Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-120/2020 01.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ İ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qanuni nümayəndəsi X2 məhkəmə iclasında ərizə təqdim edərək, atası İddiaçı xx xxxxxx 2020-ci il tarixdə böyrək xəstəliyindən vəfat etdiyini bildirmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması zərurəti yarandığından, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ərizəyə əlavə olunmuş Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ №133669 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə böyrək xəstəliyindən vəfat etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı qanuni nümayəndəsi X2 mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlərlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-120/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-120/2020
01.12.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver