Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7720/2025 27.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3631430Vəkil2, Cavabdeh1, Cavabdehin nümayəndəsi və vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3631430X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı 02 sentyabr 2023-cü il tarixində "xxxx" (X7nda) fəaliyyət göstərən həkim stamotoloq Cavabdeh1 qəbulunda olmuş və 48-ci dişi çəkilərək cərrahi əməliyyat olunmuşdur. Bu proses kommyuter tomoqrafiyası edilmədən aparılmışdır. Əməliyyat zamanı vena damarından qan alınaraq Kinigen ilə qarışdırılmış və heyvan mənşəli sümük tozu ilə auqumentasiya olunaraq mandibullar kanalına doldurulmuşdur. Daha sonra həmin sümük tozu preslənmiş və sovrulan saplar tikilmişdir. Əməliyyat üçün 150 manat ödəniş etmişdir, aparılan əməliyyatla və ödənilən vəsaitlə bağlı mənə heç bir sənəd verilməmişdir. Daha sonra iddiaçı 03 sentyabr 2023-cü il tarixdə Cavabdeh1 ilə telefon əlaqəsi saxlayaraq üz, çənə və dodaq nahiyyələrində keyləşmənin hələ də qaldığını bildirmiş, Cavabdeh1 digər həkim mütəxəssislərə müraciət etməyi və fizioterapiya alınmasını məsləhət görmüş, fizioterapiyadan sonra problemlərimin düzələcəyini bildirmişdir. 05 oktyabr 2023-cü il tarixdə "X4"nda üz-çənə cərrahı professor Y. Yusibovun qəbulunda olmuş və bildirilmişdir ki, heyvan mənşəli tozla sümüyün doldurulması yolverilməzdir. Sonra 15 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 18 nömrəli poliklinikada fəaliyyət göstərən həkim nevropotoloq N.Adıgözəlovanın və N.Qarayevanın qəbulunda olmuş və müalicə olunmuşdur.
2. Nevroloq və fizoterapeft tərəfindən fasilələrlə cəmi 35 gün müalicə aparılmış və sonuncular əllərindən gələni etdiklərini, lakin heç bir nəticəsi olmadığını bildirmişlər. İddiaçı təkrarən Cavabdeh1 müraciət etdikdə, o, heç bir məsuliyyət daşımadığını bildirmişdir. Baş verənlərin səbəbkarı isə "xxxx" MMC (X7)-də fəaliyyət göstərən həkim stamotoloq Cavabdeh1 olmuşdur. Bununla əlaqədar Bakı şəhəri Xətai rayon Prokurorluğuna müraciət edərək Cavabdeh1 əməliyyat apararkən qüsurlara yol verdiyini bildirmiş, lakin prokurorluğun 02 may 2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir.
3. Bu səbəbdən keçən iki ilə yaxın müddət ərzində iddiaçının çənə və dodağının invervasiyası pozulmuş, assimmetriya və keylik yaranmış, sağlamlığı və psixologiyası ciddi şəkildə pozulmuş, eləcədə həm maddi, həm də mənəvi zərər dəymişdir. İddiaçının tələbi:
4. Cavabdehlər "xxxx" MMC (X7)-dən və həkim stamotoloq Cavabdeh1 tərəfindən iddiaçıya vurulmuş maddi zərərə görə hər birindən ayrı-ayrılıqda 50000 (əlli min) manat və mənəvi zərərə görə hər birindən ayrı-ayrılıqda 50000 (əlli min) manat, cəmi 100000 (yüz min) manat pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
5. Cavabdeh tərəfindən heç bir yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, vizual olaraq sağlamlığında qüsur görünməsə də, dodaq, çənə və üz əzələləri uyuşmuş vəziyyətdədir. "X4"nda üz-çənə cərrahı professor Y. Yusibovun qəbulunda olmuş və həkim bildirmişdir ki, heyvan mənşəli tozla sümüyün doldurulması yolverilməzdir. Cavabdeh1 tərəfindən keçirilmiş əməliyyat nəticəsində bu problemlərin yarandığını, bu səbəbdən dəymiş maddi-mənəvi ziyan üçün irəli sürdüyü iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. 6.1. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3631430Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında bildirmişdir ki, iddiaçı ona müraciət edərkən onun ağız boşluğunun rentgenini çəkmiş, iddiaçının rengenoqrafiyası mövcuddur. İddiaçı onunla əlaqə saxladığını qeyd etsədə, cavabdeh əməliyyatdan 1 il keçdikdən sonra narahatlığını ona bildirdiyini, artıq əməliyyatdan bu qədər vaxt keçdikdənsonra müalicənin onunla heç bir əlaqəsinin olmadığını qeyd edərək məhkəmədən ədalətli qərar verilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. 7.1. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3631430X3 öz izahatında iddianın əsassız olduğunu bildirmiş və məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. xx.xx.2025-ci il tarixli Bakı şəhəri Xətai rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən İddiaçı şikayətində və izahatında göstərdiyi xüsusatlar sübutlarla öz təsdiqini tapmamışdır, toplanmış materiallar üzrə cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir.
9. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli arayışa əsasən, xx.xx.2025-ci il tarixində "Sağ tərəfli aşağı alveol sinirinin parezi" diaqnozu ilə (xəstənin dediyinə görə) "X9 Mərkəzi"nə müraciət etmişdir. Pasient alt dodaqda, çənədə və dişlərdə olan keylikdən şikayət etmişdir, pasientin dediyinə görə bu şikayətlər 48-ci dişin çəkilməsindən sonra baş vermişdir.
10. xx.xx.2023-cü il tarixli tibbi kartadan köçürülmüş epikrizdən görünür ki, xəstə İddiaçı “retension ağız dişi (perikoronit)” və “travmatik periodontit” diaqnozları qoyulmuşdur.
11. Ambulator xəstənin tibbi kartasından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə xəstə üzərində böyük azı dişinin (48 saylı dişin) çıxarılması əməliyyatı aparılmış, əməliyyatdan sonra yaranın vəziyyəti qiymətləndirilmiş, diş yuvasının təmizlənməsi həyata keçirilmiş, tikiş qoyulmuş və xəstəyə müvafiq antibiotik terapiyası təyin edilmiş, lakin sonrakı müayinələrə gəlmədiyi qeyd olunmuşdur.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” xx.xx.2025-ci il tarixli KEŞ-1202 saylı rəyinə əsasən, 1-ci sual: Diş yuvasına inferioalveola sinirə heyvan mənşəli mineralizasiya olunmamış sümük kristalları və ya tozu ilə doldurmaq olarmı? 2-ci sual: Həmin kanalda almaz və sivri borularla-hava turbini ilə işləmək olarmı? 3-cü sual: Heyvan mənşəli sümüyü təkrar istifadə etmək olarmı? 4-cü sual: Əməliyyatdan sonra yaranı hansı sapla işləmək olar? 5-ci sual: Əməliyyatdan sonra keyləşmənin açılması üçün hansı müalicə tətbiq olunmalıdır? 6-cı sual: Kate (3d) tətbiq edilmədiyi halda, sinirin trayektoriyasi müəyyən edilmədiyi halda əməliyyat planını icra etmək olarmı? 7-ci sual: Cərrahi ixtisasa sahib olmadan sadə diş həkimi-terapeft bu əməliyyatı icra edə bilərmi?
Tədqiqatın nəticələri: 1-ci sual üzrə: Diş çəkimi sonrası yetərsiz sümük toxuması olarsa sümük greftləri istifadə etmək olar. Xenogreft heyvan mənşəli sümük tozudur. O sümük toxumasının bərpa olunmasını stimulə edir və zamanla rezorbsiya olunaraq normal sümük toxuması ilə əvəz olunur. Ona görə də xenogreftlərin istifadəsi əks göstəriş deyil. Amma bu zaman xenogreftin sinirə təzyiq etməsinin qarşısı alınmalıdır. İddiaçı xenogreftin sinirə təzyiqinin qarşısını almaq məqsədi ilə sinirlə xenogreft arasında xəstənin öz qanından hazırlanmış PRF (X10-Trombositlə zəngin fibrin) bariyer membranı kimi istifadə olunmuşdur. 2-ci sual üzrə: Mandibulyar kanalın daxilində işlətmək olmaz. Lakin diş köklərini separasiya etmək məqsədi ilə mandibulyar kanalda yox, mandibulyar kanaldan 7-10 mm aralıda yerləşən dişin bifurkasiya hissəsindən ayrılmışdır ki, bu da İddiaçı çəkilmiş rentgenoloji filmdə öz təsdiqini tapır. Hava turbinin istifadə olunması emfizema riski yaratdığına görə Fiziodispenser cihazından istifadə edilmişdir. 3-cü sual üzrə: Heyvan mənşəli sümük təkrar istifadə oluna bilməz və bunun istifadə olunması tibbi sənədlərdə öz təsdiqini tapmır. 4-cü sual üzrə: Ağız boşluğunun selikli qişası 7-14 gün müddətində özünü bərpa edir və bu səbəbdən ağız boşluğunda istifadə olunmuş saplar 12-14 gün sonra sökülür. Hazırda bu müddəti təmin edən müxtəlif sovrulan və sovrulmayan saplar mövcuddur. 5-ci sual üzrə: Əməliyyat sonrası keyləşmənin açılması üçün hər hansı bir müalicə tədbirinə ehtiyac olmur. Əməliyyatın gedişi üçün vacib olan keyləşmə 3-4 saat sonra tam keçməlidir. Amma post-travmatik sinir parezinin əlamətləri olarsa fizioterapiya ilə yanaşı B qrup vitaminlər təyin olunmalıdır. Əməliyyat bitdikdən sonra pasiyentə yarana biləcək yan təsirlər və ağırlaşmalar barədə məlumat verilmiş, antibiotik, ağrıkəsici və antiseptik preparatlar təyin edilmişdir. 6-cı sual üzrə: Dişdə ağrı və narahatlıq, tez-tez iltihablanma (Perikoronit), qonşu dişdə rezorbsiya və ya çürük, halitozis kimi yerli şikayətlər, ümumi halsızlıq, temperatur kimi ümumi şikayətlər olduqda KT (3D komputer tomoqrafiyası) olmadan da həmin dişə müdaxilə oluna bilər. Tibbi sənədlərə əsasən, İddiaçı sağ alt çənə nahiyyəsində kəskin ağrı, halsızlıq, dişəti retensiyalı ağıl dişi olduğu üçün lokal perikoronorit əlamətləri müəyyən edilmiş və ona "Retension ağıl dişi (perikoronit)-qranulomatoz periodontit" diaqnozu təyin edilmişdir. Bu səbəbdən KT (3D komputer tomoqrafiyası) olmadan lokal rentgen (Vizoiqraf) istifadə edərək həmin dişə müdaxilə aparılmışdır. 7-ci sual üzrə: Həkim-stomatoloqlar tərəfindən ağız boşluğunda terapevtik, ortopedik və kiçik cərrahi müdaxilələr icra oluna bilər. İddiaçı həmin diş, dişəti retensiyalı olduğu üçün bu dişin ektraksiyası kiçik cərrahi əməliyyat sayılır və həkim-stomatoloq tərəfindən icra oluna bilər.
13. İş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarxili Qərarı.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı.
18. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı.
19. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı
Məhkəmənin mövqeyi:
21. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir.
22. Belə ki, iddiaçının tələbi bir-biri ilə əlaqəli iki tələbdən ibarətdir. İddiaçının tələbinin birinci hissəsi cavabdehlər "xxxx" MMC (X7)-dən və həkim stamotoloq Cavabdeh1 tərəfindən iddiaçıya vurulmuş maddi zərərə görə hər birindən ayrı-ayrılıqda 50000 (əlli min) manat pulun tutularaq ona ödənilməsi ilə bağlıdır. Cavabdehlərdən biri tibbi müalicəni həyata keçirən hıkim stomatoloq, digər isə tibbi müalicənin həyata keçirildiyi müəssisədir. İddia tələbinin ikinci hissəsi mənəvi ziyanla bağlıdır. Məhkəmə hesab edir ki, ilk növbədə cavadehlər tərəfinndən iddiaçıya hər hansı ziyanın ilk növbədə maddi ziyanın vurulması halı araşdırılmalıdır.
23. Belə ki, hazırkı tələbin qanuni əsasını ziyan təşkil etdiyindən, iddianın təmin olunması üçün ilk olaraq cavabdehin təqsirli hərəkət və ya hərəkətsizlikləri müəyyən olunmalıdır. Belə ki, MM-in 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. (§14)
24. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
25. İşin mübahisəsiz hallarından görünür ki, xx.xx.2023-cü il tarixli tibbi kartadan köçürülmüş epikrizdə qeyd edilir ki, xəstə İddiaçı “retension ağız dişi (perikoronit)” və “travmatik periodontit” diaqnozları qoyulmuşdur. (§10) Ambulator xəstənin tibbi kartasından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə xəstə üzərində böyük azı dişinin (48 saylı dişin) çıxarılması əməliyyatı aparılmış, əməliyyatdan sonra yaranın vəziyyəti qiymətləndirilmiş, diş yuvasının təmizlənməsi həyata keçirilmiş, tikiş qoyulmuş və xəstəyə müvafiq antibiotik terapiyası təyin edilmiş, lakin sonrakı müayinələrə gəlmədiyi qeyd olunmuşdur. (§11)
26. Məhkəmə araşdırması zamanı ekpert rəyi alınmış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası Mərkəzi və X5” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli KEŞ-1202 saylı rəyinə əsasən, heyvan mənşəli sümük təkrar istifadə oluna bilməz və bunun istifadə olunması tibbi sənədlərdə öz təsdiqini tapmır. Əməliyyat sonrası keyləşmənin açılması üçün hər hansı bir müalicə tədbirinə ehtiyac olmur. Əməliyyatın gedişi üçün vacib olan keyləşmə 3-4 saat sonra tam keçməlidir. Amma post-travmatik sinir parezinin əlamətləri olarsa fizioterapiya ilə yanaşı B qrup vitaminlər təyin olunmalıdır. Əməliyyat bitdikdən sonra pasiyentə yarana biləcək yan təsirlər və ağırlaşmalar barədə məlumat verilmiş, antibiotik, ağrıkəsici və antiseptik preparatlar təyin edilmişdir. Dişdə ağrı və narahatlıq, tez-tez iltihablanma (Perikoronit), qonşu dişdə rezorbsiya və ya çürük, halitozis kimi yerli şikayətlər, ümumi halsızlıq, temperatur kimi ümumi şikayətlər olduqda KT (3D komputer tomoqrafiyası) olmadan da həmin dişə müdaxilə oluna bilər. Tibbi sənədlərə əsasən, İddiaçı sağ alt çənə nahiyyəsində kəskin ağrı, halsızlıq, dişəti retensiyalı ağıl dişi olduğu üçün lokal perikoronorit əlamətləri müəyyən edilmiş və ona "Retension ağıl dişi (perikoronit)-qranulomatoz periodontit" diaqnozu təyin edilmişdir. Bu səbəbdən KT (3D komputer tomoqrafiyası) olmadan lokal rentgen (Vizoiqraf) istifadə edərək həmin dişə müdaxilə aparılmışdır. Ekspertiza rəyindən görünür ki, Cavabdeh1 diaqnozuna uyğun əməliyyat həyata keçirmişdir. (§12).
27. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh1 tərəfindən İddiaçı düzgün diaqnoz qoyularaq, müalicə düzgün icra edilmiş, onun sağlamlığına hər-hansı zərər vurulmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya cavabdehin təqsiri ucbatından hər hansı zərərin dəyməsi iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi və işin digər materialları ilə müəyyən edilmədiyindən, iddia tələbi maddi ziyanın vurulması hissəsində hər iki cavabdheə münasibətdə əsassızdır.
28. İddiaçı iddia tələbinin digər hissəsi 50000 (əlli min) manat mənəvi zərərin əvəzi olaraq pulun cavabdehlərdən tutulub ona ödənilməsini məhkəmədən xahiş etmişdir.
29. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. (§18)
30. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. (§20)
31. İddiaçının maddi ziyanla bağlı tələbi mənəvi ziyanla bir başa əlaqədardır. İddiaçı ona maddi və mənəvi zərər yetirilməsini iddia etsə də, məhkəməyə cavabdehin hərəkətinin onda hansı mənəvi sarsıntı və iztirab yaratdığını, ona hansı formada ziyan vurmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçının iztirab və sarsıntı keçirməsi, cavabdehlərin bu məsələdə təqsiri işin materialları ilə təsdiq olunmur.
32. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona maddi və mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona maddi və mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun maddi və mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən iddia tələbi əsassızdır. Buna görə də iddia təmin edilməməlidir.
Məhkəmə xərcləri:
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. İddia tələbi rədd edildiyindən və Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən səhhətə digər xəsarətlər yetirilməsi ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia tələbi rədd edilsin.
2. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova