Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8691/2024 25.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ İş № 2(011)-8691/2024 QƏRARDAD Bakı şəhəri Xətai Rayon Məhkəməsi 25 oktyabr 2024-cü il Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehın ona məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 83, mənzil 112 (yeni qaydalarda Bakı şəhəri Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 58, M2, m 2) mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənələr geri qaytarılmalıdır. Belə ki, iş materialları əsasında müəyyən olunur ki, mübahisə predmeti olan Mənzil X1 mülkiyyətindədir. İddiaçı Natavan Orucovanın bacısıdır. X3 Rzaquliyevaya etibarnamə vermiş, həmin etibarnamə üzrə də iddia ərizəsinin imzalanması barədə səlahiyyət İddiaçı verilmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda İddiaçı hazırki iş üzrə iddiaçı ola bilməz. Hazırki iddia ərizəsi üzrə iddiaçı qismində İddiaçı qeyd edilsə də, iddiaçı X2 olmalıdır. İddiaçı isə yalnız ona verilmiş etibarnamə əsasında Natavan Orucovanı məhkəmədə təmsil edə, onun adından iddia ərizəsini imzalaya bilər, iddiaçı qismində mülki iş üzrə çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Digər bir tərəfdən, İddiaçı X1 yaxın qohumu (bacısı) olmasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə olunmamışdır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd edilən müddəalara və göstərilən əsaslara görə məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-8691/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8691/2024
25.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver