Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-94/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada olmaqla 220000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 21.02.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 200.000 manat məbləğində pulun, Cavabdeh3 10000 manat məbləğində pulun və Cavabdeh2 10000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 21.02.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh1 ilə tanışlığı sonuncunun internet üzərindən verdiyi iş təklifi ilə əlaqədar olmuşdur, belə ki, Cavabdeh1 internetlə elan verərək qızıl-zinət əşyalarının sərfəli qiymətlə alışı və satışı üzərində qurulmuş və çox gəlirli iş birliyi təklif etmişdir, iddiaçı da bu elana uyğun olaraq təqribən 2018-ci ilin sentyabr ayında onunla əlaqə saxlamış, beləliklə də onlar tanış olmuşlar, bundan sonra, Cavabdeh1 iddiaçını öz anası Cavabdeh3 və tanışları olan Cavabdeh2 ilə də tanış etmişdir, iddiaçı bir neçə ay ərzində özünə və ailə üzvlərinə məxsus, həmçinin tanıdığı şəxslərdən aldığı qızıl- zinət əşyalarını satılması üçün müxtəlif vaxtlarda və yerlərdə olmaqla cavabdehlərə vermişdir, onlar isə bir müddət sonra həmin əşyaların dəyərini İddiaçı ödəmişlər, tərəflərin qeyd olunan şəkildə alış-verişi bir neçə dəfə təkrar olunmuşdur, 2018-ci ilin dekabrına qədər ona 2-3 kq 220000 məbləğdə qızıl vermişdir, 2018-ci ilin dekabr ayında cavabdehi hərdən Cavabdeh1 satılması üçün onlara verilmiş qızıl-zinət əşyalarının qalıq dəyəri olan həmin məbləğdə olan 220.000 manat pulu maddi çətinlikləri ilə əlaqədar olaraq razılaşdırılan vaxtda ödəyə bilməyəcəklərini bildirmiş və onlara möhlət verilməsini istəmişdir, cavabdehlər onlara verilmiş möhlət müddəti ərzində də pulu ödəməmişlər, bundan sonra iddiaçı şikayət ərizəsi ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət etmiş və şikayət üzrə aparılmış araşdırma ilə qeyd olunan hallar öz təsdiqini tapmışdır, belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aparılan təhqiqat üzrə vermiş olduqları izahatlarında iddianın əsaslarını təsdiq etmişlər ki, cavabdehlər birgə hərəkət edərək iddiaçını aldatmış və onun əmlakını ələ keçirmişlər, həmçinin məhkəməyə təqdim olunmuş səs yazılarından da aydındır ki, Cavabdeh1 iddiaçıya borcu olduğunu etiraf etmişdir, dəfələrlə borcunu qaytaracağına söz vermişdir, həmin səs ona aid olduğunu bildiyindən, məhkəmə tərəfindən təyin edilmiş ekspertizalarda səs yazılarının alınması üçün çağırılsa da, iştirak etməmişdir, cavabdehlər qarşılıqlı münasibətlərinin ilk dövründə iddiaçıdan nisbətən az miqdarda qızıl-zinət əşyaları götürərək dəyərini ödəməklə iddiaçıda özlərinə münasibətdə etibar qazanmış, sonra isə bu inamdan, etibardan sui istifadə edərək dəyəri daha çox olan qızıl-zinət əşyaları götürərək sahibinə qaytarmamaqla ələ keçirmişlər, odur ki, həmin qızıl-zinət əşyalarının dəyəri olan 220.000 manat məbləğində vurulmuş maddi zərər cavabdehlərdən tutularaq İddiaçı ödənilməlidir, bundan başqa, cavabdeh Xəyal da qızıl-zinət əşyalarının daşınmasında kömək etmişdir, onlar həmin qızılları lombarda qoymuş və pul əldə etmişlər, bundan da görünür ki, cavabdehlər qızılı satmaq niyətində olmayıblar. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, tərəflər arasında eyni predmetlə bağlı başqa məhkəmədə iş olduğunu, həmin tələbin rədd edildiyini, bu səbəbdən hazırki işə baxılmamalı olduğunu bildirmişdir. Cavabdeh3 30.04.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, qeyd edilən pul tələbinə dair iş üzrə iddiaçının gəlini X3 iddiaçı qismində, İddiaçı isə şikayətçi olaraq qızı X7 qarşı yəni 220000 manat pul borcunun qaytarılması tələbinə dair Bakı şəhər Nəsimi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir, Bakı şəhər Nəsimi rayon məhkəməsinin (X1) 24.02.2020-ci il tarixli (iş: 2(006)-843/2020- saylı) qətnaməsi ilə iddaçının pul tələbinə dair iddia ərizəsi rədd edilmişdir, bu barədə X3 və ayrıca İddiaçı onun qızına qarşı Nərimanov RPİ-nə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə Nəsimi rayon Məhkəməsinin çıxartdığı qətnamə haqqında məlumat verməyərək şikayət etmiş, lakin sübuta yetirilmədiyindən şikayət ərizəsi rədd edilmişdir, Nəsimi rayon Məhkəməsinin qətnaməsində qeyd edilir ki, Vəzirova Pikaxanımın qızına qarşı tələbi sübutla yetirilməmişdir, hazırki, mülki iş üzrə İddiaçı eyni predmetlə məhkəməni yayındıraraq, qərəzli olaraq onun digər rayonda, yəni Xətai rayonunda qeydiyyatda olmağından, Quliyeva (Əliyeva) Xanım Ələvəz qızının anası olmağından istifadə edərək həmin tələblə həmin predmetlə ona qarşı əsasız iddia tələbi qaldırmışdır, onun nə X3, nə də ki İddiaçı ilə heç bir iş birliyi olmayıb, aralarında heç bir müqavilə, saziş və alış-veriş olmayıb, bu məsələ ilə bağlı heç bir aidiyyəti yoxdur, iddiaçı əvvəllər şikayət etdiyi instansiyalarda (polis bölmələrində, eyni tələblə Nəsimi rayon məhkəməsində) onun adı hallanmamışdır, iddia ərizəsi qərəzli və əsassızdır. Məhkəmə, tərəflərin, onların vəkil və nümayəndələrinin, həmçinin şahid ifadələrini dinləyərək və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1231/2021 saylı mülki işə baxış Protokolundan görünür ki, həmin məhkəmənin icraatında olmuş və eyni tərəflər arasında eyni predmet barəsində baxılmamış saxlanmış mülki iş üzrə 10 mart 2021-ci il tarixli məhkəmə baxış iclasında 22.08.1985-ci il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirmişdir ki, qızıllar iddiaçının olmuşdur, özü vasitəçi kimi iştirak etmişdir, ilk əvvəl-yay aylarında cavabdehlərə gümüş, sonra yəni sentyabrda qızıl vermişdirlər, aralarında belə bir al-ver olmuşdur, yekuna qədər onlara 73 min pul ödənilmişdir, həmişə mal verəndə 10 faiz ilkin ödəniş edirdilər, bu proseslər 2018-ci ilin sentyabr ayında başlanıb, həmin ilin dekabr ayında isə dedilər ki avtoqəza olub vəziyyət pisdir, cavabdehlər dekabr ayına qədər müəyyən ödənişlər etmişdirlər, lakin daha sonra etməmişdirlər, amma Xanım demişdir ki, dəmiryolunda işləyir, pulu var, ödəyəcəkdirlər, bu al-verlə bağlı dəftər də var hamısı orada yazılmışdır, amma cavabdehlərin burada imzası yoxdur, hal-hazırda cavabdehlərin 220 min manat borcları var, qaynanası onlara, yəni Leylaya və Xanıma 2018-ci ilin dekabrından sonra 2 kilodan çox, təxmini 2600 qram qızıl verib. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1231/2021 saylı mülki işə baxış Protokolundan görünür ki, həmin məhkəmənin icraatında olmuş və eyni tərəflər arasında eyni predmet barəsində baxılmamış saxlanmış mülki iş üzrə 15 fevral 2021-ci il tarixli məhkəmə baxış iclasında Cavabdeh3 izahat verərək bildirmişdir ki, ümumiyyətlə Xatirəni tanımır, onların internetdə tanış olmaqları yalandır, iddiaçının qızı və onun qızı Pikəxanımı bir ortaq tanışları tanış edib, nə qızıl götürülmüşdürsə, dəyərini ödəmişdirlər, qalsa-qalsa 2-3 min borc qalmışdır, əvvəl qızı ilə birgə yaşamışdır, bütün məsələləri qızı ona danışırdı, cəmi 2-3 kilo qızıl almışdırlar, onun da pulu ödənilmişdir, adi məhkəmədə iştirak üçün qol bildirişə çəklilir, necə ola bilər ki, 220 minlik qızıl alına və müqavilə bağlanmaya, xahiş edir ki, iddia tələbi rədd edilsin, iddia tələbi qanunsuz və əsassızdır, əvvəllər də eyni tələblə məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir, ona görə də hazırkı tələblə məhkəməyə müraciət edilə bilməz, əks halda iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1231/2021 saylı mülki işə baxış Protokolundan görünür ki, həmin məhkəmənin icraatında olmuş və eyni tərəflər arasında eyni predmet barəsində baxılmamış saxlanmış mülki iş üzrə 15 fevral 2021-ci il tarixli məhkəmə baxış iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, Cavabdeh1la çörək sexində 2016-2017-ci illərdə 1 il birlikdə işləmişdir, sonra taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır, Xanımla əlaqələri olmuşdur, onun uşağını məktəbə aparıb gətirmişdir, Xanım ona demişdir ki “bir qızıl işi var sən pul verəcəm aparıb verəssən onlara, onlar da nə versə mənə gətirərsən”, bu işdə ancaq taksi kimi faəliyyət göstərmişdir, Xanım və Leyladan qızıl almış, verdikləri pulu qarşı tərəfə aparmışdır, Xanım ona bunun biznes olduğunu deməyib, 2018-ci ilin sentyabr ayında Xanım ona pul vermişdir ki apar ver Xatirə xanıma, ilk dəfə təqribən 2000-3000 manat Xatirəyə pul vermişdir, daha sonra Qarayev metrosunun yanında 3-4 dəfə Xatirəyə, daha sonra oğluna pul vermişdir, 2018-ci ilin noyabrda Xanım ona demişdir ki, vəsiqəsinin vaxtı keçib qızılı lombarda qoysun, lombard neftçilərdə idi, lombardla borc müvqaviləsi bağlamışlar, lakin pulu ödəyə bilməmişlər, bu səbəbdən də lombard qızılı satmışdır, 2018-ci ilin dekabr ayından qızıl yox ancaq iddiaçının oğluna 2000, 1500, 300 manat pul vermişdir. İş materiallarında olan 03.06.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar ilə İddiaçı şikayət ərizəsi əsasında material üzrə X6 əməlində cinayət tərkibinin olmaması əsasına görə barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Həmin Qərar ilə işin müəyyən olunmuş hallarından görünür ki, izahatı alınmış X10 bildirmişdir ki, o, gəlir əldə etmək məqsədilə tanışlarından aldığı qızıl-zinət əşyalarını sataraq qazanc əldə etməklə məşğuldur. 2018-ci ilin sentyabr ayında tanış olduğu İddiaçı və onun gəlini Pikəxanımdan satması üçün qızıl-zinət əşyaları almış və müxtəlif tanışlarına satmışdır. Həmin qızılların əyyarlarına görə təxminən 100-150 manat qiymət təyin etmişlər. 2018-ci ilin dekabr ayınadək Xatirədən aldığı qızılları satıb pulunu özünə qaytarmışdır. Bununla da o, bugünədək İddiaçı 73.000 manat ödəniş etmişdir. Lakin qalan ödənişləri ödəyə bilməmişdir. O, qızılları onlardan Qara Qarayev metrostansiyasının yaxınlığında, Xatirə xanımın evinin yaxınlığında və Gənclik metrostansiyasının yaxınlığında da görüşüb alış-verişini etmişlər. Maddi çətinliyi olduğu üçün bugünədək ödəniş edə bilməmişdir. Aldığı qızılların bir qismini nisyə satmış, bir qismini isə lombarda girov qoyaraq pul götürmüşdür. İzahatı alınmış Cavabdeh2 bildirmişdir ki, Quliyeva Xanımı 6-7 ildir ki, tanımış və əvvəllər birlikdə “Brot Haus” şirniyyat evində işləmişlər. O, təxminən 3 ildir ki, “Opel Vectra” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Həmin vaxtlarda onun Xanımla əlaqəsi olduğu üçün sonuncunu və ailəsini idarə etdiyi avtomobillə taksi kimi daşımışdır. 2018-ci ilin sentyabr ayında Xanım ondan Qara Qarayev metrosunun yanında bir nəfər xanımdan qızıl götürməyi tapşırmış və o, qeyd olunan vaxtdan həmin ilin dekabr ayınadək Xanımın tapşırığı ilə dediyi qadından qızıl-zinət əşyalarını alıb Xanıma çatdırmışdır. Sonuncu da bunun qarşılığında ona taksi pulu vermişdir. Həmçinin Xanımın verdiyi pulları da dediyi adamlara çatdırmışdır. 2018-ci ilin noyabr ayında Xanım onunla əlaqə saxlayıb qızıl-zinət əşyalarını lombarda girov qoymaq istədiyini demiş və onun adma girov qoymasını xahiş etmişdir. O, Xanımı uzun müddət tanıdığı üçün razı olmuş, Xanımdan qızılları alaraq Neftçilər metrosunun yaxınlığındakı lombarda öz şəxsiyyət vəsiqəsi ilə qoyub aldığı pulları Xanıma vermişdir. Bu proses bir neçə dəfə davam etmişdir. Onun lombarda qoyduğu qızılların çəkisi təxminən 338 qram, qarşılığında lombardlardan götürdüyü pul isə 10.000 manat olmuşdur. İş materiallarından görünür ki, X13 25 aprel 2019-cu il tarixdə Nərimanov RPİ 18-ci Polis Şöbəsinə izahat verərək bildirmişdir ki, “Gəlir əldə etmək məqsədilə tanışlarımdan aldığım qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğulam. 2018-ci ilin sentyabr ayında tanış olduğum Vəzirova Xanımdan satmaq üçün qızıl-zinət əşyaları alırdım, həmin qızıl-zinət əşyalarını müxtəlif tanıdığım şəxslərə satırdım, həmin qızılların əyarlarına görə təxminən 100-150 manat aralığında qiymət təyin edirdik, təxminən 2018-ci ilin dekabr ayınadək mən ondan aldığım qızıl-zinət əşyalarını sataraq pulunu Xanıma ödəmişəm. Həmin tarixədək mən Xanıma 73 min manat ödəniş etmişəm, lakin 2018-ci ilin dekabr ayından sonra mən onlardan aldığım qızıl-zinət əşyalarının pulunu ödəyə bilmədim. Mən həmin qızıl-zinət əşyalarını ondan müxtəlif ünvanlarda alırdım. Əsasən biz Q.Qarayev metro starnsiyasının yaxınlığında, onların yaşadığı ünvanın yaxınlığında və Gənclik metro stansiyanının yaxınlığında Atatürk parkında görüşüb alış-veriş etmişik. Mən 2018-ci ilin dekabr ayında qızıl-zinət əşyaları götürmüşəm, həmin qızılları tanış taksi sürücüsü Cavabdeh2 vasitəsiə əldə etmişəm, lakin onun həmin qızılları harada götürməsini xatırlamıram. Ancaq onlarla heç vaxt Nərimanov parkı və ona yaxın ərazilərdə görüş olmayıb.Mən aldığım qızıl-zinət əşyalarını və onların məbləğini öz dəftərimdə qeyd etmişəm. Haızrda həmin dəftər yanımda olmadığı üçün məbləği dəqiq bilmirəm. Lazım olacağı təqdirdə dəftəri təqdim edərək dəqiqləşdirə bilərəm. Mən İddiaçı verməli olduğum borcdan imtina etmirəm, sadəcə hazırda maddi çətinliyim olduğu üçün indiyədək pulu ödəyə bilməmişəm. Mən həmin qızılların bir qismini satmışam, digər qismini lombarda qoymuşam.” Həmin Qərardan görünür ki, (səh.17, abzas 5) araşdırma zamanı bütün xüsusatlar yoxlanılmış və müəyyən edilmişdir ki, İddiaçı tələbi mülki xarakterlidir. Yəni İddiaçı gəlir əldə etmək məqsədilə aralarında olan qarşılıqlı razılaşma əsasında 2018-ci ilin sentyabr ayından dekabr ayınadək olan müddət ərzində tanıdığı X7 müxtəlif miqdarda qızıl-zinət əşyaları vermiş, sonuncu da həmin qızılları satdıqdan sonra dekabr ayınadək 73.000 manat ödəniş etsə də, dekabr ayından sonra maddi vəziyyəti ilə bağlı qalan qalan 220.000 manat dəyərində qızıl-zinət əşyalarının pulunu vaxtında ödəyə bilməmişdir. Bununla da tərəflər arasında mülki mübahisə yaranmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 843/2020 saylı 24.02.2020-ci il tarixli Qətnaməsi ilə iddiaçı X2 cavabdeh X7 qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, Məhkəmənin 30.04.2021-ci il tarixli Qərardadı ilə iş üzrə Məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1, onun Məhkəmə fonoskopik ekspertizasında iştirak etməsinin zəruriliyi, ondan imtina etmənin nəticələri barədə məhkəmə tərəfindən məlumatlandırılmışdır. İş materiallarında olan tədqiqat üçün nümunənin alınması barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti A.Ağamalıyeva tərəfindən tərtib olunmuş 06.01.2022-ci il tarixli Aktın surətindən görünür ki, 06.01.2022-ci il tarixdə 2(011)- 3604/2021 saylı mülki iş üzrə nümunə verən şəxs Cavabdeh1 nümunənin götürülməsi prosesində iştirak etməmişdir. İş materiallarında olan fiziki şəxs X11 tərəfindən verilmiş (VÖEN: **********) 03.03.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı sorğu edərək 2018-ci il ərzində qızılzinət əşyalarını açıq bazarda alış-satış qiyməti barədə rəsmi məlumat verilməsini xahiş etmişdir, qızıl –zinət əşyalarının alqı-satqısı və qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan fərdi sahibkar olaraq bildirmişdir ki, 583 ayarlı hazır qızıl məmulatının 1 qramının qiyməti təqribən 100-110 manat, 750 əyarlı hazır qızıl məmulatın dəyəri 120-130 manat civarında olmuşdur, briliant qaşlı hazır qızıl məmulatın dəyəri çəkisindən asılı olaraq 3000-5000 manat arasında dəyişmişdir. İş materiallarında il olan 05.11.2021-ci tarixli dinləmə protokolundan görünür ki, XİAOMİ markalı MDG6 modellı telefona baxış keçirilmişdir, X17 alan (***-***-**-**): 14.10.2019-cu il tarixli mesajin mətni: “xala salam, mən xanıma yazdim xanıma mesaj getmədi xala o mallari verəcəm mən. Mən Xanıma dünən yazdım başa saldım o malları verəcəm necə verəcəm demişəm başına dönüm. Mən O qizdan pul da götürüb onu da gətirib verəcəm bir dənə səbrin olsun xahiş edirəm”; “Xala salam xala başına dönüm qızı gözləyirəm xəbər eləsin gedib görüşəcəm, onunla görüşüb verəcəm. Birdən bügun gec olmuş olsa ola ki sabah şey edəcəm yəni qız nə versə gətirib hamısını verəcəm sizə”; “Ay xala (əsəbi halda) axşamın xeyir sənə yazdım axı dedim bugünü gözləyirəm olmasa sabaha həll olmalıdı insallah.” 16.10.2019-cu il tarixli mesajin mətni: “xala salam zəhmət olmasa bir dənə xanıma deyin də mal çıxaracam mən 6-cı gün qız mal verəcək mənə. Nə götürüm təcili nə lazımdı ona. İki dənə mal çıxardacam nə çıxardım.”; “xala dedim axı başına dönüm qızdan gözləyirəm necə olur olsun çatdıracaq çatdıracaq məndə sizə çatdıracam. O pulu götürüb verəsi mənim elə bir adamım yoxdur ki sizdən artıq onu gözləyirəm” 18.10.2019-cu il: “xala mən dünən də oxumuşam mesajınızı bugün də oxumuşam nə qardaşımla, nə dayılarımla, nə xalalarımdan heç birinin aidiyyatı yoxdur, kimlə görüşmək istəyirsiniz görüş mənim sizə olan borcumun 50 qəpiyini belə verməyəcəklər. Onlar yaxşı adamdılarsa yaxşı olsunlar mən pis. Xanıma da dedim ki, Xanım mama işdədi mama ilə danışım xəbər eləyəcəm mən vaxtını və saatını deməmişəm heç nə də deməmişəm bu vaxt bu saatda. Qaldı pul məsələsinə dedim Xanım səbr elə mən məsələləri yoluna qoyacam az qalıb yəni malı da verəcəm pulu da verəcəm”. Həmçinin həmin tarixli dinləmə protokolundan görünür ki, (Xanım gəlin nar (***-***-**- ** Forvard)) 30.11.2019-cu il tarixli səs yazının mətni: “bizim o alverdən, qızılın alverindən mənim sənə olan borcum 220 mindir də düzdür bacı? Keçən dəfə danışdıq ki, ayda 2 mindən 5 minə qədər danışdıq ki ödəyəcəm mən sənə. İnşallah 15-25 sinə kimi vaxt istəyirəm bilirsən alacağım var onu alıb verəcəm sənə birdə ki mal verəcəm mənə borclu olan mənə mal verəcək mən də götürüb sənə verəcəm. Maksimum ayın sonuna kimi həm pul verəcəm həm mal verəcəm. Ərizəni yaz ki razılaşmışıq mən də sonra gedib yazacam ki ayda bu qədər ödəyəcəm. Mən sənə ayda o pulu ödəməsən onsuz də sən yenə şikayət edə bilərsən. O iltizamı mən yazıb versəm o kağız səndə olsa Mən ödəməsəm sən yenə şikayət edə bilərsən onda işə daha başqa cür baxacaqlar onda daha ciddi baxacaqlar iş getsə o yana aləm bir birinə dəyəcək mən uje özümün də anamın da canını qurtarmaq məcburiyyətindəyəm ki, tutulub getməyəm mamanı qoydum qırağa onsuz da ona bir şey eləməyəcəklər nə olsa mənə olacaq bu hamilə vəziyyətimlə bu uşaqla mən ora gedib çıxmamaq üçün gərək canımı qurtaram ona görə deyirəm ki gəl razılıqa gələk o işi göndərir mənə dedi göndərir mənə dedim göndərin mən uje bilmirəm o adama nə cavab verim. Xanım gəl mənə sənə möhlətimi də deyim xahiş də eləyim yalvarıram da dönə dönə xahiş edirəm anlaşa biləriksə inşallah anlaşarıq mən avqust sentyabr oktyabr ayına 3 ayı ayına 2 min ödəyim sənə oktyabr ayından sonra ayına 5 min ödəyim razısansa mən birisi gün gedim danışım Cabir müəllim ilə gedim kağız yazım sən də gəlib yazarsan yəni birisi gün gedim ərizəni yazım avqust sentyabr oktyabr ayına 2 min manatdan ödəyim ondan sonra 5 min ödəyim əgər razısansa mən bu dəqiqə onu edə bilirəm Xanım əlimi hara atıramsa bütün işlərim hamısı darma dağındı mən səndən 3 ay istəyirəm bax avqustun 29-u 2 min verəcəm sentyabrın 29-u oktyabrin 29-u ayda sənə 2 min verəcəm bacı ondan sonra noyabrın 29-30 ayda sənə 5 mindən verəcəm bacı razılığa gələ biliriksə xanım gəl bunun razılığına gələk birisi gün mən gedim yazım verim bu cürnə həll edək bacı mən səndən xahiş edirəm bu qədər güzəştə getmisən bu qədər başa düşmüsən bu qədər hərşeyi eləmisiz bilirəm allah razı olsun, allah elədiklərini sənin də balavın da yoldaşının da qaynanavın da qarşısına çıxartsın axrıncı dəfə bunu sizdən xahiş edirəm sentyabra da o torpağı da düzəldib çalışacam götürüm verim ki hansınsa birinin borcundan bağlayasan” Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında 2018-ci ilin sentyabr ayında qızıl alqısatqısına dair qarşılıqlı razılaşma olmuşdur, Cavabdeh1 və Cavabdeh3 qızıl-zinət əşyalarını iddiaçıdan satmaq məqsədilə götürmüşlər, tərəflər arasında qızıl-zinət əşyalarının bir qramının alqı-satqı qiyməti 100-150 manat razılaşdırılmışdır. Bununla belə, qızıl-zinət əşyalarının və ya həmin əşyaların dəyərinin iddiaçıya tam olaraq qaytarılmasını təsdiq edən, iddia tələbi üzrə həmin cavabdehlərin öhdəliklərinin yerinə yetirilməsini istisna edən, həmçinin digər Cavabdeh2 qızıl-zinət əşyalarına görə öhdəliklərinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçıya borcunun olması tərəflərin izahatları (Cavabdeh3: “cəmi 2-3 kilo qızıl alınıb, onun da pulu ödənilib”), şahid ifadələri (“şahid P.D.Vəzirova: “hal-hazırda 220 min borcları var, mənim vasitəmlə qaynanam onlara iki kilodan çox qızıl verib, təxmini 2600 qram”), telefon yazışmalarına və səs dinləmələrinə dair protokollar (14.10.2019-cu il tarixdə - “mən o qızdan pul da götürüm onu da gətirib verəcəm bir dənə səbrin olsun xahiş edirəm”; 16.10.2019-cu il tarixdə – “qızdan gözləyirəm necə olur olsun çatdıracaq, çatdıracaq mən də sizə çatdıracam, o pulu götürüb verəsi mənim elə bir adamım yoxdur ki sizdən artıq, onu gözləyirəm” 18.10.2019-cu il tarixdə - “nə qardaşımla, nə dayılarımla, nə xalalarımdan heç birinin aidiyyatı yoxdur, kimlə görüşmək istəyirsən görüş mənim sizə olan borcumun 50 qəpiyini belə verməyəcəklər”; “qaldı pul məsələsinə dedim Xanım səbr elə mən məsələləri yoluna qoyacam az qalıb, yəni malı da verəcəm, pulu da verəcəm” 30.10.2019-cu il tarixdə - “bizim o alverdən, qızılın alverindən mənim sənə olan borcum iki yüz iyirmi mindir də düzdür bacı?”), Cavabdeh1 məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-fonoskopik ekspertizalarının keçirilməsində iştirak etməkdən imtinaya dair Akt, təhqiqat materialları (Qərar və izahatlar) ilə müəyyən olunmuş hallarla tam sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, 2-3 kq. qızıl almaları barədə etiraf, həmin qızıl-zinət əşyalarının və ya onların razılaşdırılmış məbləğinin qaytarılmasına dair cavabdehlərdə sübut etmə vəzifəsi yaradır, lakin buna dair sübutlar iş materiallarına əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin cavabdehlərə münasibətdə əsaslıdır. Məhkəmə, iddia tələbinin digər Cavabdeh2 “10000 manat pulun alınması” hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı bu hallara dair sübutetmə yükü daşıyır, lakin o, buna dair sübutları məhkəməyə təqdim etməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 200.000 manat və Cavabdeh3 10.000 manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və cavabdehlərin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 30 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 200000 (iki yüz min) manat və Cavabdeh3 10000 (on min) manat tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-94/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-94/2022
04.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver