Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9388/2025 26.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Kazımova Aysel Qədir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda yaşayan Cavabdeh iddiaçıdan almış olduğu 7000 manat və məhkəmə baxışı üçün ödəmiş olduğu 100 manat pulun məcburi qaydada alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 67 mənzil 4-də yaşayan Cavabdeh qohumu Həsənov Zaur ismayıl oğlunun vasitəsi ilə tanımış, münasibəti yaranıb. İddiaçı bildirir ki, sürücü işləmək üçün iş yeri axtarırdı, qohumu Zaur ona iş tapmaqda kömək edə biləcək tanışı olduğunu demişdir. Zaur iddiaçını Cavabdeh ilə tanış etdi. Orxan iddiaçıya Bakı şəhəri X4 Şöbəsində sürücü kimi işlə təmin edə biləcəyini demişdir. Cavabdeh 7000 manat pul verməsini onu xəstəxana müdiriyyəti ilə danışıb sürücü kimi işlə təmin olunmağına köməklik edəcək. 03 mart 2024-cü il tarixində saat 12 radələrində Bakı şəhəri X2 yanında Həsənov Zaur ismayıl oğlunun (Beyləqan şəhəri Flikmət Abbaslı küçəsi ev №-4 də yaşayan) və X1 (Xocavənd rayonu, yeni Xocavənd qəsəbəsində yaşayan) iştirakları ilə iddiaçı Cavabdeh 7000 min manat pul vermiş və onu işlə təmin olunmağına kömək etməsini xahiş etmişdir. Cavabdeh ondan 3 ay möhlət verilməsini istəmişdir. Lakin, 3 ay keçdikdən sonra da Orxan iddiaçıya heç bir köməklik etmədi. Bundan sonra iddiaçı ona ondan pul geri istəmişdir. Orxan iddiaçıya dedi ki, ay bu ay qaytaracaq, lakin, bu günə kimi də o pulu iddiaçıya qaytarmayıb. Onun (055) ***-**-** və (077) ***-**-** nömrəli mobil telefonları ilə dəfələrlə əlaqə saxlamışdır telefonda ona bildirib ki, pulu qaytaracaq. Lakin, bu günə kimi qaytarmamışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək,iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etməyərək, 7000 manatı iddiaçıdan aldığını etiraf edərək, işləyib qaytaracağını bildirdi. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: “Azemis” Elektron Məhkəmə informasiya Sistemindən əldə edilmiş əlaqə məlumatlarından görünür ki, ***-***-**-** mobil nömrəsi Cavabdeh adına qeydə alınmışdır. İddiaçının cavabdehlə xx.xx.2025-ci il tarixli “Whatsapp” yazışmasından görünür ki, cavabdeh iddiaçıya pul bu gün axşam səhər qədər köçəcəyini bildirmişdir. İddiaçının cavabdehlə xx.xx.2025-ci il tarixli “Whatsapp” yazışmasından görünür ki, cavabdeh iddiaçıya “Elçin zəng edəcəm özüm 2 saata pul köçəcək sənə” mesaj yazılmışdır. İddiaçının cavabdehlə xx.xx.2024-cü il tarixli “Whatsapp” yazışmasından görünür ki, cavabdeh iddiaçıya “Elçin salam 1-2 gün səbirli ol mən özüm amanatı verəcəm sənə” mesajı yazılmışdır. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Ona görə ki, məhkəmə ilk növbədə, cavabdehin iddiaçıdan iddia ərizəsində qeyd olunan məbləğdə vəsaitin götürməsini qeyd etdiyini nəzərə alaraq, iddiaçının cavabdehə pul verməsi, bunun müqabilində cavabdehin iddiaçıya borcunun yaranması ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, məhkəmə iclasında cavabdeh borcu qəbul etdiyini bildirərək qeyd etmişdir ki, iddiaçıdan 7000 manatı almışdır, iddia tələbinə etirazı yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc pul almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin pulu ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə borc pul almasına dair hüququndan istifadə etmiş, 7000 manat pulu almış, lakin pulun qaytarılmasına dair vəzifəsini yerinə yetirməmişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən məbləğlin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat borc və 100 (yüz) manat dövlət rüsumu olmaqla, cəmi 7100 (yeddi min yüz) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-9388/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-9388/2025
26.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver