Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-947/2024 19.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı Firudin oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından istifadə hüququnun xitam verilməsi (itirilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanı iddiaçının şəxsi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlak Dövlət Reyestrinin xx.xx.2023-cü il tarixli çıxarışına əsasən sözügedən mənzil iddiaçının şəxsi mülkiyyətindir. Cavabdeh şəxs uzun illərdir ki, göstərilən ünvanda, yəni evdə yaşamır, mənzildən istifadə etmir, bütün kommunal xərcləri iddiaçı özü maddi vəsaiti hesabına ödəyir. Cavabdehin iddiaçıya məxsus evdə , yəni mənzildə qeydiyyatda olması onu bir mülkiyyətçi kimi narahat etməklə yanaşı, eləcə də sərbəst mənzil üzərində digər hüquqlarının həyata keçirilməsinə maneçilik törədir və hesab edir ki, o yəni cavabdeh mülkiyyətçisi olduğu mənzildən istifadə hüququna xitam verilməsi məqsədə müvafiqdir. Tərəflərin izahatları: İddiaçı Firudin oğlu məhkəmə iclasında bildirmişdir ki, cavabdehi tanımır, onun mənzilində qeydiyyatda olması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Buna görə də iddianın tam təmin edilərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından, o məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, həmin ünvan üzrə xidmət göstərən 132 nömrəli MTK məhkəməyə cavabolaraq bildirmişdir ki, Cavabdeh ünvan 1 ünvanında yaşamır.Buna görə də məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 (Yeni qaydalarla: AZ1126,Bakı şəhər, Xətai rayonu, Gəncə Prospekti, 485, M1,m2) ünvanında İddiaçı xüsusi mülkiyyətindədir,daşınmaz əmlakın qeydiyyat tarixi xx.xx.2023cü ildir. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, X2 ünvan 1 (Yeni qaydalarla: AZ1126, Bakı şəhər, Xətai rayonu, Gəncə Prospekti, 485, M1,m2) ünvanında yerləşən mənzili İddiaçı Firudin oğluna bağışlamışdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixində Cavabdeh tərəfindən 6 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisinə ərizə yazmış, həmin ərizədə qeydiyyatda olduğu və X1 məxsus ünvan 4 ünvanında yerləşən 110 saylı mənzilinin satılmasına razıdır, heç bir etirazı yoxdur. Müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarına əsasən müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 (Yeni qaydalarla: AZ1126,Bakı şəhər, Xətai rayonu, Gəncə Prospekti, 485, M1,m2) iddiaçının xüsusi mülkiyyətindir. Cavabdeh həmin ünvana qeydiyyatdadır, lakin o orada yaşamamış və həmin mənzildən istifadə etməmişdir, həmçinin iddiaçının ailə üzvü deyildir, onun iddiaçının mənzilinə qeydiyyatı formal xarakter daşımışdır və həmin mənzilə istifadə hüququ yaranmamışdır. Bununla belə, cavabdehin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququna dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh həmin mənzildə faktiki qeydiyyatda olsa da, onun həmin mənzilə dair istifadə hüququ yaranmadığından cavabdehin İddiaçı Firudin oğluna məxsus ünvan 1 (Yeni qaydalarla: AZ1126,Bakı şəhər, Xətai rayonu, Gəncə Prospekti, 485, M1,m2) ünvanından istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələbi də əsassızdır və buna görə də təmin edilməməlidir. Bununla bərabər məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməməsi Cavabdeh ünvan 1 (Yeni qaydalarla: AZ1126,Bakı şəhər, Xətai rayonu, Gəncə Prospekti, 485, M1,m2) ünvanında qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı –Cavabdeh ünvan 1 (Yeni qaydalarla: AZ1126,Bakı şəhər, Xətai rayonu, Gəncə Prospekti, 485, M1,m2) ünvanına dair istifadə hüququnun itirilməsi barədə iddiası təmin edilməsin. Bu qətnamə Cavabdeh ünvan 1 (Yeni qaydalarla: AZ1126,Bakı şəhər, Xətai rayonu, Gəncə Prospekti, 485, M1,m2) ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-947/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-947/2024
19.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver