Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7657/2021 04.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi Araz Allahverdiyevin, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinı dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1110 manat məbləğində verilmiş sığorta ödənişinin və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 02.10.2015-ci il tarixində “VAZ-21074” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “VAZ-21074” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “VAZ-21074” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1110 manat məbləğində ödəniş həyata keçirilmişdir. Cavabdeh 02.10.2015-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmədə iddiaçının nümayəndəsi Araz Allahverdiyev iddianı müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron RPİ-nin Mehdiabad PB-nin təhqiqatçısı, polis kapitanı X2 13.10.2015-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, 02.10.2015-ci il tarixdə Anar Qəhrəmanov idarə etdiyi VAZ 2107 markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mehdiabad qəsəbəsindən Binəqədi rayonu istiqamətində gedərkən “Lider İnşaat” və “Baxça saray” restoranının qarşısında yolun sağ hissəsindən ikinci dərəcəli yoldan onu gözləmədən baş yola çıxan, Cavabdeh idarə etdiyi VAZ 2107 markalı **- MK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxmış, o avtomobili sola çəksədə sonuncu onun avtomobilinin sağ yan qapılarını vuraraq əzmiş və bu zaman ön oturacaqda əyləşən Qərib Əsgərov sağlamlığa zərər vurmayan xəsarət xəsarət almışdır. Araşdırma zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə etdiyinə görə cinayət işinin başlanması rədd edilmiş və onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Amşeron Rayon Məhkəməsinin 22.06.2016-cı il tarixli 3(012)-252/2016 saylı qərarının surətindən görünür ki, inzibati tənbeh vermə müddəti keçdiyinə görə, Cavabdeh inzibati xəta törətmədi barədə iş üzrə icraata xitam verilmişdir. Dekabr 2015-ci il tarixli qiymətləndirmə hesabatının surətindən görünür ki, “VAZ-21074” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1110 manat ziyan dəymişdir. 04.12.2015-ci il tarixli, 022620 saylı sığorta aktının və 14.12.2015-ci il tarixli, 6694 saylı ödəniş tapşırığının surətlərindən görünür ki, İddiaçı Sığorta Şirkəti tərəfindən zərərçəkmiş şəxs X1 1110 manat məbləğində sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkara şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının əsaslarından biri kimi təsbit edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Cavabdeh 02.10.2015-ci il tarixində sürücülük vəsiqəsi olmadan idarə etdiyi, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair sığorta müqaviləsinə əsasən icbari sığorta növündə sığortalanmış “VAZ-21074” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq, X1 məxsus “VAZ-21074” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurması, vurulmuş ziyana görə 1110 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi sübuta yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, 1110 manat məbləğində sığorta ödənişinin əvəzi surroqasiya qaydasında Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 300, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1110 (bir min bir yüz on) manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-7657/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7657/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver