Məhkəmə qərarları › İş №2(011)-8624/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8624/2021

19.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8624/2021 19.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onlara dəyən zərərin 1 səhmə görə 5 manat qiymətləndirilərək, İddiaçı1 2400 manat, İddiaçı2 6720 manat, İddiaçı3 17500 manat, İddiaçı4 720 manat, İddiaçı5 1920 manat, İddiaçı6 720 manat məbləğində kompensasiyanın 75%-i AR Maliyyə Nazirliyi hesabına, 25%-i isə AR Əmlak Məsələləri Dövlət Komitəsi hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehlərə qarşı qaldırılmış iddialar, müqavilə üzrə yaranmış münasibətlərdən irəli gəlsə də, iddia ərizəsində iddiaçılardan hər biri cavabdehlərə qarşı ayrı-ayrı müqavilələrdən irəli gələn iddia tələbləri irəli sürməklə, birbiri ilə əlaqədar olmayan tələblər birləşdirilmişdir. Azərbiycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Belə ki, iddia ərizəsində bir neçə iddiaçı tərəfindən bir və ya bir neçə cavabdehə qarşı bir-birilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə də MPM-nin 152.1.7-ci maddəsi tətbiq olunur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən bir iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildirildiyindən, iddiaçıların birgə iddiaçı kimi müraciət etməsi üçün hər hansı bir əsas məhkəmə tərəfindən müəyyən olunmadığından onun icraata qəbul edilərək baxılması mümkünsüzdür. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsinə cavabdehlərin sayına görə iddia ərizəsinin surətləri də (02 nüsxə) əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.1-ci maddəsinə əsasən, cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 AR Əmlak Məsələləri Dövlət Komitəsinə və AR Maliyyə Nazirliyinə qarşı “cavabdehlər tərəfindən onlara dəyən zərərin 1 səhmə görə 5 manat qiymətləndirilərək, İddiaçı1 2400 manat, İddiaçı2 6720 manat, İddiaçı3 17500 manat, İddiaçı4 720 manat, İddiaçı5 1920 manat, İddiaçı6 720 manat məbləğində kompensasiyanın 75%-i AR Maliyyə Nazirliyi hesabına, 25%-i isə AR Əmlak Məsələləri Dövlət Komitəsi hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar