Məhkəmə qərarları › İş №2(011)-9480/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9480/2025

25.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9480/2025 25.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdeh qarşı X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “avtomobilin alınmasını saxta əqd sayılması, avtomobilin icra predmeti kimi sayılması, avtomobilin satılmasına, bağışlanmasına və özgəninkiləşdirilməsinə qadağa qoyulması” tələbləri barədə iddia ərizəsinə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi avtomobilin alınmasını saxta əqd sayılması, avtomobilin icra predmeti kimi sayılması, avtomobilin satılmasına, bağışlanmasına və özgəninkiləşdirilməsinə qadağa qoyulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi avtomobilin alınmasını saxta əqd sayılması, avtomobilin icra predmeti kimi sayılması, avtomobilin satılmasına, bağışlanmasına və özgəninkiləşdirilməsinə qadağa qoyulması tələbinə dair ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını göstərməlidir. Lakin hazırki ərizəyə iddiaçı qeyd etdiyi halları təstiq edən sübutların siyahısını əlavə etməmişdir. Əlavə olaraq məhkəmə iddiaçının tələblərinə ayrı-ayrılıqda qiymət verərək qeyd edir ki, iddiaçı birinci tələbində “avtomobilin alınmasını saxta əqd sayılması”nı xahiş etsə də, hansı alqı-satqı müqaviləsinin saxta əqd hesab edilməsini qeyd etməmiş, həmin müqavilənin mövcudluğuna dair sübut təqdim etməmişdir. İddiaçının ikinci və üçüncü tələbləri olan “avtomobilin icra predmeti kimi sayılması, avtomobilin satılmasına, bağışlanmasına və özgəninkiləşdirilməsinə qadağa qoyulması” məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin icra qaydasının müəyyən edilməsi və icrasının təmin edilməsi ilə bağlıdır ki, bu cür tələblərə iddia icraatı qaydasında deyil, məhkəmə qərarlarının icrasına nəzarət qaydasında, yəni icra icraatı qaydasında, baxılamılıdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən cavabdeh Səfərov X2 rayonu, Köhnə Alvadı ə/d, Köhnə Alvadı kəndində qeydiyyatdadır. Göründüyü kimi, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri Xətai rayonu ərazisində olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Eyni zamanda məhkəmə tərəfindən ərizə nəzərdən keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş dövlət rüsumu ödənilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 150-ci və 152-ci maddələrinin tələblərinə uyğun olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “avtomobilin alınmasını saxta əqd sayılması, avtomobilin icra predmeti kimi sayılması, avtomobilin satılmasına, bağışlanmasına və özgəninkiləşdirilməsinə qadağa qoyulması” tələbləri barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar