Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8143/2024 13.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsinə dair” iddiası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsi və mənzildən çıxarılmaları, mənzildən çıxarılan günə qədər yaranan kommunal borcların və aylıq 400 manat kirayə haqqının, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması və ya alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixli İP 2147 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, giriş 405, M3,m2 ünavnında yerləşən 2 otaqlı ümumi sahəsi 52,62 m2 olan mənzili X3 100 000 manat almış, 15000 manatı şəxsən, 85000 manatı isə kredit hesabına ödəmişdir. R.Zamanov isə mənzili Cavabdeh1 alıb. Cavabdeh1 mənzili satsa da formal olaraq qeydiyyatda qalmışdır. Digər cavabdehlər Cavabdeh2 anası və Cavabdeh3 bacısıdır. Digər cavabdehlər qeydiyyatsız olaraq mənzildə yaşayırlar.Əvvəlki mülkiyyətçi mənzilə ehtiyacı olmadığından şifahi razılaşmaya əsasən cavabdehlər aylıq 400 manat olmaqla kirayədə qalıblar. İddiaçı bildirir ki, Şəmkir rayonu ərazisində yerləşən hərbi hissədə xidmət edir, mənzili almaqda məqsədi xidməti başa vurduqdan sonra Bakıda yaşamaqdır. Alqısatqıdan sonra mənzili əvvəlki şərtlərlə cavabdehlərlə razılaşaraq, onun istədiyi müddətə qədər kirayə vermək istəmişdir.Qanunları bilmədiyindən müqavilə bağlamamış, həmdə ipotekalı evə kirayə müqaviləsi bağlanmayacağını deyiblər. Cavabdeh1 hər ayn 19-dan gec olmayaraq, kirayə haqqını iddiaçının kartına köçürməli idi, lakin şərtlərə əməl etməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddiaçını tanımadığını, hazırki vaxtadək mənzildə oğlu Cavabdeh1, qızı Cavabdeh3 və nəvələri ilə yaşadığını, iddiaçı ilə aralarında kirayə pulu ilə bağlı razılaşmanın olmadığını, həmçinin onun gedəsi başqa yer olmadığı və özünündə qardaşının evində qeydiyyatda olduğunu bildirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan notariat əməliyyatları barədə çıxarışdan görünür ki, 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində yerləşən notariat ofisində xx.xx.2023-cü il tarixdə Cavabdeh2 tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 bağışlanmışdır. İş materiallarına əlavə edilmiş CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan notariat əməliyyatları barədə çıxarışdan görünür ki, ünvan 2tariat ofisində xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, ünvan 1 ünvanında yerləşən mənzil X5 alqı-satqı müqaviləsi əsasında satılmışdır. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı X7 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, ünvan 1 ünvanında yerləşən mənzili ipoteka saxlayan "xxxx" ASC, alıcı (ipoteka qoyan) İddiaçı mülkiyyətinə verir,həmin müqavilənin 2.4-cü bəndində qeyd olunmuşdur ki, müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətinə ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilən, Bakı şəhər 46 saylı Notariat Ofisi tərəfindən verilmiş notariat işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, ünvan 1 üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilən, Bakı şəhər 46 saylı Notariat Ofisi tərəfindən verilmiş notariat işinə əlavə edilmiş Cavabdeh1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, ünvan 1 ünvanında yerləşən əmlakın X7 tərəfindən satılmasına və ipoteka qoyulmasına razılıq verir, Alqı-satqı və ipoteka müqaviləsinin şərtləri ilə tanışdır və banka olan əsas, faiz, digər borclar ödənilmədiyi təqdirdə tutmanın həmin mənzilə yönəldilməsinə razıdır, bankın ilk tələbinə əsasən mənzili könüllü boşaltmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, ünvan 1 üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş ********** saylı,xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi verərkən 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini, məhkəmə iclasında iştirak edən cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 bağışlanmışdır. ünvan 2tariat ofisində xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, ünvan 1 ünvanında yerləşən mənzil X5 alqı-satqı müqaviləsi əsasında satılmışdır. Bakı şəhər 46 saylı Notariat Ofisi tərəfindən verilmiş notariat işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, ünvan 1 üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X7 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, ünvan 1 ünvanında yerləşən mənzili ipoteka saxlayan "xxxx" ASC, alıcı (ipoteka qoyan) İddiaçı mülkiyyətinə vermişdir. Bakı şəhər 46 saylı Notariat Ofisi tərəfindən verilmiş notariat işinə əlavə edilmiş Cavabdeh1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, ünvan 1 ünvanında yerləşən əmlakın X7 tərəfindən satılmasına və ipoteka qoyulmasına razılıq verir, alqısatqı və ipoteka müqaviləsinin şərtləri ilə tanışdır və banka olan əsas, faiz, digər borclar ödənilmədiyi təqdirdə tutmanın həmin mənzilə yönəldilməsinə razıdır, bankın ilk tələbinə əsasən mənzili könüllü boşaltmağı öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə X7 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsi əsasında iddiaçının Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, ünvan 1 ünvanı üzərində mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə əmələ gəlmişdir. Cavabdeh1 isə mənzilin keçmiş sakini olmaqla hazırda həmin mənzildə yaşasa da, iddiaçının ailə üzvü deyildir. Digər cavabdehlər Cavabdeh2 Cavabdeh1 anası və Cavabdeh3 isə bacısıdır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh1 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, ünvan 1 - də qeydiyyatda olsa da, faktiki olaraq onun mübahisəli yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdırlar. Məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisəli Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, ünvan 1 qeydiyyatı formal xarakter daşıdığından, onun həmin mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırıldığından, həmçinin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə olmadığından, Cavabdeh1 həmin mənzildən istifadə hüququ itirilməlidir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Məhkəmə iddianın digər cavabdehlərin mənzildən istifadə hüququnun itirilməsinə dair hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, ünvan 1 ünvanında qeydiyyatdadır. CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh2 ünvan 3ənzil ünvanında, Cavabdeh3 ünvan 4 ünvanında qyediyyatdadırlar. Göründüyü kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 sözügedən mübahisəli mənzildə yaşasalarda, başqa ünvanda qeydiyyatdadırlar. Məhkəmə iddia tələbinin cavabdehlərin mübahisəli mənzildən çıxarılmasına dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsinə mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Birinci dispozitiv şərtin mövudluğu, yəni Mənzilin iddiaçıya məxsus (mülkiyyəti) olması işin mübahisəsiz hallarıdır. İkinci dispozitiv şərtin mövcudluğu məhkəmə iclası zamanı müəyyən edilmişdir, belə ki, cavabdehlər hazırda mənzildə yaşamağa davam etməklə, iddiaçını orada yaşamağına, mülkiyyətindən istifadə etməyə və ondan yaralanmağa imkan vermir. Üçüncü dispozitiv şərtə, yəni mənzilin cavabdehlərin qanunuz sahibliyində olmasına gəldikdə isə, bununla bağlı yuxarıda ətraflı şərh edilmişdir ki, cavabdehlərin mənzilə dair hər hansı bir hüququ artıq mövcud deyil. Bu onu deməyə əsas verir ki, mənzil cavabdehlərin qanunsuz sahibliyindədir. Məhkəmə iddia tələbinin “mənzildən çıxarılan günə qədər yaranan kommunal borcların və aylıq 400 manat kirayə haqqının cavabdehlərdən tutulmasına” dair hissəsinə münasibətdə hesab edir ki, iddiaçı tərəfindən iddianı həmin hissədə təsdiqləyəcək hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, tərəflərin arasında kirayə haqqı kimi aylıq 400 manat ödənilməsi ilə bağlı razılaşmanın olması məhkəmə tərəfindən öz təsdiqini tapmadığından, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, MPM-də nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçının təqdim etdiyi iddia tələbinin bu hissəsini dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatıdır. Bununla bağlı məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, ünvan 1 saylı mənzildən istifadə hüququ itirilsin. Bu qətnamə Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, ünvan 1 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 52, mənzil 98, yeni qaydalarla: Az 1126, ünvan 1 saylı mənzildən çıxarılsınlar. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-8143/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8143/2024
13.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver