Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7883/2022 09.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər, Xətai rayon icra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Ceyhun Həmidov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul olunmuş icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarın ləğv edilərək yenidən icraya göndərilməsi barədə müvafiq akt qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi Xətai rayon icra şöbəsinin “icra sənədinin geri qaytarılması” barədə qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədədir, cavabdeh qismində "Xətai rayon icra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Ceyhun Həmidov", onun ünvanı kimi “ünvan 1rizə iddia icraatı qaydasında məhkəməyə təqdim edilmişdir, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən, icra sənədinin məhkəməyə qaytarılması barədə qərardan, onun surətini aldıqdan sonra 30 gün müddətində məhkəməyə şikayət verilməsi nəzərdə tutulmasına baxmayaraq, İddiaçı məhkəməyə “şikayətlə” deyil, Xətai rayon icra şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Ceyhun Həmidovu cavabdeh olaraq göstərməklə, Xətai rayon İcra şöbəsinin ünvanı üzrə “iddia ərizəsi” ilə ümumi məhkəməyə müraciət etdiyindən, onun Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən icraata qəbul olunması mümkün deyildir və ona görə də iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bununla belə məhkəmə qeyd edir ki, İddiaçı, hazırki tələb üzrə “icra sənədinin yenidən icraya göndərilməsi barədə” ərizə ilə və ya qanunvericiliklə müəyyən olunmuş qaydada icra məmurunun “icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərar”dan şikayət ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 261-262, 264-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Xətai rayon icra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Ceyhun Həmidova qarşı “xx.xx.2022-ci il tarixdə qəbul olunmuş icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarın ləğv edilərək yenidən icraya göndərilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7883/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7883/2022
09.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver