Məhkəmə qərarları › İş №2(012)-1122/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1122/2021

06.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1122/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma» tələbinə dair mülki işə 06 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 3-cü küçə, 5-ci dalan, ev 8 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması, yaşayış hüququna xitam verilməsi və məişət qazına, Azərqaza olan 234 manatın ödənilməsi və ödədiyi dövlət rüsumunun Cavabdeh1 alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh1 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 3-cü küçə, 5-ci dalan, ev 8 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə, həmin evdən pasport qeydiyyatından çıxarılmalarına və ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 28.01.2020-ci il tarixdə 1 saylı Notariat ofisində onunla Cavabdeh1 arasında alğı-satqı müqaviləsi bağlanmış və Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 3-cü küçə, 5-ci dalan, ev 8 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini ona satmışdır. Cavabdeh2 razılıq ərizəsi də alınmışdır. Hazırda sözügedən alğı-satqı müqaviləsinin 10 və 13-cü bəndləri Cavabdeh1 tərəfindən pozulmuşdur və əməl edilmir. Aradan 1 ilə yaxın müddət keçməsinə baxmayaraq hazırda ona satılan evdən pasport qeydiyyatından çıxmamışlar. Belə hal onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AN-İ № ******* saylı, 28.01.2020-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında alğı-satqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən satıcı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 3-cü küçə, 5-ci dalan, ev 8 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 25000 manat qiymətinə alıcıya satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 3-cü küçə, 5-ci dalan, ev 8 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 52.7 kv.metr ölçülü mənzil ********** qeydiyyat nömrəsi ilə, 17.02.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən 27.02.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 3-cü küçə, 5-ci dalan, ev 8 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı ilə birgə Cavabdeh2 və Cavabdeh1 da qeydiyyatdadırlar. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 3-cü küçə, 5-ci dalan, ev 8 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 52.7 kv.metr ölçülü mənzili İddiaçı ilə Cavabdeh1 ilə arasında bağlanılmış, AN-İ № ******* saylı, 28.01.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə əldə etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış ilə öz adına qeydiyyata almışdır. Lakin iş materiallarında olan Asan- Sumqayıt tərəfindən 27.02.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 3-cü küçə, 5-ci dalan, ev 8 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı ilə birgə Cavabdeh2 və Cavabdeh1 da da qeydiyyatdadır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı göstərilən mənzillə bağlı sərbəst sərəncam və mülkiyyət hüquqlarını təmin olunması üçün cavabdehlərin fərdi yaşayış sahəsi üzrə istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququmülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iddia tələbinin Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 3-cü küçə, 5-ci dalan, ev 8 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları tələbi ilə bağlı qeyd edir ki, həmin tələbə məhkəmədə baxılmalı olmaması əsasları ilə xitam verilməli və bu barədə ayrıca qərardad qəbul edilməlidir. Məhkəmə iddia tələbinin bir hissəsinə məhkəmədə baxılmalı olmaması əsasları ilə xitam verilməsi nəticəsinə gəldiyindən hesab edir ki, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 3-cü küçə, 5-ci dalan, ev 8 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar