Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-88/2021 11.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs “Mətanət A” şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə, üçüncü şəxslər Suraxanı rayon İcra və Probasiya şöbəsinə və “Mətanət A” şirkətinə qarşı “əmlak qiymətləndirmənin nəticəsinin - ekspert rəyinin ləğv edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh MMC-yə, üçüncü şəxslər Suraxanı rayon İcra və Probasiya şöbəsinə və “Mətanət A” şirkətinə qarşı “əmlak qiymətləndirmənin nəticəsinin - ekspert rəyinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2(010)- 6904/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra icraatı zamanı aparılmış qiymətləndirmənin nəticəsinin – “VAZ-2107” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh MMC-nin “Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə” xx.xx.2018-ci il tarixli, R01/12/18 saylı ekspert rəyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 6904/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı “Mətanət A” şirkətinin cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək cavabdehdən 1400,36 manat məbləğində əsas borcun, 100 manat məbləğində cərimə borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2016-cı ildə qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Suraxanı Rayon Məhkəməsinin 8(010)-1389/2018 nömrəli xx.xx.2018-cı il tarixli qərardadı ilə Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatı təmin edilmiş, icra sənədinin icrasını təmin olunması məqsədilə borclu İddiaçı məxsus olan “VAZ-2107” minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həb qoyulmuşdur. İcra icraatı zamanı xx.xx.2018-ci il tarixli “Qiymətləndirmənin təşkili haqqında” müqaviləyə əsasən Baki şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə qeyd olunan avtomobilin qiymətləndirilməsi işi Cavabdeh MMC tərəfindən aparılmış, avtomobilin xx.xx.2018-ci il tarixinə bazar dəyəri 1800 manat məbləğində müəyyən edilmişdir. Qeyd edir ki, Cavabdeh MMC-nin müəyyən etdiyi qiymət avtomobilin həqiqi dəyərinə uyğun deyil və qiymətləndimə ilə bağlı rəy tamamilə əsassızdır. Belə ki, 2000-ci il buraxılışlı VAZ-2107 markalı avtomobilin qiyməti avtomobilin vəziyətinə görə bazar qiyməti 45xx xxxxxxxx 6300 manat arasında dəyişir. Ekspert rəyində qiymətləndirmə zamanı müqayisəli metoddan istifadə edilməmiş, bazar qiymətləri araşdırılmamış və nəticə etibarı ilə aşağı qiymət müəyyən edilmişdir. Qiymətləndirilmədən sonra avtomobili 3-cü şəxs Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən 1536 manat borc əvəzi olaraq “Mətanət A” şirkətinə təklif edilmiş və “Mətanət A” şirkəti avtomobili borc əvəzi olaraq qəbul etmişdir. Bundan sonra onun həmin avtomobil üzərində mülkiyyət hüququna dair qeydiyyatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X3 ləğv edilmiş, avtomobil üzərində “Mətanət A” şirkətinin mülkiyyət hüququ qeydə alınmışdır. Bununla da hüquqları kobud formada pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs “Mətanət A” şirkətinin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh MMC-nin keçirdiyi avtomobilin qiymətləndirilməsi qanuni və əsaslıdır. Vaz 2107 minik markalı avtomobil xx.xx.2018-ci il tarixinə bazar qiyməti 1800 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də, müəyyən etmək mümkündür ki, avtomobilin qabaq, arxa, yan və sair yerlərində dəmir hissələri korroziyaya uğramışdır. Bu səbəbdən nəqliyyat vasitəsinin bazar qiyməti 1800 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin və üçüncü şəxs Suraxanı rayon İcra və Probasiya şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxs Suraxanı rayon İcra və Probasiya şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxs “Mətanət A” şirkətinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6904/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı “Mətanət A” şirkətinin cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək cavabdehdən 1400,36 manat məbləğində əsas borcun, 100 manat məbləğində cərimə borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı məxsus “VAZ-21074” minik markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün qiymətləndirmə fəaliyyətini həyata keçirən Cavabdeh MMC-dən mütəxəssisin dəvət edilməsi qərara alınmışdır.. Cavabdeh MMC-nin “Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə” xx.xx.2018ci il tarixli, R01/12/18 saylı ekspert rəyinin surətindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən İddiaçı məxsus olan “VAZ-21074” minik markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2018-ci il tarixinə bazar dəyərinin 1800 manat məbləğində müəyyən olunduğu təsdiq edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı məxsus olan “VAZ-21074” minik markalı **-GT- *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyərinin 1800 manat məbləğində müəyyən olunduğu bildirilərək, həmin avtomobil borc əvəzinə tələbkar “Mətanət A” şirkətinə təklif edilmişdir. “Mətanət A” şirkətinin xx.xx.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı məxsus olan “VAZ-21074” minik markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil borc əvəzinə tələbkar tərəfindən qəbul edilmişdir.. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/4381 saylı ekspert rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində, internet (sayt: Az turbo) məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən, “VAZ-21074” minik markalı, 2000-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2018-ci ilin dekabr ayına nəzəri orta bazar qiyməti təxminən 4500 manat olduğu müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbavcan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinlə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Həmin Qanunun 8-ci maddəsinə görə isə qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbavcan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, iş üzrə müəyyən edilən halları tam, hərtərəfli araşdırıb, əldə olunmuş sübutlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı 2(010)-6904/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra icraatı zamanı İddiaçı məxsus olan “VAZ-2107” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh MMC-nin “Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə” xx.xx.2018-ci il tarixli, R01/12/18 saylı ekspert rəyinin qanunun tələbləri pozulmaqla verildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2020-ci il tarixli, 5593 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə 10 manat məbləğində dövlət rüsümu cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri 100 manatı cavabdehdən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. 2(010)-6904/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra icraatı zamanı İddiaçı məxsus olan “VAZ-2107” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh MMC-nin “Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə” xx.xx.2018-ci il tarixli, R01/12/18 saylı ekspert rəyi ləğv edilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir) manat Cavabdeh MMCdən tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən alındığı (təqdim olunduğu) gündən 1 ay müddətinə Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-88/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-88/2021
11.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver