 20,0 m2 olan 1 otaqlı, 131 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. Ailə tərkibi 2 nəfərdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən Cavabdeh verilmiş arayışın surətindən görünür ki, Cavabdeh həqiqətən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 64 saylı, 16 mərtəbəli evin 4-cü mərtəbəsində yaşayış sahəsi 20 m2 olan 1 otaqlı, 131 saylı mənzildə yaşayır. Mənzildə Cavabdeh və X4 daimi qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, “Hədiyyə verən” X5 ünvan 2 ünvanında ümumi sahəsi 46 kv.m olan mənzili “Hədiyyə alan” X1 mülkiyyətinə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, “Hədiyyə verən” X3 ünvan 2 ünvanında ümumi sahəsi 48 kv.m olan mənzili “Hədiyyə alan” İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh X2 məxsus olan ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 48.0 kv.m olan mənzilin bağışlanmasına dair etirazı yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 64 ünvanında yerləşən 131 saylı mənzil əvvəl cavabdehə məxsus olmuşdur. xx.xx.2016-cı il tarixdə cavabdeh həmin mənzili bacısı X2 bağışlamışdır, sonuncu isə xx.xx.2024-cü il tarixdə həmin mənzili oğlu – iddiaçı olan İddiaçı bağışlamışdır. Sonuncu əqd bağlanılması zamanı da Cavabdeh razılığı alınmışdır. Bununla da, göründüyü kimi xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsini bağlamaqla Cavabdeh mübahisəli mənzilin üzərində mülkiyyət hüquqları ilə bağlı bütün hüquqlarını itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Həmçinin işin mübahisəsiz halıdır ki, cavabdeh mənzildə yaşamır, mənzil sonuncuya formal qeydiyyat üçün zəruridir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsini bağlamaqla Cavabdeh mübahisəli mənzilin üzərində mülkiyyət hüquqları ilə bağlı bütün hüquqlarını itirdiyindən, həmçinin cavabdeh mübahisəli sahədə yaşamamaqla yanaşı, iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququna malik ailə üzvləri siyahısına aid edilmədiyindən, cavabdehin mübahisəli yaşayış yerinə dair istifadə hüququ qalmamışdır. Buna görə də mövcud olmayan istifadə hüququna dair iddia tələbi təmin edilə bilməz. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məmməd Hadi küçəsi, ev 64, mənzil 131 (yeni qaydalarla AZ1123, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia təmin edilmədiyindən dövlət rüsumu iddiçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məmməd Hadi küçəsi, ev 64, mənzil 131 (yeni qaydalarla AZ1123, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə iddia ərizəsi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar