Məhkəmə qərarları › İş №2(012)-1144/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1144/2021

10.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1144/2021 10.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh şöbəsinə, İİİ şəxs X3rşı icra sənədinə əsasən pulun iddiaçıya qaytarılması təmin edilmədən iddiaçının mənzildən çıxarılmasının cavabdehə qadağan edilməsi tələbinə dаir iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh şöbəsinə, İİİ şəxs X3rşı icra sənədinə əsasən pulun iddiaçıya qaytarılması təmin edilmədən iddiaçının mənzildən çıxarılmasının cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 2(012)-5390/2018 saylı, xx xxxx 2020-ci il tarixli icra sənədinə əsasən qət edilmiş 23000 manat pulun İddiaçı qaytarılması təmin edilmədən, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26, bina 12, mənzil 15-dən çıxarılmasının Cavabdeh şöbəsinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, göstərmişdir ki, xx.xx.2021-ci il tarixli qərardadla daha əvvəl qəbul edilən xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmişdir. Yeni qərardadla onun hüquqları kobud surətdə pozulduğundan həmin qərardaddan şikayət verəcəkdir. Qərardad ona xx.xx.2021-ci il tarixdə rəsmi qaydada çatdırılmış və ondan şikayət etmə müddəti 10 gün xx.xx.2021-ci il tarixində bitəcəkdir. Odur ki, həmin tarixə qədər onun şikayət verməyini gözlənilməsi və yeni pozuntulara yol verilməməsi xahiş olunur. Cаvаbdеh Cavabdeh Şöbəsi və İİİ şəxs X6 məhkəmə iclаsının vахtı və yеri bаrədə lаzımi qаydаdа хəbərdаr еdilməsinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişdir. Bеlə оlаn hаldа məhkəmə, Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 185.5. mаddəsinə əsаsən işə оnun iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Məhkəmə hər iki tərəfin və İİİ şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olduğunu və üzürlü səbəb olmadan gəlmədiklərini nəzərə alaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi qənaətinə gəlmişdir. Məhkəmə, iş mаtеriаllаrını аrаşdırıb hеsаb еdir ki, məhkəmədə baxılmalı olmadığından hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Cavabdeh şöbəsinin böyük icra məmuru İlyas Həsənov tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında Qərardan görünür ki, "xxxx" MTK ilə cavabdeh İddiaçı arasında xxxx MTK-ya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə inşa edilən 12, saylı binada yerləşən 2 otaqlı 15 saylı mənzilin alqı-satqısma dair bağlanmış xx.xx.2018-ci il tarixli xxxx-0014 saylı müqavilə, kooperativə həmin mənzillə bağlı üzv qəbul olunmasına dair ümumi yığıncaq qərarları, protokolları və 22 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2018-ci il tarixli 7E 635 saylı iddiaçı X2 razılıq ərizəsi etibarsız hesab olunsun, cavabdeh İddiaçı "xxxx" MTK-ya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə inşa edilən 12 saylı binada yerləşən 2 otaqlı 15 saylı mənzildən çıxarılsın və mənzil tam boşaldılmaqla iddiaçı X2 1/2 hissədə paylı mülkiyyətinə (sahibliyinə və istifadəsinə) qaytarılsın, iddiaçı X2 mənzilə dair pozulmuş mülkiyyət (sahiblik və istifadə) hüquqları bərpa olunsun və o azyaşlı övladları ilə həmin mənzilə köçürülsün, cavabdeh X5 mənzilə görə ödənilmiş 23000 manat məbləğində pul tutularaq cavabdeh İddiaçı qaytarılsın, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdeh X5 tutularaq iddiaçı X4 verilməsin. İcraata başlamaq haqqında qərardan məlum olduğu kimi artıq Abşeron rayon Məhkəməsinin 2(012)-5390/2018-ci il tarixli Qətnaməsi icra mərhələsindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qeyd edir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-5390/2018-ci il tarixli Qətnaməsi icra mərhələsində olduğundan və hazırda iddia ərizəsində göstərilən tələbə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, İcra haqqında qanunun 14.1. maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Eyni zamanda həmin qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. İcra haqqında qanunvericilik, icra sənədi icra olunarkən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda sənədin izah olunması və icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi qaydalarını müəyyən etmişdir ki, bu isə icra mərhələlərinə məhkəməyə müraciət edilməsi ilə tənzimlənir. Eyni zamanda İcra haqqında qanunvericilik icra mərhələsində icra məmurunun hərəkət və hərəkətsizliyi barədə şikayət vermə qaydalarını da tənzimləmişdir. Belə ki, İcra haqqında Qanunun 87.1. maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Beləliklə məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-5390/2018-ci il tarixli Qətnaməsi icra mərhələsində olduğundan hazırkı iddia tələbinə iddia icraatı qaydasında baxıla bilməz və məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 62, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh şöbəsinə qarşı icra sənədinə əsasən pulun iddiaçıya qaytarılması təmin edilmədən iddiaçının mənzildən çıxarılmasının cavabdehə qadağan edilməsi tələbinə dаir imülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar