Məhkəmə qərarları › İş №2(011)-778/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-778/2023

27.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-778/2023 27.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4, 22 nömrəli mənzili İddiaçı alqı-satqı müqaviləsi yolu ilə tarixdə almış və həmin mənzil adına xx.xx.1997-ci ildə mülkiyyət hüququ tanınmışdır. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4., mənzil 22 də iddiaçı ailəsi ilə birlikdə yaşayır, Cavabdehi isə tanımır və heç vaxt Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4., mənzil 22-də yaşamamışdır. Lakin bütün bunlara baxmayaraq cavabdeh indiyənə qədər mənzildə pasport qeydiyyatındadır. Mənzilin bütün kommunal xərclərini iddiaçı ödəyir. Hal-hazırda ünvan 1 ünvanda yerləşən mənzili nəvəsinin adına keçirtmək istəyir, Cavabdeh pasport qeydiyyatında olduğundan onun razılığını istəyirlər. Ona görə də mənzildən cavabdehin istifadə hüququ itirilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, , Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4, 22 nömrəli mənzil 1997-ci il tarixində iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh həmin mənzildə heç vaxt yaşamayıb, iddiaçı ilə əlaqəsi yoxdur. İddiaçıya 2020-ci ildə “ASAN” Xidmət Mərkəzinə yaxınlaşan zaman məlum olmuşdur ki, cavabdeh həmin ünvanda qeydiyyatdadır. Bundan sonra polisə müraciət etmişlər, polis cavabdehi tapmış və bu barədə məlumatlandırmışlar. Buna baxmayaraq həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Həmin ünvanda yataqxana da var, cavabdeh order əsasında həmin yataqxananın otağına qeydiyyata düşüb. Bundan əlavə cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4,22 saylı mənzil “Radioquraşdırma” İB tərəfindən cavabdehə verilmiş orderdən görünür ki, 2-ci mərtəbədə yerləşir, ümumi sahəsi 18 kv.m olan 1 otaqdan ibarətdir. Lakin iddiaçıya məxsus ev 5-ci mərtəbədə yerləşir, iki otaqdan ibarətdir və ümumi sahəsi 40 kv.m-dir. Cavabdehə faktiki yaşayış yeri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri - Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4., mənzil 22 ünvanından məhkəmə iclasına çağırılmış, lakin cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehin ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində iştirak edən X3 məhkəməyə verdiyi ifadəsindən görünür ki, iddiaçı onun qonşusudur, eyni binada qalırlar İddiaçının nəvəsi 1996-cı ildən o binaya köçüb yaşayır. Cavabdehi isə tanımır. Hazırkı iş üzrə cavabdeh qeyd edilən ünvanda qeydiyyatda olsa da, faktiki olaraq orda yaşamır. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4 ünvanı üzrə Belə ki, həmin küçədə yerləşən yataqxananın da ünvanı Cavanşir küçəsi, ev 4-dür. Bu səbəblə də, bir sıra bu cür mübahisələr olmuşdur. Onların evinə də başqa adamlar qeydiyyata düşmüşdü, məhkəmə yolu ilə qeydiyyatdan çıxarıblar. İş materiallarına əlavə edilmiş MH seriyalı, 034212 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2rəli mənzil mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X2, Cavabdeh və İddiaçı ünvan 2rəli mənzil ünvanında qeydiyyatdadır. İş materiallarında olan “Radioquraşdırma” İB tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4 ünvanında 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 18 kv.m olan 1 otaqlı 22 saylı mənzil Cavabdeh verilmişdir. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2rəli mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh qeyd edilən mənzillə aidiyyəti yoxdur, həmin mənzildə heç vaxt yaşamayıb və iddiaçı ilə hər hansı qohumluq münasibəti mövcud deyil. Cavabdehin qeydiyyatda olduğu mənzil Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4 ünvanındakı yataqxananın 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 18 kv.m olan 1 otaqlı 22 saylı mənzildir. İddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında nə notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmamışdır, nə də istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh ümumiyyətlə həmin mənzildə yaşamamışdır. Beləliklə cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, iddia üzrə cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, iddia üzrə cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iş üzrə tərəflərə və müvafiq dövlət orqanına izah edilməsidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin ünvan 2rəli mənzil ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə iddiası rədd edilsin. Bu qətnamə ünvan 2rəli mənzil ünvanında yerləşən yaşayış sahəsindən iddia üzrə Cavabdeh qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar