Məhkəmə qərarları › İş №2(011)-7824/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7824/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7824/2021 13.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "xxxx" ASC ilə cavabdeh X1 arasında Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov Küçəsi 2944a saylı məhəllə, bina 1, blok 2, mərtəbə 13, 108 saylı mənzilin alqı-satqısına dair 23.09.2006-cı il tarixli, 000173 nömrəli müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov Küçəsi 2944a saylı məhəllə, bina 1, blok 2, mərtəbə 13, 108 saylı mənzilin boşaldılması və mənzilin iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pulun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "xxxx" ASC ilə cavabdeh X1 arasında Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov Küçəsi 2944a saylı məhəllə, bina 1, blok 2, mərtəbə 13, 108 saylı mənzilin alqı-satqısına dair 23.09.2006-cı il tarixli, 000173 nömrəli müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov Küçəsi 2944a saylı məhəllə, bina 1, blok 2, mərtəbə 13, 108 saylı mənzilin boşaldılması və mənzilin iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pulun tutulması barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar