Məhkəmə qərarları › İş №2(012)-1156/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1156/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1156/2020 01.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, Məsləhətçi (məhkəmə iclas katibi) Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 məxsus və İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Kia Sportage” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1562.80 manat sığorta ödənişi məbləği və 30.40 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1593.20 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Howo yük” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ukrayna dairəsində manevr etmə qaydasını pozaraq X4 məxsus və İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Kia Sportage” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X4 maddi ziyan vurmuşdur.Baş vermiş yolnəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin CYP 473796 nömrəli inzibati xəta haqqında protokolunda öz əksini tapmışdır.Toqquşma nəticəsində avtomobilə dəymiş ziyanla bağlı “xxxxxxxxxxx” MMC-nin təqdim etdiyi xx.xx.2014-cü il tarixli Aktına uyğun olaraq, “Kia Sportage” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1955 manat zərər təyin edilmişdir. MİP-130434-B93 saylı sığorta müqaviləsinin 010728 saylı sığortaaktınaəsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 392.20 manat azadolmaməbləğiçıxılmaqla1562.80 manatsığorta ödənişi həyata keçirmişdir. Odur ki, X4 məxsus və İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Kia Sportage” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1562.80 manat sığorta ödənişi məbləği və 30.40 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1593.20 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçınınnümayəndəsi X6 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, mülkiyyətçi X2 cavabdeh qismində cəlb edilməsi və iddia tələbi üzrə vurulmuş 1562,80 manat məbləğində zərər məbləğinin və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1593,20 manat məbləğində pulun cavabdehlər X1 və Cavabdeh müştərək qaydada İddiaçı Sığorta ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi onun günahından olmuş, həmin vaxt maddi imkanı zəif olduğundan “Kia Sportage” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı ödəyə bilməmişdir. Odur ki, müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Digər cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən, həmçinin proses iştirakçılarının rəyini nəzərə alaraq məhkəmə işə digər cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan MİP-130434-B93 saylı xx.xx.2013-cü il tarixli sığorta şəhadətnaməsinin surətindən görünür ki, X4 məxsus “Kia Sportage” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdən başlayaraq, xx.xx.2018-ci il tarixədək İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X10 xx.xx.2014-cü il tarixdə tərtib etdiyi CYP 473796 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi“Howo yük” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ukrayna dairəsində manevr etmə qaydasını pozaraq X4 məxsus “Kia Sportage” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, ona maddi zərər yetirmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh xx.xx.2014-cü il tarixli izahatında qeyd etmişdir ki, o, etibarnamə əsasında idarə etdiyi “Howo yük” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neapol dairəsindən gələrək Ukrayna dairəsinə daxil olduğu zaman sol tərəfdən metronun “Əhmədli” stansiyası istiqamətində hərəkətdə olan X4 məxsus “Kia Sportage” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sağ küncündən vurmuşdur. İşdə olan “xxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli yekun aktından görünür ki, “Kia Sportage” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş, akt tərtib olunmuş və avtomobilə 1955 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. İşdə olan 010728 saylı, xx.xx.2014-cü il tarixli sığorta aktına əsasən X4 məxsus sığortalanmış “Kia Sportage” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 1955 manat müəyyən edilmiş və zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 392.20 manat franşiza (azadolma) məbləği çıxılmaqla, sığorta ödənişi 1562.80 manata bərabər nəzərdə tutulmuşdur. İşdə olan 2413 saylı, xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən aydın olur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X4 MİP-1 № 010728/2014 saylı sığorta aktına əsasən sığorta ödənişinə görə 1562.80 manat pul vəsaiti ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx xxxxx 2010-cu il tarixli, AB № 356598 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Howo yük” markalı, 2009-cu il buraxılışlı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 adına qeydiyyatdan keçmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli, ƏN-İV 427978 saylı etibarnamənin surətindən görünür ki, X5 həmin etibarnamə ilə “Howo yük” markalı, **-HL-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etməyi x xxxx 2015-ci il tarixədək Cavabdeh etibar etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh sığortaya olan borcunu 3 gün müddətinə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqazidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqazidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, aparılan hüquqi prosedurların nəticəsində Cavabdeh baş vermiş hadisədə təqsiri sübuta yetmiş və “Howo yük” markalı, 2009-cu il buraxılışlı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X5 tərəfindən Cavabdeh 1 illik müddətə etibar edilmiş, sonuncunun təqsirli hesab edildiyi yol nəqliyyat hadisəsi isə həmin müddət daxilində baş vermişdir. Belə olan halda mülki qanunvericiliyin tələblərini rəhbər tutmaqla, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi avtomobilin mülkiyyətçisinə deyil, onu hadisə zamanı qanuni əsaslarla idarə etmiş şəxsə - Cavabdeh münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 936.1-ci maddəsinə əsasənsubroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görəfaydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarından da məlum olduğu kimi İddiaçı Sığorta Şirkəti ASC baş vermiş hadisə ilə əlaqədar sığorta müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyini yerinə yetirərək lazım olan məbləğdə sığorta ödənişi etmiş və nəticədə onun subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Buna görə də məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini qismən əsaslı sayır və onun Cavabdeh münasibətdə təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh 1562.80 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30.40 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1562.80 (min beş yüz altmış iki manat, səksən qəpik) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1593.20 (min beş yüz doxsan üç manat, iyirmi qəpik) manat pul vəsaiti İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar