Məhkəmə qərarları › İş №2(012)-1111/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1111/2023

12.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1111/2023 12.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 nümayəndəsi X6, "xxxx" MMC-nin vəkilinümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, "xxxx" MMC-yə və Cavabdeh3 qarşı cavabdehlərin qanunazidd əməlləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə 12 may 2*23-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə qarşı əmlakdan istifadədə yaranan maneələrin aradan qaldırılması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qanunazidd əməlləri nəticəsində ona vurduğu 5*215* (beş yüz iki min yüz əlli) manat məbləğində real maddi zərərin və 1****** (bir milyon manat) məbləğində mənəvi ziyana görə pul vəsaitinin Cavabdeh1ndən alaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Omar Atçılıq və İdman Klubunun və Cavabdeh3 qanunazidd əməlləri nəticəsində ona vurduğu 5*215* (beş yüz iki min yüz əlli) manat məbləğində real maddi zərərin və 1****** (bir milyon) məbləğində mənəvi ziyana görə pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1, “Omar Atçılıq və İdman klubu”ndan və Cavabdeh3 tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində yerləşən 2,5* ha torpaq sahəsi 17.*3.2**6-cı il tarixli *72 nömrəli icarə müqaviləsi və *4.*2.2**8-ci il tarixli 4*/*1-181 nömrəli alqı-satqı müqaviləsinə əsasən 17.*3.2**6-cı ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə İddiaçı icarəsinə verilmişdir. İddiaçının sözügedən daşınmaz əmlak üzərində olan hüquqları Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 56 nömrəli reyestr kitabının 141 nömrəli vərəqində 3*8*11***86* reyestr nömrəsi, 16*8**1526 qeydiyyat nömrəsi ilə 16.*2.2**8-ci il tarixdə qeydə alınmış və ona MH seriyalı № **16654 nömrəli "Çıxarış" verilmişdir. Azərbaycan Respublikasının Dövlət Reyestr Xidməti Abşeron Rayon Ərazi İdarəsi tərəfindən 2*.*2.2**8-ci il tarixdə tərtib edilmiş və reyestrdə № 3*8*11***86* nömrə ilə qeydə alınmış Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində yerləşən, iddiaçının sahibliyində olan torpaq sahəsinin plan və ölçüsündən görünür ki, iddiaçının sahibliyində olan torpaq sahəsinin künc hissəsinin daxilindən avtomobil yolu keçir. Həmin avtomobil yolu qəsəbə arası yoldan torpaq sahəsinə çəkilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilən zaman həmin yol mövcud olmuşdur. Bu, Azərbaycan Respublikasının Dövlət Reyestr Xidməti Abşeron Rayon Ərazi İdarasi tərəfindən 2*.*2.2**8-ci il tarixda tərtib edilmiş və reyestrdə № 3*8*11***86* nömrə ilə qeydə alınmış torpaq sahəsinin plan və ölçüsündə də göstərilir. Torpaq sahəsi iddiaçının istifadəsinə verildikdən sonra uzunluğu təxminən 2 km olan həmin yolu öz şəxsi vəsaiti hesabına asfalt örtüklə örtdürmüşdür. Yolun asfaltlanmasına təxminən 15*** manata qədər pul vəsaiti xərcləmişdir. Lakin, cavabdeh "Cavabdeh1" onun torpaq sahəsinə aparan həmin asfalt örtüklü yolu sonradan daş hasarla hörərək, qəsəbəarası yoldan tamamilə ayıraraq kəsmişdir. Artıq qəsəbəarası yoldan iddiaçının torpaq sahəsinə aparan asfalt örtüklü yola daxil olmaq, yoldan təyinatı üzrə istifadə etmək qeyri-mümkündür. Cavabdeh qanunazidd əməllərini edərkən həmçinin iddiaçının torpaq sahəsində quraşdırdığı dəmir materialdan 1*** manata hazırlatdığı darvazanı da çıxarmış, darvazanın yerini isə mişar daşı ilə hörmüşdür. İddiaçını istifadəsində olan torpaq sahəsinin bir hissəsi, el arasında "Qızıl Nohur" kimi tanınan göl ilə həmsərhəddir. Torpaq sahəmə aparan sözügedən avtomobil yolu onun istifadəsində olan torpaq sahəsi ilə həmin gölün arasından keçir. Qəsəbə camaatı həmin yolla balıq tutmaq, istirahat etmək üçün gölə gəlirdilər. Cavabdeh camaatın göldən balıq tutmalarının və istirahətlərinin qabağını alaraq, orada monopoliya yaradaraq, göldən balıq tutulması və istirahət üçün camaatdan qanunsuz yolla pul yığmaq məqsədilə onun torpaq sahəsinə aparan sözügedən yolu özbaşına olaraq daş hasarla tikərək qəsəbəarası yoldan ayırmışdır. O dəflərlə cavabdeh "Cavabdeh1" nin rəhbərliyi ilə danışıqlar apararaq onlara qanunsuz hərəkətlərinə son qoymalarını, torpaq sahəsinə aparan yolu açmaları, torpaq sahəsindən istifadədə yaratdıqları maneələri aradan qaldırmaları barədə xəbərdarlıqlar etsə də, bunun müsbət nəticəsi olmamışdır. Sonuncu dəfə 3* İyun 2*21-ci il tarixdə Cavabdeh1nə yazılı qaydada Xəbərdarlıq məktubu göndərərək məktubunda onların torpaq sahəsinə gedən yolu qəsdən kəsmək niyyəti ilə özbaşına tikdikləri daş hasarı dərhal sökərək torpaq sahəsinə girmək üçün qəsdən yaratdıqları maneəni aradan qaldırmalarını, əks təqdirdə ona vurduqları küllü miqdarda ziyanla bağlı məhkəmə orqanlarına və digər adiyyatı organlara müraciətlər edəcəyini qətiyyətlə bildirmişdir. Lakin, xəbərdarlıq məktubunu göndərdiyi vaxtdan bir ay keçməsinə baxmayaraq cavabdeh hələ də qanuni sahibliyində olan torpaq sahəsindən istifadədə qəsdən yaratdığı maneəni aradan qaldırmamış və apardıqları danışıqlar zamanı bunu etməyəcəyini bəyan edərək öz qanunsuz hərəkətlərinə müxtəlif bəhanələrlə haqq qazandırmağa çalışmışlar. Belə ki, torpaq sahəsinin yuxarıda qeyd etdiyi plan və ölçüsündən göründüyü kimi, torpaq sahəsinin təyinatı (kateqoriyası) kənd təsərrüfatı təyinatlı torpaqdır. İddiaçı həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmək üçün, torpaq sahəsini sərhədboyu daş hasara almış, yonca bitkisi əkilməsi üçün əkin işlərinə başlamış, torpaq sahəsində qeyri-yaşayış binası, yardımçı binalar və tövlələr tikdirmək üçün layihələr hazırlatdıraraq təsdiq etdirmişdir. Layihəsinə uyğun olaraq ərazidə 12* baş ətlik iribuynuzlu mal yetişdirmək üçün böyük tövlə, 2 ədəd çoban evi tikdirmişdir. Əkin sahəsinin sulanması üçün əraziyə 2* tonluq su çəni qoymuşdur. Layihənin hazırlanmasına 3** manat pul vermişdir. Müasir tipli tövlənin və 2 ədəd çoban evinin tikintisinə 5**** (əlli min) manat pul vermişdir. 2* Tonluq su çəninin alınmasına, daşınmasına və quraşdırılmasına 15** manat pul vermişdir. Cavabdeh ona xəbər vermədən və razılığı olmadan həmin su çənini torpaq sahəsindən çıxararaq öz torpaq sahəsinə qoymuşdur. Lakin, cavabdeh torpaq sahəmə gələn avtomobil yolunu özbaşına olaraq qəsdən daş hasarla tikərək kəsdiyindən torpaqdan təyinatı üzrə istifadə etmək üçün əraziyə zəruri olan qurğu və texnikaları, mal və materialları gətirə bilməmişdir. Bu səbəbdən torpaq sahəsində başladığı əkin işləri, tikinti və abadlıq işləri yarımçıq qalmış, əkdiyi bitkilər məhv olmuşdur. Yarımçıq qalmış tikinti işlərini davam etdirə bilmədiyindən uçaraq dağılmış, ona külli miqdarda ziyan dəymişdir. Bundan başqa, cavabdehin təqsiri üzündən kənd təsərrüfatı torpağından təyinatı üzrə istifadə edə bilmədiyindən, əkin və maldarlıqdan illik əldə edəcəyi gəlirləri əldən çıxmışdır. Belə ki, 2**8-ci ildə 2,5 ha torpaq sahəsinə yüksək keyfiyyətli yonca toxumu səpmişdir. Həmin əkindən əldə edəcəyi, lakin, cavabdehin təqsiri üzündən əldən çıxan gəliri aşağıda göstərdiklərindən ibarətdir: 2.5 ha torpaq sahəsinda yonca əkilməsi üçün çəkilən xərclər: torpağın əkilməsi - 3* manat, torpağın malalanması - 5* manat, yonca toxumunun səpini - 4* manat, ərazidə su arxlarının çəkilməsi (6 ədəd arx) -3* manat, ərazinin suvarılması -4* manat, səpin üçün aldığı yonca toxumu - 9* kq, toxumun 1 kq 4 manat olmaqla - 36* manat Yoncanın biçini - 5* manat, 1 bağın bağlanması: - *,2* manat x 46* bağ = 92 bağ, 1 bağın daşınması - *,3* manat x 46* bağ =138 manat, Yonca toxumunun səpini üçün cəmi xərclər - 83* manat, 2,5 ha torpaq sahəsindən əldə edilməsi nəzərdə tutulan gəlir: 1-ci üz biçindən - 17* ədəd yonca bağı, 2-ci üz biçindən - 12* ədəd yonca bağı, 3-cü üz biçindən - 1** ədəd yonca bağı, 4-cü üz biçindən - 7* ədəd yonca bağı Cəmi-46* ədəd yonca bağı. Həmin dövrdə bir yonca bağının satış qiymətinin 3 manat 5* qəpik olduğunu nəzərə alsaq, onda 46* bağ yonca toxumunun satış qiyməti-161* manat təşkil edir. 2**8-ci ildə (1 sezonda) əldə edilməsi nəzəda tutulan təmiz gəlir: 161* manat ümumi gəlir - 83* manat xarclər = 78* manat təmiz gəlir. Əgər yonca toxumunun bir səpini 7 illik dövrü əhatə edərsə, onda, 2**9-2*15-ci illər üzrə (7 illik dövr ərzində) yonca toxumunun alınması, səpini, yerin əkilməsi, malalanması üçün nəzərdə tutulmuş xərclər - 51* manat aradan qalxır. Bu halda çəkilən xərclər 32* manat olur (yəni, 83* manat -51* manat 32* manat). Belə halda, 2**9-2*15-ci illər üzrə illik ümumi gəlir 161* manat, təmiz gəlir isə 129* manat olur. Yəni, 161* manat ümumi gəlir-32* manat xərclər 129* manat təmiz gəlir. 7 il ərzində əldə edilməsi nəzərdə tutulan gəlir isə - 9*3* manat təşkil edir (yəni 129* manat illik təmiz gəlir x 7 il=9*3* manat). 2*16-cı ilin xərcləri və gəlirləri ilə 2**8-ci ildə olan gəlir və xərclər eynilik təşkil edir. Yəni, 78* manatdır (161*-83*=78* manat). 2*17-ci ildən hazırki dövrə qədər olan təmiz gəlir isə 2*16-cı ildən sonrakı dövrlə eynilik təşkil edir. Yəni 2*17-2*21-ci illər üzrə (5 il ərzində) əldə edilməsi nəzərdə tutulan gəlir-129* manat x 5 ilə=645* manat təşkil edir. Cavabdehin təqsiri üzündən 2**8-ci ildən hazırki dövrə qədər torpaq sahəsinin əkinindən əldən çıxan gəliri cəmi-17*4* (on yeddi min qırx manat) təşkil edir. Yuxarıda qeyd etdiyi kimi, torpaq sahəsində yonca toxumunun əkilməsi, səpini və s. ilə bağlı çəkdiyi xərclər isə 83* manat olmuşdur. Beləliklə, cavabdehin təqsiri üzündən torpaq sahəsində yonca toxumunun əkilməsi üçün çəkdiyi xərclər və əldən çıxan gəliri cəmi 1787* (on yeddi min səkkiz yüz yetmiş) manat təşkil edir. Bundan başqa, istifadəsində olan 2,5 torpaq sahəsində 12* baş ətlik iribuynuzlu mal yetişdirmək üçün böyük tövlə, 2 ədəd çoban evi tikdirmişdir. Bu məqsədlə aşağıda göstərdiyi bir sıra konkret işlər görmüşəm, pul vəsaiti xərcləmişədir. Belə ki, kökəltmək İribuynuzlu malların orta çəkisi 7* kq olmaqla hər birini 5** manatdan almışdır (ət hesabı 1 kq-nı 7 manatdan hesablanmaqla). 12* baş iribuynuzlu malın ümumi çəkisini 84** kq hesablanaraq alınmasına cəmi 588** (əlli səkkiz min səkkiz yüz) manat pul vermişdir. İstifadəsində olan torpaq sahəsində 12* baş iri buynuzlu malqaranı kökəltmək üçün tikdirdiyi tövlə tam tikilib başa çatsa da, mal-qaranın kökəldilməsi və istehsalatla bağlı İran İslam Respublikasından beh verərək aldığı bəzi qurğuları hələ gətirib tövlədə və ətrafında quraşdırmamışdır. Onların Azərbaycana gətirilərək torpaq sahəsində quraşdırılması üçün təxminən bir ay müddət tələb olunurdu. Lakin, həmin vaxt kökəltmə üçün iribuynuzlu malların bazarlarda ucuz qiymətə alınmasının sezonu idi. Odur ki, bu fürsəti əldən verməyərək yuxarıda qeyd etdiyi qaydada 12* baş mal-qaranı alaraq onları müvəqqəti saxlanması üçün, yəni tövlədəki işləri tam başa çatdırana qədər bacısı X3 həyat yoldaşı X7 Xızı rayonunda yerləşən fermasına daşımışdır. Mal-qaranın Bərdə bazarından Xızıya daşınması üçün hər birinə görə 1* manat, cəmi 12** manat pul vermişdir. Beləliklə, 12* baş malın alınmasına və Xızı rayonuna daşınmasına görə cəmi - 592** (əlli doqquz min iki yüz) manat pul vermişdir (588** manat malın alınması +12** manat daşınma pulu=592** manat). Məqsədi həmin iribuynuzlu malları 6 ay bordaqda bəsləyərək satışa çıxararaq, hər birini 1*** (min) manata sataraq 12**** (yüz iyirmi min) manat məbləğində gəlir əldə etmək olmuşdur. Kökəltmək məqsədilə aldığı 12* baş iribuynuzlu malı ilkin dövrdə yəni, torpaq sahəsində yem bazası tədarük edənə qədər yemləmək məqsədilə Ağcabədi rayonundan 5**** (əlli min) ədəd yonca kipi alaraq torpaq sahəsinə gətirmişdir. Həmin dövrdə yoncanın 1 kipi 3 manat 5* qəpiyə satıldığından 5**** ədəd yonca kipini cəmi 175*** (yüz yetmiş beş min) manata almışdır. Bir KAMAZ markalı avtomobilə 3** ədəd yonca kipini yığmaq mümkün olduğundan 5**** ədəd yonca kipini 167 dəfə reyslə Ağcabədi rayonundan torpaq sahəsinə daşımışdır. (5****:3**=167). Hər reysinə görə sürücüyə 15* manat pul vermişdir. Yonca presinin daşınması üçün sürücülərə cəmi 25*5* manat pul vermişdir (1*7 x 15*=25*5*). Avtomobillərin hər birinə 3** ədəd yonca presinin yüklənməsi üçün fəhlələrə 1** manat pul vermişdir. 5**** ədəd yonca presinin avtomaşınlara yükləmələri üçün fəhlələrə cəmi-167** manat pul vermişdir (167x 1**- 167**). Beləliklə, Ağcabədi rayonundan aldığı 5***** ədəd yonca presinin Bakı şəhərində istifadəsində olan həmin torpaq sahəmə daşınması üçün cəmi-4175* manat pul vermişdir.. Yəni, 25*5* manat sürücüyə verdiyi pul + 167** manat fəhlələrə verdiyi pul = cəmi- 4175* (qırx bir min yeddi üz əlli) manat. Yonca kiplərini torpaq sahəmə gətirdikdən sonra, kiplərin avtomobillərdən boşaldılaraq daşınması və tayalara vurulmasına görə fəhlələrlə hər bir kip üçün *.3* qəpikdən olmaqla cəmi- 15*** manat pul vermişdir (5**** x *,3*=15***). Beləliklə, 5**** ədəd yonca kiplərinin alınmasına, daşınmasına, tayalara vurulmasına görə cəmi 23175* (iki yüz otuz bir min yeddi yüz əlli) manat pul vermişdir. Cavabdehin təqsiri üzündən ona vurulan maddi ziyan: 1) Torpaq sahəsinə aparan yolun asfaltla örtülməsi - 15*** (on beş min) manat. Həmin yol cavabdehin təqsiri üzündən uzun illər istifadəsiz qaldığından yararsız hala düşmüşdür. 2) Sahədə quraşdırdığı, cavabdeh tərəfindən sökülərək aparılmış dəmir darvaza 1*** (min) manat; 3) Sahəsinin sulanması üçün aldığı və onun razılığı və xəbəri olmadan cavabdehin apardığı 2* tonluq su çəni - 15** (min beş yüz) manat, 4) İstifadəsində olan torpaq sahəsində 2**8-ci ildə yonca toxumunun əkilməsi üçün çəkdiyi xərclər-83* (səkkiz yüz otuz) manat; 5) 2**8-ci ildən hazırki dövrə qədər torpaq sahəsinin əkinindən əldən çıxan gəliri cəmi - 1787* (on yeddi min səkkiz yüz yetmiş) manat: 6). Kökəltmək məqsədilə Bərdə bazarından aldığı 12* baş malın alınması və daşınması xərcləri-592** (əlli doqquz min iki yüz) manat, 7) Kökəltmək məqsədilə Bərdə bazarından aldığı 12* baş malın satışından əldən çıxan gəİiri-12**** (yüz iyirmi min) manat. 8) 12* baş mal-qaranın yemlənməsi üçün aldığı 5**** ədəd yonca presinə görə çəkdiyi xərclər - 23175* (iki yüz otuz bir min yeddi yüz əlli) manat, 9) Cavabdehin iddiaçıya məxsus olan torpaq sahəsinə gələn yolu bilərəkdən və qəsdən, özbaşına olaraq daş hasar hörməklə kəsməsi nəticəsində torpaq sahəsinə taraktor, avtomobil və digər texnikanı gətirə bilməməyi səbəbində 2,5 ha torpaq sahəsi korroziyaya uğramışdır. Həmin ziyanın aradan qaldırılması üçün, yəni torpaq sahəsinin qumlaşınasının, gilləşməsinin, düzləşməsinin qarşısının alınması, əkilməsi və mərəzlənməsi, dərmanlanması və bu kimi digər geofiziki işlərin görülməsi ilə cavabdehin vurduğu ziyanın qarşısının alınması üçün çəkilən xərclər 2**** (iyirmi min) manat. 1*) Dağılmış və sökülmüş tikililərin bərpası və s. xərclər-15*** (on beş min) manat. 11) İran İslam Respublikasından ət və süd emalı üçün nəzərdə tutulmuş hazır texnoloji avadanlığın alınması üçün beh verdiyi 2**** manat pul. Cavabdehin təqsiri üzündən planlaşdırdığı işləri həyata keçirə bilmədiyindən texnoloji avadanlıqların qalan pulunu verib avadanlığı torpaq sahəsinə gətirə bilmədiyindən verdiyi 2**** (iyirmi min) manat beh pulu batmışdır. Cəmi: 5*215* (beş yüz iki min yüz əlli) manat məbləğində zərər vurulmuşdur. Cavabdeh öz qanunazidd əməlləri ilə iddiaçıya 1****** (bir milyon) manat məbləğində mənəvi ziyan vurmuşdur. Belə ki, cavabdehin qanunazidd əməlləri nəticəsində mən qanuni yolla əldə etdiyi 2,5 ha torpaq sahəsində yüksək gəlirlər əldə edəcəyi ilə bağlı böyük ümidlərlə planlaşdırdığı işləri görə bilməmiş, qarşısına qoyduğu məqsədinə nail ola bilməmişdir. İddiaçı böyük həvəs və ümidlə həmin torpaq sahəsində kənd təsərrüfatı məhsullarını yetişdirmək, ətlik (kökəltmə) məqsədilə iribuynuzlu mal-qara alaraq saxlamaq, onların satışından küllü miqdarda gəlir əldə etmək üçün konkret işlər görmüş, əmək sərf etmişdir. Torpaq sahəsini mişar daşı ilə (kubiklə) hasarlamışdır. Müxtəlif təyinatlı tikililər tikmiş, lahiyələr hazırlatmış torpaq sahəsinin su təchizatını təmin etmiş, torpaq sahəsinə aparan yolu asfalt örtüklə örtmüş, küllü miqdarda pul vəsaiti xərcləmiş, müxtəlif mütəxəssislərlə dəfələrlə görüşlər keçirib məsləhətləşmələr etmişdir. Gələcəkdə heyvandarlıq sahəsini genişləndirmək məqsədilə İran İslam Respublikasında olan müxtəlif iş adamları ilə gürüşərək onlardan süd emalı üçün nəzərdə tutulmuş hazır texnoloji avadanlıqların alınması haqqında danışıqlar aparmış, həmin aparatların alınması üçün onlara 2**** manat beh pulu vermişdir. Lakin, cavabdehin təqsiri üzündən planlaşdırdığı işləri həyata keçirə bilmədiyindən texnoloji avadanlıqların qalan pulunu verib avadanlığı torpaq sahəsinə gətirə bilməmiş və verdiyi 2**** manat beh pulu batmışdır. Cavabdehin təqsiri üzündən yarım milyon manata yaxın xərcə düşməyi iddiaçının mənəvi iztirablara düşməyinə, səhhətinin pisləşməsinə, psixoloji durumumun ağırlaşmasına, güclü stress yaşamağına, əsəbi və gərgin həyat tərzi yaşamağına səbəb olmuşdur. Bu vaxta qədər hələ də, düşdüyü həmin vəziyyətdən çıxa bilmir. Cavabdehin ona vurduğu mənəvi ziyanın aradan qaldırılması, sağlamlığının və psixoloji durumunun bərpası, özünü toplayaraq yenidən normal həyata qayıtmağı üçün cavabdehdən 1****** (bir milyon) manat təzminat tələb edir. Cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsini bu və ya digər şəkildə qanunsuz olaraq satmışdır ki, gölə belə insanların sərbəst daxil olmalarına imkan verilmir, onların hər birindən adambaşına 5 manat almaqla əraziyə daxil olmalarına icazə verirlər. Cavabdehin iddiaçıya vurduğu mənəvi ziyana görə ondan tələb etdiyi 1****** (bir milyon) manat pul vəsaiti cavabdeh üçün heç də böyük olmayan bir məbləğdir, həmin məbləğin ödənilməsi cavabdeh üçün kifayət qədər asan, yetərli və rahatdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Cavabdeh1 tərəfindən iddia tələbini qəbul etmədi və bildirdi ki, iddia tələbinin Cavabdeh1nə qarşı yönəlməsi aydın deyildir. Cavabdeh1 tərəfindən sözügedən ərazidə hər hansı hasarlama işləri həyata keçirilməmişdir. Məhkəməyə təqdim olunmuş ekspertiza rəyindən də məlum olur ki, iddiaçının özbaşına yol kimi istifadə etdiyi torpaq sahəsi ayrıayrı hüquqi və fiziki şəxslərin icarəsində olan ərazidir. Halbuki, iddiaçının icarəsində olan torpaq sahəsinə başqa istiqamətdən yol var, bunu iddiaçı özü də etiraf edir, lakin o yol uzaq olduğuna və müəyyən abadlıq işləri aparılmasına ehtiyac olduğu üçün iddiaçı bu yoldan istifadə etmək istəmir. Qanunvericiliyin tələbindən də görünür ki, torpaq icarəçisi torpaq sahəsindən istifadə zamanı torpaq sahəsinin yaxşılaşdırılması, müvafiq bərpa və s. işləri, o cümlədən torpaq sahəsinə girişi asanlaşdırmaq məqsədilə yolun bərpası da icarəçinin vəzifəsidir. Lakin bu o demək deyil ki, iddiaçı kənar şəxslərin icarəsində olan torpaq sahəsindən onların razılığı olmadan qanunsuz yol kimi istifadə etməlidir. Yuxarıda qeyd olunanlar yanaşı məhkəmənin nəzərinə çatdırırıq ki, hazır ki, iddia tələbinə münasibətdə Cavabdeh1 cavabdeh kimi çıxış edə bilməz, çünki tələbdə qeyd olunduğu kimi iddiaçının yol kimi istifadə etdiyi sahə Cavabdeh1 tərəfindən hasarlanmamışdır, bunu iddiaçı özü də hazırlıq iclasında etiraf etmişdir. İddiaçı istifadə etdiyi yolun kənar torpaq icarəçiləri tərəfindən hasarlanmasına Cavabdeh1 tərəfindən razılıq verildiyini güman edərək Cavabdeh1 cavabdeh kimi məhkəmə prosesinə cəlb etmişdir ki, lakin belə bir razılığın verilməsini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmin ərazidə torpaq sahələri icarəyə verilən zaman hər bir icarəçinin torpaq sahəsinə giriş-çıxış yolu nəzərdə tutulmuşdur, eləcə də iddiaçının icarəsində olan torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Əgər yol hər hanı şəxs tərəfindən qanunsuz olaraq zəbt edilmişdirsə burda Rayon İcra Hakimiyyəti cavabdeh kimi cəlb edilə bilməz, tələb həmin şəxslərə qarşı yönəldilməlidir. Cavabdeh "xxxx" MMC-nin vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, iddiaçı iddia tələbi ilə bağlı mülki iş bir dəfə də Abşeron rayon Məhkəməsinin icraatında olmuş, iş üzrə alınmış ekspert rəyindən də göründüyü kimi cavabdeh "xxxx" MMC tərəfindən iddiaçının torpaq sahəsinə heç bir müdaxilə olmamışdır. O səbəbdən də, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə verdiyi ərizəsi əsasında həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. İndi də həmin iddianı qanunsuz və əsassız olaraq yenidən məhkəmədə qaldırmışdır. Odur ki, iddia tələbi sübutlar əlavə edilmədiyindən təmin edilməməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız olduğundan təmin edilməməlidir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı *394388 nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, 2 nömrəli sovxozu ərazisində yerləşən 2.5* ha torpaq sahəsi 17.*3.2**6-cı ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə icarə hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 56 nömrəli reyestr kitabının 141 nömrəli vərəqində 16.*2.2**8-ci il tarixdə 16*8**1526 nömrə ilə qeydiyyata alınmışdır Mülki iş materiallarında olan *4.*2.2**8-ci il tarixli AN-İ № *144255 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, X1 rayon, 2 nömrəli sovxoz ərazisində yerləşən ümumi sahəsi 5.* ha olan torpaq sahəsindən 2.5 ha torpağı 42***.** manata İddiaçı satmışdır. Mülki iş materiallarında olan 3*.*6.2*21-ci il tarixdə "xxxx" MMC-yə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, torpaq sahəsinə gedən yolu qəsdən kəsmək niyyəti ilə özbaşına tikdiyi daş hasarın dərhal sökülərək torpaq sahəsinə girmək üçün qəsdən yaratdıqları maneəni aradan qaldırılması, əks təqdirdə qanunazidd əməllər nəticəsində ona vurulan külli miqdarda ziyanla bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Mülki iş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(*12)-555/2*22 saylı, *9 dekabr 2*22-ci il tarixli Qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1nə, "xxxx" MMC-yə qanunazidd əməlləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Mülki iş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(*12)-555/2*22 saylı mülki iş üzrə alınmış 31.1*.2*22-ci il tarixli, 1*/6695 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 29.*9.2*22-ci il tarixli 22322***9367 nömrəli mütəxəssis rəyinə əsasən, 16.*2.2**8-ci il qeydiyyat tarixli, 16*8**1526 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, 16.*2.2**8-ci il tarixli, 3*8*11***86* reyestr nömrəli İddiaçı icarəsində olan Abşeron rayonu, 2 nömrəli sovxozu ərazisində yerləşən 2,5* ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatların hal-hazırda İddiaçı faktiki istifadəsində olan 2.68 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edildi. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, 16.*2.2**8-ci il qeydiyyat tarixli, 16*8**1526 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, 16.*2.2**8-ci il tarixli, 3*8*11***86* reyestr nömrəli İddiaçı icarəsində olan Abşeron rayonu, 2 nömrəli sovxozu ərazisində yerləşən 2.5* ha torpaq sahəsinə digər tərəfdən giriş-çıxış yolunun nəzərdə tutulduğu, nəzərdə tutulan giriş-çıxış yolunun başqa şəxslər tərəfindən hasarlandığı, torpaq sahəsinin mövcud giriş-çıxış yolunun başqa şəxslərin sənəd üzrə icarəsində olan torpaq sahələrindən olduğu, sənədlə nəzərdə tutulan giriş-çıxış yoluna cavabdeh "Cavabdeh2" tərəfindən müdaxilənin və ya maneənin mövcud olmadığı müəyyən edildi. İşin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində yerləşən 2,5* ha torpaq sahəsi 17.*3.2**6-cı il tarixli *72 nömrəli icarə müqaviləsi və *4.*2.2**8-ci il tarixli 4*/*1-181 nömrəli alqı-satqı müqaviləsinə əsasən 17.*3.2**6-cı ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə İddiaçı icarəsinə verilmişdir. İddiaçının sözügedən daşınmaz əmlak üzərində olan hüquqları Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 56 nömrəli reyestr kitabının 141 nömrəli vərəqində 3*8*11***86* reyestr nömrəsi, 16*8**1526 qeydiyyat nömrəsi ilə 16.*2.2**8-ci il tarixdə qeydə alınmış və ona MH seriyalı № **16654 nömrəli "Çıxarış" verilmişdir. İşin araşdırılan hallarından həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 29.*9.2*22-ci il tarixli 22322***9367 nömrəli mütəxəssis rəyinə əsasən, 16.*2.2**8-ci il qeydiyyat tarixli, 16*8**1526 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, 16.*2.2**8-ci il tarixli, 3*8*11***86* reyestr nömrəli İddiaçı icarəsində olan Abşeron rayonu, 2 nömrəli sovxozu ərazisində yerləşən 2,5* ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatların hal-hazırda İddiaçı faktiki istifadəsində olan 2.68 ha torpaq sahəsinin daxilində yerləşdiyi, 16.*2.2**8-ci il qeydiyyat tarixli, 16*8**1526 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, 16.*2.2**8-ci il tarixli, 3*8*11***86* reyestr nömrəli İddiaçı icarəsində olan Abşeron rayonu, 2 nömrəli sovxozu ərazisində yerləşən 2.5* ha torpaq sahəsinə digər tərəfdən giriş-çıxış yolunun nəzərdə tutulduğu, nəzərdə tutulan giriş-çıxış yolunun başqa şəxslər tərəfindən hasarlandığı, torpaq sahəsinin mövcud giriş-çıxış yolunun başqa şəxslərin sənəd üzrə icarəsində olan torpaq sahələrindən olduğu, sənədlə nəzərdə tutulan giriş-çıxış yoluna cavabdeh "Cavabdeh2" tərəfindən müdaxilənin və ya maneənin mövcud olmadığı müəyyən edildi. İddiaçı iddia edir ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə verilən zaman nəzərdə tutulan yol və faktiki yol mövcud olmuş, faktiki yolu öz vəsaiti ilə abadlaşdırmış, sonradan həmin faktiki yol hasarlanmış, bu səbəbdən torpaq sahəsindən istifadəsi mümkünsüz olmuş, nəticədə ona cavabdehlərin təqsirli hərəkətləri nəticəsində 5*215* (beş yüz iki min yüz əlli) manat məbləğində real maddi zərər və 1****** (bir milyon) məbləğində mənəvi ziyan dəymişdir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçının istifadəsinə verilmiş Abşeron rayonu, 2 nömrəli sovxozu ərazisində yerləşən 2.5* ha torpaq sahəsinə həm sənəd üzrə, həm də faktiki yol mövcud olmuşdur .Sənəd üzrə nəzərdə tutulan giriş-çıxış yolunun başqa şəxslər tərəfindən hasarlandığı, torpaq sahəsinin mövcud giriş-çıxış yolunun başqa şəxslərin sənəd üzrə icarəsində olan torpaq sahələrindən olduğu, sənədlə nəzərdə tutulan girişçıxış yoluna cavabdeh "Cavabdeh2" tərəfindən müdaxilənin və ya maneənin mövcud olmadığı, mövcud faktiki yolun hazırda mövcud olmaması və cavabdeh "Cavabdeh2" tərəfindən zəbt olunması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir, cavabdeh tərəf isə iddiaçının bu dəlilini qəbul etmir. Göründüyü kimi iddiaçının istifadəsinə verilmiş Abşeron rayonu, 2 nömrəli sovxozu ərazisində yerləşən 2.5* ha torpaq sahəsindən istifadəsinə cavabdehlərin hər biri tərəfindən hansı maneçiliyin edildiyi sübut olunmur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçı ziyan vurulmasını əsaslandıran hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Mənəvi zərər isə digər iddia tələbindən asılı olan bir tələbdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1*96.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1*97.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2**2-ci il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *3.11.2**8-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*97-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *3.11.2**8-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*97-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, "xxxx" MMC-yə və Cavabdeh3 qarşı cavabdehlərin qanunazidd əməlləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar