Məhkəmə qərarları › İş №2(011)-790/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-790/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-790/2022 18.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Rəhimli Lalə Elxan qızı - iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbi barəsində iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – Cavabdeh 280 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 310 manat məbləğində pulun alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Tofaş Şahin" markalı, ** NP *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək “Xalc Sığorta" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il yanvarın 21-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Tofaş Şahin" markalı, ** NP *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi şossesində, “Mercedes Benz E270" markalı, ** HU *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Binəqədi DYPŞ tərəfindən xx.xx.2019-cu il tarixində İXP3064935 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Binəqədi DYPŞ-in xx.xx.2020-cu il tarixli TP3496817 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “Mercedes Benz E270" markalı, ** HU *** dövlət nömrə nişanlı avtomobilə 280 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində həmin məbləği zərəçəkmiş şəxs X2 ödəmişdir. Cavabdeh məlum olan yaşayış yeri üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı "xxxx" ASCnin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz E270" markalı ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilə 280 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında bağlanmış müqavilənin surətindən görünür ki, Cavabdeh məxsus “Tofaş Şahin" markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı tərəfindən sığortalanmışdır İş materiallarında olan İXP № ******* nömrəli xx.xx.2020-ci il tarixli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə “Tofaş Şahin" markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh yol nəqliyyat hadisəsi edərək “Mercedes Benz E270" markalı ** HU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi Cavabdeh tərəfindən idarə olunan iddiaçı ASC-də sığortalanmış “Tofaş Şahin" markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin, “Mercedes Benz E270" markalı ** HU *** dövlət qeydiyyat nişanlı avtomobiilə toqquşması və bunun nəticəsində sonuncu avtomobilə zərər dəyməsi iş materialları ilə sübut olunur. Bununla da, sığortalanmış “Tofaş Şahin" markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz E270" markalı ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə vurulmuş ziyanın iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırılması üçün avtomobilin faktiki sahibi X1 hesabına 280 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bununla da, iddiaçının cavabdehdən subroqasiya qaydasında dəymiş ziyanın aradan qaldırılması üçün ödənilmiş pul vəsaitini cavabdehdən tələb etmək hüququ yaranmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı subroqasiya qaydasında cavabdehdən 280 məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyan iddiaçı tərəfindən aradan qaldırıldığından, bununla da göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ ona keçdiyindən, iddiaçı "xxxx" ASC sığorta ödənişinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi olan “Tofaş Şahin" markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə onun tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən vurulmuş 280 manat məbləğində iddiaçı tərəfindən zərərçəkənə ödənilmiş ziyan cavabdehdən alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, artıq ödənilmiş sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. “Mercedes Benz E270" markalı ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 280 (iki yüz səksən) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq "xxxx" ASCnə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar