Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-887/2022 23.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi C.M.Paşalı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, “X8” markalı, **-ZK-*** dövlət nömrə nişanlı avtomobil 08.02.2020-ci ildən 08.02.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır, sığortalı ilə 29.01.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır, 2020-ci il fevralın 20-də cavabdeh etibarnamə olmadan idarə etdiyi “X8” markalı, **-ZK-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Q.Qarayev prospektində “MERCEDES BENZ” markalı, **-RS-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bakı şəhər DYPİ-in 22.02.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, cavabdeh oğlu Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinərək cərimə edilmişdir, avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 26.02.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “MERCEDES BENZ” markalı, **-RS-*** dövlət nömrə nişanlı avtomobilə 800 manat məbləğində zərər dəymişdir, iddiaçı 10.03.2020-ci il tarixində həmin məbləği zərəçəkmiş şəxs X7 oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Sonda C.M.Paşalı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 23.02.2022-ci il tarixli məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi C.M.Paşalı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan XA********** saylı 29.01.2020-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, sığortalı X2, avtonəqliyyat vasitəsi “X8” markalı 90ZK957 dövlət qeydiyyat nişanlı maşındır, maşın əmlaka vurulan zərərə görə 5000, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000, bir hadisə üzrə 50000 məbləğində sığorta olunmuşdur. İş materiallarında olan PXA60512 saylı sığorta aktının təsdiq olunmuş surətindən görünür ki, 20.02.2020-ci il tarixdə saat 17:00-da baş vermiş sığorta hadisəsi nəticəsində sığortalanmış “X8” markalı 90ZK957 dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes-Benz” markalı 10RS544 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 800 manatdır, sığorta ödənişinin məbləği 800 manatdır, sığorta ödənişinin verilmə üsulu köçürmədir, məbləği alan X3r. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında T93516497 saylı Qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən 20.02.2020-ci il tarixdə AR İXM-nin 332.1-ci və 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş, Cavabdeh 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, 2020-02-20 tarixdə saat 17:00 da Bakı şəhərində yol nəqliyyat hadisəsi baş vermişdir, yol nəqliyyat hadisəsinin növü toqquşmadır, hadisənin baş verməsində təqsiri olan şəxsin idarə etdiyi avtonəqliyyat vasitəsi “X8” markalı 90ZK957 dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi X4, hadisə zamanı sürücüsü Cavabdeh olmuşdur, sürücü avtonəqliyyat vasitəsini etibarnaməsiz idarə etmişdir. İş materiallarında olan 05.03.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, **********000008551 saylı bank kartı X7 oğluna təhvil verilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən 10.03.2020-ci il tarixdə **********000008551 saylı hesaba 800 manat yüklənmişdir (debet). İş materiallarında olan 26.02.2020-ci il tarixli Qüsur aktından görünür ki, “Mercedes C Klass” markalı 10RS544 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ehtiyat hissələri 540 manat, işçilik 260 manat olmaqla, yekun ziyan 800 manatdır. İş materiallarında olan 10.03.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, Cavabdeh "xxxx" ASC-yə olan 800 manat zərər məbləğini 7 təqvim günü ərzində ödəməsi əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarından olan 03.12.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 20.02.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xəta (AR İXM 332.1 və 327.1-ci maddələri) nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mercedes- Benz” markalı 10RS544 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə zərərçəkmiş A.S.Mehdiyevə iddiaçı tərəfindən 800 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir, həmin vəsait cavabdeh tərəfindən geri ödənilmədən qalmışdır, bununla da iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh sığorta ödənişinin əvəzi kimi 800 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sığorta ödənişi məbləğinin əvəzi olaraq 800 (səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Cavabdeh alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-887/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-887/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver