Məhkəmə qərarları › İş №2(011)-814/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-814/2022

01.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-814/2022 01.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdehdən 6000 manat avtomobilə dəymiş maddi zərərin, iddiaçının səhhətinə vurulmuş zərərə görə 2000 manat maddi zərərin, mənəvi zərərə görə 2000 manat, ümumilikdə 10000 manat və ödənilmiş 120 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixdə saat 22:30 radələrində idarə etdiyi “Land Cruiser” markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində hərəkətdə olarkən idarəetməni itirərək, yolun əks istimaqətində hərəkətdə olan X4 idarə etdiyi “Kia Soul” markalı, ** SF *** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncu avtomobil X3 idarə etdiyi “Opel Astra” markalı, ** UV *** avtomobilə dəyərək dayanmışdır. Cavabdeh idarə etdiyi avtomobil isə hərəkətini davam etdirirək X1 idarə etdiyi “Kia Corento” markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobillə, İddiaçı idarə etdiyi “Chevrolet Cruze” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobillə, X5 idarə etdiyi “Vaz 21154” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobillə, X2 idarə etdiyi “Ford Transit” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı iddiaçının səhhətinə zərər dəymişdir. İddiaçı huşunu itirmiş və yaxınlıqdaki insanların köməyliyi ilə 3 saylı şəhər Klininiki Xəstəxanasına yerləşdirilmişdir. Xəstəxanada müəyyən olunmuşdur ki, baş nahiyəsində, həmçinin sağ əli və çiynində əziylər müəyyən olunmuşdur. İddiaçı səhhətinə dəymiş zərərə görə 2000 manat xərc çəkmişdir. Bundan başqa sahibliyində və istifadəsində olan “Chevrolet Cruze” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilinə külli miqdarda ziyan dəymişdir. Avtomobil tam olaraq deformasiyaya uğramışdır. Foto şəkillər və video görüntü bunu təsdiq edir. "xxxx" ASC tərəfindən müəyyən olunmuşdur ki, “Chevrolet Cruze” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobillə 5684 manat məbləğində ziyan dəymişdir. Sığorta şirkəti tərəfindən çox kiçildilmiş məbləğ göstərilmişdir. İddiaçı həmin qiymətləndirmə ilə razı deyildir. Yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus olan avtomobildən başqa müxtəlif avtomobillərə zərər dəydiyi üçün "xxxx" ASC tərəfindən ona 1628 manat pul ödənilmişdir. Lakin hesablanmış məbləğdən 4056 manat borc ödənilməmişdir. Avtomobilin real bazar qiyməti olduqca dəyərdən düşmüşdür. Hazırda “Chevrolet Cruze” markalı avtomobillərin bazarda qiyməti 16000-17000 manat olduğu təqdirdə iddiaçı avtomobilini 8000 manata sata bilmir. Cavabdehin yaşı 60 yaşdan yuxarı olduğu üçün iddiaçı ona inanmışdır. O, iddiaçıya bildirmişdir ki, ona dəyən ziyanı ödəyəcək. Çünki cavabdehin əməlində cinayət tərkibi olduğuna görə iddiaçı ondan şikayət etməmişdir. Buna baxmayaraq cavabdeh İddiaçı heç bir zərər ödəmədən, bir dəfə olsun onun səhhəti ilə maraqlanmamışdır. Bu zaman ərəfəsində yalnız işi polis mühafizə orqanları ilə sövdələşmə edərək cinayət tərkibli işi inzibati xətaya çevirmiş bununlada Xətai Rayon Məhkəməsinin 3(011)-3808/2021 saylı, xx.xx.2021-ci il tarixli qərar ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və onun barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İddiaçı məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, soyuducu və kondisioner təmiri fəaliyyəti ilə məşğul olur və səhhətinə vurulmuş zərərə görə fəaliyyət göstərə bilməmişdir. Cavabdehin qanunsuz əməlləri ilə iddiaçıya həm maddi, həmdə mənəvi zərər dəymişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 3(011)-3808/2021 saylı inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinmiş və barəsində 200 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə olunan xx.xx.2021-ci il tarixli "xxxx" ASC tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, “Chevrolet Cruze” markalı ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5684 manatdır və İddiaçı 1628 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarına əlavə olunan Avtomobillərin texniki xidmət mərkəzinin xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “Mercedes Benz 290” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 9810 manat məbləğində ziyan dəymişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1429 saylı rəydən görünür ki, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Chevrolet Cruze” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtoməbilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilmələ təxminən 4631 manat məbləğində müəyyən olunur Beləliklə, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı istifadəsində olan avtomobilə zərər vurması, Cavabdeh inzibati xəta törətməsinə dair tərtib edilmiş qərarla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat hadisəsi zamanı “Chevrolet Cruze” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər Cavabdeh tərəfindən vurulduğundan, vurulmuş ziyan Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, “Mercedes Benz 290” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər cavabdeh tərəfindən idarə edildiyi zaman, həm də cavabdehin səhvi ucbatından vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən iddiaçının avtmobilinə dəymiş ziyan cavabdehdən alınaraq İddiaçıya ödənilməlidir. Lakin məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə – yəni, vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, “Mercedes Benz 290” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 6000 manat məbləğində deyil, dəyişdirilməli hissələrin qiyməti 4631 manat məbləğində müəyyən olumuşdur. Bundan başqa, iddiaçıya sığorta şirkəti tərəfindən 1628 manat məbləğində ödəniş edilmişdir. Həmin hal iddiaçının öz iddiasında da əksini tapır. Buna görə də iddianın avtomobilə vurulmuş ziyanın ödənilməsinə dair hissəsi qismən əsaslıdır. Odur ki, iddianın həmin hissəsi qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 3003 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın “iddiaçının səhhətinə vurulmuş zərərə görə 2000 manat maddi zərərin cavabdehdən tutularaq iddiaçıya verilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə əsassız olduğundan, təmin edilməməlidir. Ona görə ki, cavabdeh tərəfindən iddiaçının sağlamlığına maddi zərər vurulması, yaxud maddi zərər vurulmasına gətirib çıxaracaq hər hansı əməllərin törədilməsi, maddi zərərin nədən ibarət olması və hansı qaydada və hansı meyarlara əsaslanaraq müəyyən olunması iş materialları ilə müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə sübut olunmadığından, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə iddianın “mənəvi zərərə görə 2000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia tələbini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi və dəymiş mənəvi zərərin 2000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi də əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi də rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 120 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti də Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 3003 (üç min üç) manat məbləğində avtomobilə vurulmuş maddi ziyan və 120 (yüz iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar