Məhkəmə qərarları › İş №2(012)-1212/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1212/2024

04.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1212/2024 04.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı X5 iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X10 cavabdehlər Cavabdeh qarşı mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh xx.xx.1989-cu il təvəllüdlü Manquliyeva (Zülfüqarova) Aygül Aydın qızının ona məxsus ünvan 1 ünvanından yaşayış-istifadə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi ev 8, 5-ci giriş, mənzil 58 mülkiyyət hüququ ilə ona məxsusdur. O həmin mənzildə ailəsi ilə birlikdə qeydiyyatdadır və orada daimi yaşayır. Lakin onlardan başqa mənzildə keçmiş gəlini Manquliyeva (Zülfüqarova) Aygül Aydın qızı da qeydiyyatdadır. Oğlu ilə onun nikahına 2016-cı ilə rəsmi qaydada xitam verilib. Hal-hazırda ölkə xaricində yaşayır. Həmin şəxs formal olaraq qeydiyyatdadır. Hal-hazırda cavabdehin ona məxsus mənzildə hələ də formal olaraq qeydiyyatda qalması onun hüquqlarımın pozulmasına, əlavə kommunal xərclər ödəməyinə səbəb olur. Cavabdehin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki, cavabdehin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə öz növbəsində onun mülkiyyət hüququma əsassız müdaxilə təşkil edir, o cavabdehə görə adambaşına hesaba alman kommunal xidmət haqları ödəməli olur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X10 iddia ərizəsininin təmin olunmasını xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, ünvan 1 mənzili iddiaçı X5 mülkiyyətində, istifadə və sahibliyindədir. Oğlu X1 (Zülfüqarova) Aygül Aydın qızı ilə 2009-cu ildə nikaha daxil olduğunu, nikaha daxil olduqları zaman az müddət həmin evdə yaşadığını, 2016-cı ildə isə nikahlarının pozulduğunu bildirmişdir. Nikahları pozulduqdan sonra keçmiş gəlninin başqası ilə nikaha daxil olduğunu qeyd etmişdir. Həmçinin Cavabdeh İsveç krallığında yaşadığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 4 mərtəbəli binanın 5-ci girişində, 4-cü mərtəbəsində yerləşən 59.8 kv.m ümumi, 46.8 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 58 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 160 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Asan Sumqayıt tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ******* saylı arayışdan görünür ki, Cavabdeh, X15, X17, X8, X11, X4, X12, X2 rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, ev 8, 5-ci giriş, mənzil 58-də qeydiyyatdadırlar. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmət tərəfindən X6 göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/4-15-Z-04-6/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə daxil olmuş müraciətə baxılmış, müraciətə əlavə edilmiş sənədlər əsasında E.Zülfüqarovun nikahı və nikahının pozulması haqqında məlumatlar «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmişdir. -Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X11 ilə X13 xx.xx.2009-cu ildə X9 nikah bağlanmış, xx.xx.2016-cı ildə İsveçdə nikah pozulmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, iddiaçı X10 və Cavabdeh ünvan 1-də qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək Azərbaycana giriş-çıxış etdiyi, sonuncu dəfə xx.xx.2019-cu ildə isə X20 Aeroportu vasitəsilə İstanbula uçuş etdiyi və Azərbaycana qayıtmadığı müəyyən olunmuşdur. -Abşeron rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli 047358 nömrəli vəsiqədən görünür ki, X10 müharibə veteranları üçün Azərbaycan Respublukasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı X5 X3 ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra Cavabdeh iddiaçı X5 mülkiyyətində olan ünvan 1-ə gəlin köçərək həmin evə qeydiyyata düşmüşdür. İddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikah xx.xx.2016-cı ildə pozulmuşdur. Nikahın pozulmasına baxmayaraq cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmağa davam etmiş və bu hal iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmış, bu səbəbdən də, iddiaçı mənzilə yaşayış-istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi tərəflər arasında nikaha daxil olması tarixi xx.xx.2009-cu ildə olduğundan, hüquq münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəllənin müafiq normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 228.2. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun tələbindən göründüyü kimi şəxsin mənzilə istifadə hüququ o zaman yaranır ki, həmin mənzilin mülkiyyətisi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlansın. İşin araşdırılan hallarından isə görünür ki, iddiaçı ilə onun keçmiş gəlni Cavabdeh arasında belə bir razılaşma olmamışdıır. Bundan əlavə cavabdeh iddiaçının oğlu ilə bağladığı nikah ləğv edilmiş, bu qeydiyyat şöbəsinin verdiyi arayışla öz təsdiqini tapmışdır. Cavabdeh hazırda ölkə hüdudlarından kənardadı. Ölkə hüdudlarından kənara uzun müddətdir ki, çıxması cavabdehin xarici ölkədə yaşamasını təsdiq edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanunun mətnindən məlum olduğu kimi yaşayış yeri və olduğu yer üzrə qeydiyyat şəxslərin uçota alınması, onların dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məqsədini daşıyır. Şəxs istifadə hüququ əsasında qaldığı yer və adətən yaşadığı yer üzrə qeydiyyata alınır. Şəxsin istifadə etmədiyi və yaşamadığı yerdə qeydiyyatda qalması onun uçot xarakterli qeydiyyatını formal edir. Mülki Məcəllənin:

152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə Qanunvericiliyin tələbinə əsasən cavabdehin iddiaçının mülküyyətində olan mənzilinə istifadə hüququ olmadığından iddia tələbi əsaslıdır və təmin edilməli, cavabdeh xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh ünvan 1-ə istifаdə hüququ itirilmiş hеsаb еdilməlidir. Məhkəmə еyni zаmаndа, hеsаb еdir ki, cаvаbdеhin iddiаçıyа məхsus mənzilə istifаdə hüququ itirilmiş hesab edildiyindən qətnаmənin nəticə hissəsində “hаzırkı qətnаmənin cаvаbdеhin mübаhisəli ünvаndаn yаşаyış yеri üzrə qеydiyyаtdаn çıхаrılmаsı üçün əsаs оlmаsı” göstərilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh ünvan 1-ə istifаdə hüququ itirilmiş hеsаb еdilsin. Qətnamə həmin şəxsin qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar