Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-950/2024 01.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. “Ford Transit” yük markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin (Bundan sonra – Avtomobil) Cavabdeh2 mülkiyyətində olmuş, Avtomobil xx.xx.2023-cü il tarixdə onun adına qeydiyyata alınmışdır.
2. Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə ona verilmiş səlahiyyətlər (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək) digər şəxslərə verilməklə, Cavabdeh3 bir il müddətinə müddətinə etibarnamə verilmiş, sonuncu tərəfindən isə ona verilmiş səlahiyyətlər, Cavabdeh2 nümayəndəsi qismində iştirak etməklə, xx.xx.2023-cü il tarixli etibarnamə ilə Cavabdeh1 ötürülmüşdür.
3. xx.xx.2023-cü il tarixli etibarnamə əsasında Avtomobilə dair verilmiş səlahiyyətlər, Cavabdeh2 nümayəndəsi qismində iştirak etməklə, Cavabdeh1 tərəfindən 10 ay müddətinə (xx.xx.2024-cü tarixədək) iddiaçıya verilmiş, eyni zamanda Cavabdeh1 Avtomobilin iddiaçıya satılması məqsədilə ondan 18 000 manat pul almışdır. Cavabdeh1 Binəqədi RPİ-nin 6-cı PB-də verdiyi yazılı izahatında, eyni zamanda məhkəmə iclasında Avtomobili iddiaçıya satmaq məqsədilə ondan 18 000 manat pul aldığını etiraf etmişdir.
4. Avtomobil iddiaçıya verildikdən sonra, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 Cavabdeh3 verdiyi xx.xx.2023-cü tarixli etibarnaməni ləğv etdirmiş, bundan sonra bir neçə gün keçdikdən sonra X6 əməkdaşları tərəfindən saxlanılraq Avtomobil məcburi duracağa yerləşdirilmişdir. Avtomobil hazırda X2 mülkiyyətindədir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı Cavabdeh1 ona maşın satmaq adı altında ondan aldığı 18000 manat məbləğində pulun əvəzinin, xx.xx.2023-cü il tarixdən onun 18000 manat məbləğində pulunu əsassız olaraq saxladıqlarına və faydalandıqlarına görə məhrum olduğu 810 manat məbləğində əldə edəcəyi gəlirlərin (əldən çıxmış faydanın) əvəzinin, 1000 manat məbləğində mənəvi zərərin əvəzinin, cəmi 19810 manat məbləğində pulun əvəzinin və məhkəmə üçün ödənilmiş 150 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh1lə Sumqayıt maşın bazarında maşın alqı-satqısı zamanı tanış olmuşdur. O, maşın almaq məqsədilə xx.xx.2023-cü il tarixdə bazar günü Sumqayıt maşın bazarına getmiş, orada maşın satıcısı Cavabdeh1 Avtomobilin sənədlərində heç bir problemin olmadığını, axtarışda və ya həbsdə olmadığını bildirmişdir. O, Avtomobilə baxış keçirmiş, xoşuna gəlmiş və Elgünlə alqı-satqı qiymətini 18000 manata nağd ödəməklə Avtomobili almışdır. Elgün ondan 18000 manat pulu təhvil almış və pulu alandan sonra xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisində Avtomobilə dair onun adına bütün səlahiyyətləri - sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyyətləri özündə əks etdirən etibarnamə verilmişdir. Lakin, üstündən 3-5 gün keçməmiş Baş Dövlət Yol Polis İdarəsinin polisləri Avtomobili saxlayaraq, Avtomobilin axtarışda olduğunu bildirərək əlindən alıb cərimə meydançasına yerləşdirdilər. O, bu barədə Cavabdeh1 iradını bildirmiş və pulunu geri qaytarmasını tələb etmiş, lakin Cavabdeh1 gah etibarnaməni Avtomobilin mülkiyyətçisi olmuş Cavabdeh2 ləğv etdirdiyini bildirdi, gah da onların işçisinin ləğv etdirdiyini söylədi. Nəticədə Cavabdeh1 bu günə qədər alqı-satqısı adı altında ondan aldığı 18000 manat pul qaytarılmayıb. Müxtəlif bəhanələrlə onu get-gələ salırlar, vaxtı uzadır, əsassız olaraq onun 18000 manatını özlərində saxlayıb faydalanırlar. Cavabdeh1 bu qanuna zidd hərəkətlərini görüb o, yaşadığı ərazi üzrə Polis Orqanına müraciət etmişdir. Polis Orqanında araşdırma zamanı Cavabdeh1 ona Avtomobili satdığını, buna görə ondan 18000 manat pul aldığını etiraf etsə də, pulu ona geri qaytarılmamışdır. Həmçinin özü müstəqil şəkildə araşdırma aparmış, aşkar olmuşdur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə bazar günü Avtomobili ona satıb ondan 18000 manat pul alan günü, yəni xx.xx.2023-cü il tarixdə 4 saat sonra onun adına verilmiş etibarnamə ləğv etdirilmişdir. Bununla da həm aldığı avtomobildən məhrum olmuş, həm də Cavabdeh1 qanuna zidd hərəkətləri nəticəsində ona 18000 manat maddi ziyan vurulmuşdur. Bundan başqa, Cavabdeh1 artıq 3 aydan çoxdur ki, 18000 manat məbləğində pulu əsassız olaraq özündə saxlayır, puldan faydalanır, əgər o, 3 ay əvvəl həmin pula başqa bir şəxsdən problemsiz avtomobil alsaydı, yaxud həmin pulu mülki dövriyyə şəraitində dövr etdirsəydi faydalanardı, əlavə gəlir əldə edərdi, indiki halda isə o, 3 aydır ki, gəlirindən, qazancından məhrum olmuşdur. Həmçinin, Cavabdeh1 və Cavabdeh2 bu kimi qanuna zidd hərəkətləri nəticəsində o, qonşular arasında, qohumlarım arasında rüsvay olmuş, işgüzar nüfuzuna xələl yetirilib, bu səbəbdən ağır iztirablar, fiziki və mənəvi sarsıntılar keçirtmiş, qarşılaşdığı bu qanuna zidd hərəkətlər, davranışlar səbəbindən gecələr yuxusu qaçıb, yata bilmir, əsəbləri pozulub, o, əsəblərini sakitləşdirmək üçün müalicə olunur, ona 1000 manat məbləğində mənəvi zərər yetirilmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı Avtomobili aldıqdan sonra səhhətində yaranmış problemlə əlaqədar olaraq əməliyyat olunmuş, əməliyyatdan 3 gün sonra Avtomobili idarə edən zaman polis əməkdaşları onu saxlayaraq etibarnamənin müddətinin bitməsi ilə əlaqədar olaraq Avtomobili əlindən alıblar. İddiaçı Avtomobili 18 000 manata almış, 14 000 manat pulu nəğd şəkildə, qalan 4000 manat pulu isə kart vasitəsilə Elgünə vermişdir. Cavabdeh2 qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsinə səbəb etibarnamənin məhz onun tərəfindən ləğv etdirilməsi olmuşdur. Qeyd edilənlərə əsasən 18 000 manat pul vəsaitinin Cavabdeh1, qalan pul vəsaitini isə hər iki cavabdehdən müştərək qaydada tutulmasını xahiş etdi.
9. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
10. Cavabdeh1 məhkəmə baxışı zamanı izahatında bildirdi ki, Avtomobili ilk əvvəl 15 500 manata özü aldı, sadəcə öz adına qeydiyyatdan keçirmək üçün əlavə olaraq təqribən 200-300 manat pul tələb olunduğundan Avtomobili etibarnamə əsasında idarə etmişdir. 14 gün sonra Avtomobili ona verilmiş etibarnamə əsasında 18 000 manata iddiaçıya satmış, aldığı pulu Cavabdeh2 verməmişdir. Həmin pulun 15 500 manatını dayısına borcu olduğuna görə ona vermişdir. O, beş ildir ki, avtomobil alqı-satqısı ilə məşğul olur, bu vaxta qədər bir neçə dəfə bu qaydada avtomobil satıb, ancaq heç birində problem yaşanmayıb. Onun hal-hazırda ididaçının tələb etdiyi pul vəsaitini qaytarmağa maddi imkanı yoxdur.
11. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən heç bir məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
16. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
22. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
23. İddia tələbinin qanuni əsasının tapılması isə tərəflər arasında hansı hüquq münasibətinin yaranmasının düzgün müəyyən edilməsindən ibarətdir.
24. Məhkəmə öncə iddia tələbinin Cavabdeh1 Avtomobilə görə ödənilmiş pul vəsaitinin tələb edilməsi hissəsinə münasibət bildirirərək qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında yaranmış münasibətləri nəzərə alaraq iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21-ci maddəsi təşkil edir.
25. Məhkəmə qeyd edir ki, iddiaçı Avtomobili almaq məqsədilə Cavabdeh1 ödənilmiş 18 000 manat pulun geri qaytarılmasını tələb edir. Tərəflər arasında bağlanılacaq əqdin predmetini avtomobil təşkil edir. Avtomobil daşınar əmlak olmaqla "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 11 aprel 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısına əsasən dövlət reyestrində rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar siyahısına daxildir.
26. Mülki Məcəllənin 650-ci maddəsinin məzmunundan da göründüyü kimi, rəsmi reyestirdə qeydə alınmalı olan daşınar əşyalara dair alqı-satqı tələblərinə daşınmaz əşyalarla bağlı tələblər aid edilir. Mülki Məcəllənin 144.1-ci maddəsində deyilir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Bu isə o deməkdir ki, daşınar əşya olmaqla, rəsmi reyestirdə qeydə alınmalı olan avtomobilin alqı-satıqısı barədə müqavilələr, daşınmaz əşyalarda olduğu kimi, yazılı şəkildə bağlanmaqla bərabər həm də, notarial qaydada təsdiq edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında yaranmış mübahisəyə Avtomobilin alqı-satqısından irəli gələn Mülki Məcəllənin maddi hüquq normaları tətbiq edilə bilməz.
27. Lakin, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Avtomobili əldə etmək (almaq) məqsədilə Cavabdeh1 18 000 manat məbləğində pul vəsaiti verməklə Avtomobilin artıq onun mülkiyyətinə keçməsini güman edərək, Avtomobildən öz mülkiyyəti kimi istifadə etməyi ümid etmiş, lakin sonradan X4 Şahmuradova verdiyi ilkin etibarnaməni ləğv etdiyindən, Avtomobili idarə etməyə hüququ olmadığından (Avtomobili idarə etmək üçün onun adına verilmiş etibarnamə ləğv olunduğundan) X6 əməkdaşları tərəfindən saxlanılaraq məcburi duracağa yerləşdirilməklə ondan alınmışdır. İddiaçı Cavabdeh1 verdiyi 18 000 manat məbləğində pul vəsaitini Avtomobili əldə etmək üçün versə də, Avtomobil hazırda onun istifadəsində deyil və iddiaçı Avtomobili geri tələb edə bilmir. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən iddiaçının vəkili və nümayəndəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən olunur ki, Avtomobil xx.xx.2023-cü il tarixində Cavabdeh2 ilə X3 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında X2 adına qeydiyyata alınmışdır. Beləliklə, iddiaçı 18 000 manat məbləğində pul vəsaitini Cavabdeh1 verməklə əmlakından məhrum olmuş, nəticədə ona maddi ziyan dəymişdir. İddiaçıya maddi ziyanı Cavabdeh1 vurması isə işdə sübutlarla təsdiq edilir.
28. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt əsas götürülür və bu şərtləri məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranması ilə nəticələnən mülki hüquq pozuntusu sayılır: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
29. Cavabdeh1 iddiaçıya Avtomobili qanunla müəyyən edilmiş qaydada satmaması hüquqa zidd olmuşdur. Belə ki, Avtomobilin alqı-satqısının qanunla həyata keçirilməsi qaydası barədə yuxarıda şərh edilmişdir (qətnamənin 27 və 28-ci bəndləri). Ümumiləşdirərək bir daha qeyd edirik ki, avtomobillərin alqı-satqısı barədə müqavilələrin notarial aydada bağlanmasını qanun məcburi olaraq müəyyən etmişdir. Lakin Cavabdeh1 etibarnamə ilə ona bu səlahiyyətlərin verilməsinə baxmayaraq, iddiaçıya Avtomobili qanunla müəyyən edilmiş qaydada satmamış, buna baxmayaraq ondan 18000 manat pul almış, bununla da qanuna zidd hərəkət etmişdir. Onun hüquqa zidd hərkəti məhkəmə araşdırması zamanı və Binəqədi RPİ-nin 6-cı PB-də verdiyi yazılı izahatı ilə də öz təsdiqini tapır.
30. Cavabdeh1 qanuna zidd hərəkəti nəticəsində iddiaçıya maddi ziyanın dəyməsi isə işin mübahisəsiz halıdır. Belə ki, mülkiyyətçi Nicabət Əşəfova təfərindən Avtomobilə dair verilmiş etibarnamələrin ləğvi nəticəsində həmin Avtomobil iddiaçıdan alınmış və sonradan özgəninkiləşdirilmişdir. İddiaçının Avtomobili almaq məqsədilə Cavabdeh1 ödənilmiş pul vəsaiti isə ona qaytarılmamış, bununla da iddiaçı maddi zərər çəkmişdir. Həmçinin, iddiaçıya maddi ziyan dəyməsinə səbəb Cavabdeh1 qanuna zidd davranışı (Avtomobili qanunla müəyyən edilmiş qaydada satmamaqla) olmuşdur. Mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olması da mülki hüquq pozuntusunun yaranmasının üçüncü şərtidir. Əgər vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti də istisna edilir.
31. Məhkəmə hesab edir ki, iddia tələbi əldən çıxmış faydanın tələb edilməsi hissəsində qismən təmin edilməlidir.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli Plenum Qərarında deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
34. Qeyd edilən müddəalardan da göründüyü kimi iddiaçının əldən çıxmış faydaya görə cavabdehdən pul vəsaitinin tələb etməsi üçün ona ödənilməsini gecikdirdiyi pul vəsaitindən cavabdehin faydalanaraq gəlir əldə etməsini sübut etməlidir. İddiaçı isə həmin pul vəsaitlərindən cavadehin faydalanaraq gəlir əldə etməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.
35. Lakin işin mübahisəsiz halıdır ki, Cavabdeh1 Avtomobilin alınması məqsədilə iddiaçının ona verdiyi 18000 manat pul vəsaitini əsassız olaraq qaytarmamışdır. Bu halda, iddiaçının Mülki Məcəllənin 447.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada vaxtında ödənilməyən pula görə illik beş faiz məbləğində pul tələb etmək hüququ yaranmış olur. İddiaçı ona məxsus pul vəsaitini qaytarmadığına görə Cavabdeh1 3 ay müddət üçün dəymiş zərər tələb edir. Bu halda, 18000 manat pul vəsaitinin 3 ay müddətinə ödənilməməsinə görə illik beş faiz məbləğində pul 225 manat edir (18000 manat x 5% = 900 manat; 900 manat / 12 ay x 3 ay = 225 manat).
36. Məhkəmə iddiaçının mənəvi zərərlə bağlı tələbini qismən əsaslı hesab edir.
37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
38. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
39. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nı 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.
40. Əvvəldə də şərh edildiyi kimi, dəyərini ödədiyi halda, Cavabdeh1 təqsirindən Avtomobilin geri alınması, həm də 18000 manat əmlakından məhrum olmasının yaratdığı vəziyyət iddiaçıda stress, əsəb və gərginliklərin yaranmasına səbəb olmuşdur. Həm də nəzərə alınmalıdır ki, Avtomobil ona verildikdən sonra iddiaçı səhhəti ilə bağlı tibbi əməliyyat keçirmiş, bu əməliyyatdan sonra sərbəst hərəkət etməsində çətinlik yaranmışdır. Avtomobil ondan alındıqdan sonra səhhəti tam bərpa edilmədən, hətta əsadan istifadə edərək hərəkət etməklə bir sıra dövlət oqranlarında, habelə məhkəmədə hüquqlarının bərpası məqsədilə iştirak etmişdir. Pozulmuş hüququnu bərpa etmək məcburiyyətində qalaraq sağlamlığı ilə bağlı sərbəst hərəkət edə bilməməsi isə onun iztirablar çəkməsini deməyə tam əsas verir. Hərəkət məhdudluğunun yaratdığı çətinlik altında hüquqlarının bərpası məqsədilə iddiaçının dövlət oqranlarına, habelə məhkəməyə getməsinə səbəb isə əmlakından məhrum olması ilə nəticələnən Cavabdeh1 qanuna zidd hərəkəti olmuşdur. və etməsinə İddiaçı isə cavabdehlərin təqsirindən, getmək məcburiyyətində qalmşdır. Məhkəmənin qənaətinə görə mövcud şəraitdə yalnız pul kompensasiyası vasitəsilə ilə iddiaçı təsəlli ala bilər. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir.
41. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyil, çünki mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkmiş şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və yadigər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
43. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının əmlakın mərhum olması nəticəsində onun iztirab, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Buna görə də, iddia tələbi qismən təmin edilərək 300 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
44. Məhkəmə hesab edir ki, 150 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya qaytarılmalıdır.
45. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Belə ki, iddiaçıya maddi ziyanın dəyməsində Cavabdeh1 təqsirli olması ətraflı şərh edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, Avtomobilin alınması məqsədilə ödənilmiş pulu X5 Əşrəfovaya verməməklə öz ehtiyaclarına sərf etmişdir. Odur ki, Cavabdeh2 iddiaçıya hər hansı ziyan, yaxud zərər vurması məhkəmə araşdırması nəticəsində müəyyən edilmədiyindən iddia ona aid hissədə ətmin edilməməlidir.
46. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. “Ford Transit” yük markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədilə ödənilmiş 18 000 manat, həmin vəsaitinin ödənilməməsinə görə 5% məblğində 225 manat, 300 manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmi 18525 manat və ödənilmiş 150 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə və Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı