Məhkəmə qərarları › İş №2(012)-102/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-102/2024

17.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-102/2024 17.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakın real bölgüsü, digər mülkiyyətçidən kompensasiya tələbi və ya əmlakın açıq hərracdan satılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakın real bölgüsü, digər mülkiyyətçidən kompensasiya tələbi və ya əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1 -ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evinin 4/6 hissəsi onun payına, 1/6 hissəsi Cavabdeh1 payına, 1/6 hissəsi Cavabdeh2 payına mütənasib naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda cavabdehlər tərəfindən onun payına mütənasib şəkildə kompensasiya ödənilməsi, kompensasiya məbləğini cavabdehlər qəbul etmədiyi halda əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olaraq tərəflərin aralarında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evi iddiaçının anası X3 məxsus olmuş və mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. İddiaçı anası X4 22 dekabr 2010-cu il tarixdə ölmüş və həmin günə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evi miras qalmışdır. Abşeron Rayon Məhkəməinin 14 fevral 2020-ci il tarixli, 2(012)-710/2020 saylı qətnaməsi ilə mərhum anası X2 ölümündən sonra miras qalan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evində həm vəsiyyət üzrə, həm də qanun üzrə payı nəzərə alınmaqla İddiaçı həmin əmlakdakı payı 4/6 hissə, Cavabdeh1 payı 1/6 hissə və Cavabdeh2 payı 1/6 hissədə müəyyən edilmişdr. Həmin əmlakın ekspert rəyi əsasında naturada bölgüsünün mümkün olmadığı müəyyən olunmuşdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: -Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(02)-710/2020 saylı qətnaməsindən görünür ki, iddia tələblərinin qismən təmin edilməsi, mərhum X2 ölümündən sonra miras qalan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evində vərəsələr İddiaçı payı 4/6 hissə, Cavabdeh1 payı 1/6 hissə və Cavabdeh2 payı 1/6 hissədə müəyyən edilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-2246/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməməsi, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(02)-710/2020 saylı qətnaməsinin Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 11 saylı fərdi yaşayış evi dövlət reyestrində 2 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə İddiaçı adına 4/6 hissədə, Cavabdeh1 Hüsyn oğlunun adına 1/6 hissədə və X1 adına 1/6 hissədə qeydiyyata alınmışdır. -“X5” MMC-nin xx.xx.2023-cü il tarixli, LBC-009/2023 saylı qiymətləndimə hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 11 saylı fərdi yaşayış evinin müqayisəli satışlar metoduna əsasən hesablanaraq bazar dəyəri müəyyən edilmişdir. 22 iyun 2023-cü il tarixə həmin fərdi yaşayış evin bazar dəyəri 97000 manat həcmində müəyyən edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6836 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 11 saylı fərdi yaşayış evinin faktiki vəziyyətdə İddiaçı (4/6 hissədə), Cavabdeh1 (1/6 hissədə) və Cavabdeh2 (1/6 hissədə) paylarına uyğun naturada bölgüsü texniki cəhətdən mümkün deyildir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1. maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(02)-710/2020 saylı qətnaməsinə əsasən mərhum X2 ölümündən sonra miras qalan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evində vərəsələr İddiaçı payı 4/6 hissə, Cavabdeh1 payı 1/6 hissə və Cavabdeh2 payı 1/6 hissədə müəyyən edilmişdir. Paylı mülkiyyət hüququ əsasında mənsub olan və daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 11 saylı fərdi yaşayış evin İddiaçı adına 4/6 hissədə, Cavabdeh1 Hüsyn oğlunun adına 1/6 hissədə və X1 adına 1/6 hissədə qeydə alınmışdır. Hazırda, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakın real bölgüsü, digər mülkiyyətçidən kompensasiya və ya əmlakın açıq hərracdan satılmasını məhkəmədən xahiş etmişdir. Daşınmaz əmlakın paylara uyğun olaraq naturada bölünməsi tələbi üzrə rəy verilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6836 saylı rəyinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 11 saylı fərdi yaşayış evinin faktiki vəziyyətdə İddiaçı (4/6 hissədə), Cavabdeh1 (1/6 hissədə) və Cavabdeh2 (1/6 hissədə) paylarına uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. “X5” MMC-nin xx.xx.2023-cü il tarixli, LBC-009/2023 saylı qiymətləndimə hesabatı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 11 saylı fərdi yaşayış evinin müqayisəli satışlar metoduna əsasən hesablanaraq bazar dəyəri müəyyən edilmişdir. 22 iyun 2023-cü il tarixə həmin fərdi yaşayış evin bazar dəyəri 97000 manat həcmində müəyyən edilmişdir. Buna görə də məhkəmə iddiaçının iddia tələbində əmlakın naturada bölgüsü mümkün olmadıqda cavabdehlər tərəfindən iddiaçının payına mütənasib şəkildə kompensasiya ödənilməsi, kompensasiya məbləğini cavabdehlər qəbul etmədiyi halda əmlakın 97000 manat məbləğində açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olaraq tərəflərin aralarında onların paylarına mütənasib surətdə bölüşdürülməsini əsaslı və məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddia ərizəsində tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab edir ki,iddia tələbi əsaslı olmaqla təmin edildiyindən 50 (əlli) manat dəyərində məhkəmə tikinti-texniki ekspertizası xərci cavabdehlərə aid edilməli və cavabdehlər müştərək qaydada tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1 -ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evinin 4/6 hissəsi onun payına, 1/6 hissəsi Cavabdeh1 payına, 1/6 hissəsi Cavabdeh2 payına mütənasib naturada bölünməsi mümkün olmadığından həmin mübahisəli mənzil 97000 manat məbləğində qiymətləndirilsin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçının payına mütənasib şəklində 1 ay ərzində kompensasiya ödənilməsi təklif olunsun, təklif mümkün olmadıqda həmin əmlak açıq hərracda 97000 manat məbləğində satılsın və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olaraq tərəflərin aralarında onların paylarına mütənasib surətdə bölüşdürülsün. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müşdərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin Qətnаmədən, qətnаmə işdə iştirаk еdən şəхslərə rəsmi qаydаdа vеrildiyi gündən 1 (bir) аy müddətində Abşeron Rаyоn Məhkəməsi vаsitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnаmədən şikаyət vеrilməmişdirsə, qəbul еdildiyi gündən 1 (bir) аy kеçdikdən sоnrа qаnuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar