Məhkəmə qərarları › İş №2(011)-9214/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9214/2024

23.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9214/2024 23.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsini araşdırıb MÜƏYYƏN ETDİ:

1. Cavabdeh imtinasının əsassız hesab edilməsi, Abşeron rayonu, Ramana Südçülük savxozunda yerləşən xüsusi mülkiyyətində olan 0,025 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

İşə baxan məhkəmənin mövqeyi:

3. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

4. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki iş icraata götürülməmişdən əvvəl iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması zəruridir.

5. Məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçı torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etməsinə baxmayaraq qeyd edilən torpaq sahəsinin və (və ya) fərdi yaşayış evinin onun xüsusi mülkiyyətində olmasını, eyni zamanda qeyd edilən torpaq sahəsinin və (və ya) fərdi yaşayış evinin mövcudluğunu təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

6. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi ilə birbaşa əlaqəli olan sübutlar ərizəyə əlavə edilməmişdir. İddiaçı yalnız ərizə verməklə kifayətlənmiş, hazırki iddia ərizəsi ilə qazlaşıdırılmasını xahiş etdiyi fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını təsdiq edən heç bir sübutu və ya sənədi ərizəyə əlavə etməmişdir. Eyni zamanda iddiaçı qeyd edilən ünvanda yaşadığını təsdiq edən hər hansı bir sənədi də məhkəməyə təqdim etməmişdir.

7. Azərbaycan Respublikasının MPM-nin 149.2-ci maddəsinə əsasən, iddiaçı öz iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbi göstərməlidir. Hal-hazırki ərizəçi iddia ərizəsinin Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsi ilə müəyyən edilmiş tələblərinə riayət etmədiyindən ərizə geri qaytarılmalıdır.

8. Eyni zamanda ərizənin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilir.

9. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:

1. İddiaçınin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın.

2. İddiaçınə hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.

3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar