Məhkəmə qərarları › İş №2(011)-8735/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8735/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8735/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1i, Cavabdeh2i və Cavabdeh3 qarşı “subroqasiya qaydasında borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh1i, Cavabdeh2i və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1i, Cavabdeh2i və Cavabdeh3 müştərək qaydada 2800 manat məbləğində vurulmuş zərər və 48 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 2848 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 mülkiyyətində olan “X10 Prado” markalı, **-SZ-*** dövlət nömrə nişanlı avtomobilini xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinədək bəzi hadisələrdən, o cümlədən oğurluq hadisələrindən iddiaçı-"xxxx" ASC-də könüllü sığorta növündə sığortalamışdır. Sığortalıya CSP ********* nömrəli avtomobilin sığorta şəhadətnaməsi verilmişdir.2021-ci ilin mayın 04-də cavabdehlər Cavabdeh1i, Cavabdeh2i və Cavabdeh3 özgənin əmlakını talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X1 mülkiyyətində olan «X10 PRADO» markalı, **-SZ-*** dövlət nömrə nişanlı avtomobilinin alt hissəsindən səsboğucunu açıb gizli olaraq talamışdırlar. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-383/2021-ci il tarixli hökmünə əsasən cavabdehlər Cavabdeh1i, Cavabdeh2i və Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci ve 177.2.2-ci maddələri təqsirli bilinmişdirlər. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4226 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “X10 PRADO” markalı, **-SZ-*** dövlət nömrə nişanlı avtomobilə 2800 manat məbləğində ziyan dəymişdir.İddiaçı xx.xx.2021-ci il tarxində 2800 manat sığorta ödənişi zərərçəkmiş şəxs X2 ödəmişdir.Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Cavabdeh G.İ.Hacıyeva xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini bildirmiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli CSP ********* saylı Sığorta şəhadətnaməsinə dair Məlumatından görünür ki, “X10 PRADO” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən əmlaka vurulan zərərə görə 42000 manat, sağlamlığa görə bir şəxs üçün 5000, bir hadisə üzrə 72000 manat dəyərində sığorta olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-383/2021 saylı xx.xx.2021-ci il tarixli Hökmün surətindən görünür ki, Mamedovı Balamir (Cavabdeh1 Mehralı oğlu) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Osmanovı Nasib (X8) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4226 nömrəli “Qiymətləndirmə Aktı”nın surətindən görünür ki, “X10 PRADO” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği çilingər işi (katalizatorun sökülüb yığılması) –100 manat və ehtiyat hissə (katalizator tam datçikli) – 2700 manat olmaqla, toplam 2800 manatdır. İş materiallarında olan CSP87173 nömrəli “Sığorta aktı”-nın surətindən görünür ki, sığorta növü Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıdır, sığortalı X3r, sığorta predmeti “X10 PRADO” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobildir, sığorta başlama tarixi xx.xx.2021, sığorta bitmə tarixi xx.xx.2022-ci ildir, hadisənin baş vermə tarixi xx.xx.2021, saat 03:00-dır, 2800 manat sığorta ödənişi Elçin Mahmudovun hesabına köçürmə üsulu ilə ödənilmişdir. İş materiallarında olan “Kart hesabından çıxarış”dan görünür ki, “CSP87173 sığorta aktına əsasən sığorta ödənişi” təyinatı ilə xx.xx.2021-ci il tarixdə hesaba 2800 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Təhvil-təslim aktı”nın surətindən görünür ki, ********** nömrəli kart X2 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 48 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan AR Qaçqınların və X6 Üzrə Dövlət Komitəsində olan məlumata əsasən vətəndaş Cavabdeh3 Füzuli rayonundan məcburi köçkündü və halhazırda Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 28a, 243 saylı uşaq baxçasında faktiki olaraq məskunlaşmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh1i, Cavabdeh2i və Cavabdeh3 xx.xx.2021-ci il tarixli məktub ünvanlanaraq, ondan ödənilmiş əvəz miqdarında cəmi 2800 manat zərər məbləğini məktubu aldıqdan 7 təqvim günü ərzində "xxxx" ASCnin ofisinə və ya məktubda göstərilən hesaba köçürmə formasında ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “X11 Prado” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2021-cu il tarixdə “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsi” növündə sığortalanmışdır, cavabdehlər Cavabdeh1i, Cavabdeh2i və Cavabdeh3 özgənin əmlakını talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə X2 məxsus “X11 Prado” markalı, **- SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin alt hissəsindən səsboğucu açıb gizli talamışdırlar. Baş vermiş hadisəsi nəticəsində sonuncuya zərər dəymişdir, vurulan zərər 2800 manat dəyərindədir, hadisə nəticəsində cavabdehlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsini 177.2.1-ci və 177.2.2-ci maddələri ilə təqsirli bilinmişdirlər, onlar barəsində cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-383/2021 saylı xx.xx.2021-ci il tarixli Hökmü ilə təqsirli bilinmişlər, sığortaçı - iddiaçı tərəfindən zərərçəkmiş X2 2800 manat məbləğində sığorta ödənişi edilmişdir. Bununla belə cavabdehlərin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, avtomobil sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, o, sığorta ödənişini subroqasiya qaydasında cavabehlərdən müştərək qaydada tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "İcbari sığortalar haqqında" AR Qanunun 63.1-ci maddəsinə əsasən,həmin qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasinin Qanununun 23.1.6-cı maddəsindəsığortaçının hüquqlarından biri kimi sığorta ödənişini verdikdən sonra müvafıq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ qeyd edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 2800 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia tələbi təmin edildiyindən, lakin Cavabdeh3 dövlət rüsumunu ödəməkdən azad edildməsi halları məhkəmə tərəfindən müəyyən olunduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edilmiş, iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumuna görə ödənilmiş 48 manat cavabdehlər Cavabdeh1i və Cavabdeh2i alınaraq iddiaçıya ödənilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1i, Cavabdeh2i və Cavabdeh3 müştərək qaydada 2800 (iki min səkkiz yüz) manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48 (qırx səkkiz) manat cavabdehlər Cavabdeh1i və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar