Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1095/2021 19.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı4 nümayəndəsi X2 və Cavabdeh Şöbəsinin nümayəndəsi X83 iştirakı ilə İddiaçılar İddiaçı1, X9, X30 və İddiaçı4 Cavabdeh Şöbəsinə qarşı qanuni qüvvəyə minmiş hökmün icra edilməməsinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X43, X84 və İddiaçı4 Cavabdeh Şöbəsinə qarşı qanuni qüvvəyə minmiş hökmün icra edilməməsinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2013-cü il tarixli hökmünün onlara aid olan hissədə icra edilməməsinin qanunsuz hesab edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2013-cü il tarixli hökmünün onlara aid olan hissədə icra edilməsi öhdəliyi cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 21.02.1994-cü il tarixli 233 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi 34B ünvanında hündür mərtəbəli binanın tikintisi üçün torpaq sahəsi "xxxx" Mənzil Tikinti Kooperativinə (MTK) ayrılmışdır. "xxxx" MTK Bakı şəhərində onlarla binanın tikintisi ilə məşğul olmuşdur və hal-hazırda da məşğuldur. "xxxx" MTK-nın sahibi olan İsfəndiyar adlı şəxsin bir neçə MTK-sı vardır. Bu şəxs Azərbaycan yüksək vəzifəli şəxslər ilə sıx əməkdaşlıq edir və onların "qoruması" altında fəaliyyət göstərir. 04 fevral 2008-ci il tarixli "Birgə təsərrüfat fəaliyyəti" haqqında müqaviləyə əsasən binanın tikintisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) tapşırılmışdır. İddiaçılar müxtəlif məbləğlərdə pul vəsaiti ödəyərək tikilən hündürmərtəbəli binadan mənzillər almışdırlar. Mənzilin alqı-satqısı müqavilə əsasında həyata keçirilmişdir. Ərizəçilərin bəziləri müqavilə üzrə ödəməli olduqları məbləği tam bağlamış, bəziləri isə mütəmadi ödənişlər edərək borclarını ödəmişdirlər. Ərizəçilər ilə müqavilə "xxxx" MMC arasında bağlanılırdı və ödənişi təsdiq edən qəbzlər MMC tərəfindən təqdim edilirdi. 2012-ci ildə "xxxx" MMC-nin rəhbərləri həbs edilmişdirlər. Onlar müxtəlif şəxslər ilə guya ki, saxta müqavilələr imzalamaq ilə mənzil üçün ödənilmiş pulları mənimsəmişdirlər. İddiaçılar hamısı başladılan cinayət işində zərərçəkmiş şəxs kimi tanınmışdırlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2013-cü il tarixli Hökmü ilə "xxxx" MMC-nin prezidenti və digər yüksək vəzifəli 3 şəxs ittiham olunan əməllərdə təqsirli bilinmiş və müxtəlif cəzalara məhkum edilmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin 23 avqust 2016-cı il tarixli qərarı ilə ərizəçilərin verdikləri apellyasiya şikayəti təmin edilməmişdir. AR Ali Məhkəməsinin 05 aprel 2017-ci il tarixli qərarı ilə ərizəçilərin kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2013-cü il tarixli Hökmü qanuni qüvvəyə minmişdir. Hökmün qanuni qüvvəyə minməsindən və icraya yönəldilməsindən uzun müddət ötməsinə baxmayaraq hökmün zərərçəkmiş şəxslərə dəymiş ziyanın əvəzinin ödənilməsi hissəsi üzrə heç bir addım atılmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün iddiaçıların ziyanına icra edilməməsi iddiaçıların “ədalətli məhəkəmə araşdırması” hüquqlarının pozuntusu ilə nəticələnir. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün onların ziyanına uzun müddət icra edilməməsi hüquqlarının pozuntusu ilə yanaşı, onlara maddi və mənəvi ziyanın dəyməsi ilə də nəticələnir. Bu səbəbdən qanuni qüvvəyə minmiş məhkəmə hökmünün iddiaçılara aid olan hissədə dərhal icra edilməsi tələbinə dair ərizə ilə cavabdehlərə müraciət etmişlər, qanunvericiliyə müvafiq addımlar atılmadığı təqdirdə İcra İdarələrinə qarşı məhkəmədə iddia qaldırılacağı və hökmün uzun müddət icra edilməməsi nəticəsində dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələb ediləcəyi barədə tələblərini qeyd etmişlər. Lakin cavabdeh hökmün iddiaçıya aid olan hissəsində hökmü qanunsuz olaraq uzun müddətdir ki, icra etmirlər. Yalnız müvafiq müraciətdən sonra iddiaçılara məlum olmuşdur ki, cavabdeh hökmün iddiaçılara aid olan hissəsində icra edilməməsi üçün qanunsuz və əsassız əməllərə əl atmışdır. Belə ki, cavabdeh icra sənədini icra edilmədən hökmü qəbul etmiş məhkəməyə geri göndərmişdir. İcra sənədinin icra edilməməsi üçün isə qanunsuz əsaslar gətirilmişdir. Hökmün iddiaçılara aid hissəsində icra sənədinin uzun müddət qanunsuz olaraq icra edilməməsi iddiaçıların Konstutisiyon hüquqlarının kobud pozuntusudur. Bu halların məhkəmə qaydasında araşdırılmasına və müvafiq qərarların qəbul edilməsinə ehtiyac vardır. Odur ki, qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş olunur. Abşeron rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2(012)-1095/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, X9, X30 və İddiaçı4 Cavabdeh Şöbəsinə qarşı qanuni qüvvəyə minmiş hökmün icra edilməməsinin qanunsuz hesab edilməsi tələbinə dair birgə iddia ərizələri üzrə mülki iş, İddiaçı1, X9, X30 iddia tələbinə dair hissədə, baxılmamış saxlanılmışdır. İddiaçı4 nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Şöbəsinin nümayəndəsi X130 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Qeyd edilən icra sənədi 07.08.2020-ci il tarixdə Cavabdeh şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə də icraata başlanılmışdır. Bundan sonra icra sənədində göstərilən əmlakın yerini və mövcud vəziyyətini müəyyən etmək məqsədilə 13.08.2020-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi ərazisində olmuş, və qeyd olunan daşınmaz əmlakın yaşayış olmayan, 3 (üç) mərtəbəli inşaatı başa çatmamış tikili olduğunu müəyyən etmişdir. Tərəfindən bu barədə müvafiq akt tərtib olunmuş və fotoşəkillər çəkilərək icra işinə əlavə olunmuşdur. Eyni zamanda, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsinin mülkiyyətçisi (hüquq sahibi) barədə məlumatın verilməsi ilə bağlı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə 14.08.2020-ci il tarixli məktubla müraciət edilmişdir. 02.09.2020-ci il tarixdə icra şöbəsinə daxil olmuş DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 21.08.2020-ci il tarixli, **********43 saylı sorğuya cavab məktubunda Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X19 adna mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 13.05.2008-ci il tarixdə **********08 reyestr nömrəsi ilə qeydiyyata alındığı qeyd olunmuşdur. Yəni icra sənədində Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 12 iyun 2012-ci il tarixli qərarı ilə müsadirə olunmalı X20 məxsus Abşeron rayonunun Masazır kəndində inşa edilmiş üç mərtəbəli yaşayış evinin Q.Hüseynova məxsus olması öz təsdiqini tapmamışdı. 30.10.2020-ci il tarixdə X63 ərizə ilə Cavabdeh şöbəsinə müraciət edərək, onun mülkiyyətində olan Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsilə bağlı heç bir tədbirin görülməməsini xahiş etmiş və torpağın həbsdən azad olunması ilə bağlı aidiyyəti orqanlara müarciət edəcəyini qeyd etmişdir. 02.11.2020-ci il tarixdə icra şöbəsinə daxil olmuş borclu X18 ərizəsində ürək nahiyyəsindən əməliyyat olunduğu, həmçinin Masazır qəsəbəsində ona aid olan və ya mülkiyyətində olan torpaq sahəsi, yaşayış evi, ümumiyyətcə heç bir əmlakın olmadığı qeyd edilmişdir. Hal-hazırda qeyd edilən icra sənədi üzrə icra tədbirləri davam etdirilir. İzahatının sonunda cavabdeh məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, toplanmış sübutlara qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Məhkəmənin sorğusu əsasında Cavabdeh Şöbəsindən alınmış icra işində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.04.2013-cü il tarixli, 1(101)-116/13 saylı icra vərəqəsinin surətindən görünür ki, “Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 12 iyun 2012-ci il tarixli qərarı ilə X20 məxsus Abşeron rayonunun Masazır kəndində inşa edilmiş üç mərtəbəli yaşayış evinin üzərinə qoyulmuş həbslə bağlı olaraq həmin əmlak xüsusi müsadirə olunaraq vurulmuş ziyan hesabına ödənilsin. X85, X44 və X45 üzərinə həbs qoyulmuş əmlakları hesabına, zərərçəkmişlər Dadaşova Arzu ŞahVələd qızına 14500 manat, X46 53480 manat, Muradov Cəmil'Tahir oğluna 86170 manat, X101 27588 manat, X64 16920 manat, X5 8048 manat, X47 66588 manat, X65 27229 manat, X66 24090 manat, X86 55966 manat, X6 42446 manat, X11 17500 dollar (14000 manat), X102 45000 ABŞ dolları (36000 manat); X96 39467 ABŞ dolları (31576 manat), X87ä 64879 manat, X67 12475 manat, X68 19426 manat, X4 ondan 15070 manat, X1 35987 manat, X12 18098 manat, X31 21000 manat, X69 22307 manat, X48 25223 manat, X49 17630 manat, X70 13960 manat, X21 38000 manat, X50 19500 manat, X104 40800 manat, X105 70000 manat, X117ma 15104 mahat, X88ma 22336 manat, X118 19410 manat, X51 28270 ABŞ dolları (22616 manat), X131iıä 50000 ABŞ dolları (40000 manat), X119ma 24980 manat, X22 22504 manat, X106ma 25000 manat, X23 24300 manat, X89 19420 manat, X32ma 53944 manat, X24 30000 manat, X33 52468 manat, X107ma 28000 manat, X7 15600 manat, X90 19345 manat, X13 22430 manat, X34 24800 manat, X8 24000 manat, X108 25880 manat, X35 1500 manat, X36 11455 manat, X120ma 40000 manat, X71 13000 manat, X52 28500 manat, X53 31000 manat, X14 16045 manat, X37 42500 manat, X54 40000 manat, X72 28525 manat, X109 30650 manat, X15ma 15000 manat, 28 avqust 2010-cu il tarixli saxta müqavilə ilə 46 saylı mənzili X15ma 32990 manat, X16ma 85120 manat, X132ma 22498 manat, X73 40000 manat, X25 24200 manat, X91 20704 manat, X74 26250 manat, X55 39500 manat, X56 15000 manat, X75 85120 manat, X57 35800 manat, X110 49040 manat, X38 17500 manat, X28 12940 manat, X42 21280 manat, X209 isa qızma 24250 manat, X78ma 16300 manat, X79ma 15140 manat, X92ma 26800 manat, X58 50008 manat, İddiaçı4 Qədim qızına 27239 manat, X76 32600 manat, X93 49040 manat, X77ma 80150 manat, X39ma 182İÜ manat, X94ma 34530 manat, X3 8000 manat, X59 37240 manat, X95 3000 ABŞ dolları (2400 manat) və 1000 manat, X40 34048 manat, X17 34048 manat, X26 18515 manat, X41 26495 manat ödənilsin” -Məhkəmənin sorğusuna əsasən Cavabdeh şöbəsinin rəis müavini Emil Hadıyev tərəfindən məhkəməyə yazılmış məktubda göstərilmişdir ki, Abşeron rayon icra şöbəsinin icraatında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-116/2013 saylı, 24.04.2013-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 iyun 2012-ci il tarixli qərarı ilə X20 məxsus Abşeron rayonunun Masazır kəndində inşa edilmiş üç mərtəbəli yaşayış evinin üzərinə qoyulmuş həbslə bağlı olaraq həmin əmlak xüsusi müsadirə olunaraq vurulmuş ziyan hesabına ödənilməlidir. Ödənilməli tələbkarların adı məbləğlər yazılmış, o cümlədən İddiaçı4 Qədim qızına 27239 manat məbləğ. Qeyd edilən icra sənədi 07.08.2020-ci il tarixdə Cavabdeh şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə də icraata başlanılmışdır. Bundan sonra icra sənədində göstərilən əmlakın yerini və mövcud vəziyyətini müəyyən etmək məqsədilə 13.08.2020-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi ərazisində olduq. Bu zaman qeyd olunan daşınmaz əmlakın yaşayış olmayan, 3 (üç) mərtəbəli inşaatı başa çatmamış tikili olduğunu müəyyən etdik. Bu barədə müvafiq akt tərtib olundu və fotoşəkillər çəkilərək icra işinə əlavə olundu. Eyni zamanda, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsinin mülkiyyətçisi (hüquq sahibi) barədə məlumatın verilməsi ilə bağlı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə 14.08.2020-ci il tarixli məktubla müraciət edilmişdir. 02.09.2020-ci il tarixdə icra şöbəsinə daxil olmuş DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 21.08.2020-ci il tarixli, **********43 saylı sorğuya cavab məktubunda Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X19 adna mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 13.05.2008-ci il tarixdə **********08 reyestr nömrəsi ilə qeydiyyata alındığı qeyd olunmuşdur. 30.10.2020-ci il tarixdə X63 ərizə ilə Cavabdeh şöbəsinə müraciət edərək, onun mülkiyyətində olan Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsilə bağlı heç bir tədbirin görülməməsini xahiş etmiş və torpağın həbsdən azad olunması ilə bağlı aidiyyəti orqanlara müarciət edəcəyini qeyd etmişdir. 02.11.2020-ci il tarixdə icra şöbəsinə daxil olmuş borclu X18 ərizəsində ürək nahiyyəsindən əməliyyat olunduğu, həmçinin Masazır qəsəbəsində ona aid olan və ya mülkiyyətində olan torpaq sahəsi, yaşayış evi, ümumiyyətcə heç bir əmlakın olmadığı qeyd edilmişdir. Hal-hazırda qeyd edilən icra sənədi üzrə icra tədbirləri davam etdirilir. Odur ki, göstərilənlərin nəzərə alınması Məhkəmədən xahiş olunur. -13.08.2020-ci il tarixdə Cavabdeh Şöbəsinin icra məmurları Vadim Əliyev, Nicat Ramazani və hal şahidi X133 tərəfindən tərtib olunmuş aktdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.04.2013-cüil tarixli, 1(101)-116/2013 saylı icra sənədində göstərilən əmlakın yerinin və mövcud vəziyyəti müəyyən etmək üçün 13.08.2020-ci il tarixdə ünvan 2i ünvanında olmuşlar. Bu zaman qeyd olunan daşınmaz əmlakın yaşayış olmayan, 3 (üç) mərtəbəli yarımçıq inşa edilmiş tikili olduğunu müəyyən etmişlər. Akta əlavə edilmiş fotoşəkillərdən də görünür ki, həqiqətən də həmin daşınmaz əmlak yaşayış olmayan, 3 (üç) mərtəbəli yarımçıq inşa edilmiş tikilidir. -X18 Abşeron İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizəsinin surətindən görünür ki, o, ürək nahiyəsindən koronar-şuntlama əməliyyatı olumuşdur, hazırda ağır yataq xəsətəsidir və gəzə bilmir. Bu səbəbdən də icra şöbəsinə gələ bilməmişdir. Masazır qəsəbəsində ona aid olan və ya onun mülkiyyətində olan torpaq sahəsi, yaşayış evi ümumiyyətlə heç bir əmlak yoxdur. -X27 Abşeron İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizəsinin surətindən görünür ki, qeyd olunan icra sənədindəki üç mərtəbəli yaşayış evinin müsadirə olunaraq satılması çox absurddur. Çünki heç bir üç mərtəbəli fərdi yaşayış evindən söhbət gedə bilməz. Belə ki, Daşınmaz Əmlakın Abşeron rayon Dövlət Reyestrindən Seriya MH № ******* və 13.05.2008-ci il tarixdə verilmiş çıxarışa əsasən Abşeron rayon, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsində də heç bir fərdi yaşayış evi yoxdur. İcra sənədində göstərilənlərlə razıdır. Çünki onun xəbəri olmadan qanunsuz şəkildə mülkiyyətinə həbs qoyulmuşdur. Bu qanunsuzluqla bağlı o, aidiyyəti qurumlara müraciət edəcəkdir. -Məhkəmənin sorğusu əsasında məhkəmə kompüter elektron bazasından götürülmüş X18 adına hər hansı bir əmlakın olub-olmaması barədə çıxarışdan məlum olur ki, Hüseynov Qermanın adına hər hansı bir əmlak yoxdur. İşin araşdırılan hallarından müəyyən olundu ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 21.02.1994-cü il tarixli 233 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi 34B ünvanında hündür mərtəbəli binanın tikintisi üçün torpaq sahəsi "xxxx" Mənzil Tikinti Kooperativinə (MTK) ayrılmışdır. 04 fevral 2008-ci il tarixli "Birgə təsərrüfat fəaliyyəti" haqqında müqaviləyə əsasən binanın tikintisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) tapşırılmışdır. İddiaçı alqı-satqısı müqaviləsi əsasında pul vəsaiti ödəyərək tikilən hündürmərtəbəli binadan mənzil almışdır. 2012-ci ildə "xxxx" MMC-nin rəhbərləri həbs edilmişdirlər. Onlar müxtəlif şəxslər ilə saxta müqavilələr imzalamaq ilə mənzil üçün ödənilmiş pulları mənimsəmişdirlər. İddiaçı cinayət işində zərərçəkmiş şəxs kimi tanınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2013-cü il tarixli Hökmü ilə "xxxx" MMC-nin prezidenti və digər yüksək vəzifəli 3 şəxs ittiham olunan əməllərdə təqsirli bilinmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2013-cü il tarixli Hökmü ilə müxtəlif cəzalara məhkum edilmişdirlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin Hökmü qanuni qüvvəyə minmişdir. Hökmün qanuni qüvvəyə minməsindən və icraya yönəldilməsindən uzun müddət ötməsinə baxmayaraq hökmün zərərçəkmiş şəxslərə dəymiş ziyanın əvəzinin ödənilməsi hissəsi üzrə heç bir addım atılmamışdır. İddiaçı ərizə ilə cavabdeh olan Abşeron İcra və Probasiya şöbəsinə müraciət etmiş, qanunvericiliyə müvafiq addımlar atılmadığı təqdirdə İcra İdarələrinə qarşı məhkəmədə iddia qaldırılacağı və hökmün uzun müddət icra edilməməsi nəticəsində dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələb ediləcəyi barədə tələblərini qeyd etmişdir. Lakin cavabdeh tərəfindən hökmün iddiaçıya aid olan hissəsində icra edilməmişdir. Hökmün iddiaçıya aid hissəsində icra sənədinin uzun müddət icra edilməməsi səbəbindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İcra haqqında Qanunun göstərilən maddələrinə əsasən; 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 6.1.1.Məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi icra sənədi sayılır. 8.1.İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 10.1. Borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. 8.4. Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır:[52] 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; Məhkəmə iş üzrə tərəflərin izahatını tədqiq edilmiş sübutlarlarla müqayisəli şəkildə təhlil edib və qanunvericiliyin normalarını rəhbər tutaraq qeyd edir ki, cavabdehin izahatında, məhkəməyə təqdim etdiyi sənədlərdə və rəsmi məktubunda Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.04.2013-cü il tarixli, 1(101)-116/13 saylı icra sənədi ilə bağlı icra məmuru icra sənədini icra etmək məqsədi ilə icra qanunu ilə nəzərdə tutulmuş qaydada bütün hərəkətləri ardıcıl olaraq yerinə yetirmiş, hər hansı qanun pozuntusuna yol verməmişdir. Belə ki, qeyd edilən icra sənədi 07.08.2020-ci il tarixdə Cavabdeh şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə də icraata başlanılmışdır. Bundan sonra icra sənədində göstərilən əmlakın yerini və mövcud vəziyyətini müəyyən etmək məqsədilə 13.08.2020-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi ərazisi yoxlanılmış və icra sənədində qeyd olunan daşınmaz əmlakın yaşayış olmayan, 3 (üç) mərtəbəli inşaatı başa çatmamış tikili olduğunu müəyyən edilərək bu barədə Akt tərtib edilmişdir. Eyni zamanda, həmin tikilinin altındakı torpaq sahəsinin mülkiyyətçisi barədə müvafiq quruma sorğu verilmiş, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsinin mülkiyyətçisi X19 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 13.05.2008-ci il tarixdə **********08 reyestr nömrəsi ilə qeydiyyata alındığı müəyyən edilmişdir. 30.10.2020-ci il tarixdə X63 ərizə ilə Cavabdeh şöbəsinə müraciət edərək, onun mülkiyyətində olan Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsi ilə bağlı heç bir tədbirin görülməməsini İcra qurumundan xahiş edilmiş və torpağın həbsdən azad olunması ilə bağlı aidiyyəti orqanlara müraciət edəcəyini qeyd etmişdir. 02.11.2020-ci il tarixdə icra şöbəsinə daxil olmuş borclu X18 ərizəsində ürək nahiyəsindən əməliyyat olunduğu, həmçinin Masazır qəsəbəsində ona aid olan və ya mülkiyyətində olan torpaq sahəsi, yaşayış evi, ümumiyyətcə heç bir əmlakın olmadığı qeyd edilmişdir Görüdüyü kimi icra sənədində göstərilən borclu X20 məxsus heç bir tikili və yaxud əmlak aşkar edilməmişdir. Bu fakt icra məmurunun Aktından əlavə məhkəmə elektron portalından çıxarılmış borclunun əmlakına dair məlumatlardan da öz təsdiqini tapmışdır. Ona görə də icra haqqında qanunun normalarını əsas tutaraq Məhkəmə hesab edir ki, cavabdeh icra hərəkətlərini qanunla nəzərdə tutulmuş qaydada icra etmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Hazırda isə icra sənədi üzrə icra tədbirləri davam etdirilir. Beləliklə Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirib, qanunvericiliyin yuxarda göstərilən tələblərini rəhbər tutaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. İddia rədd edildiyindən və iddiaçı tərəfindən iddia tələbində rüsum haqqı tələb edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı4 Cavabdeh Şöbəsinə qarşı qanuni qüvvəyə minmiş hökmün icra edilməməsinin qanunsuz hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1095/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1095/2021
19.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver