Məhkəmə qərarları › İş №2(012)-122/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-122/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-122/2023 19.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m yaşayış, 67.6 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması, satışdan əldə edilən puldan "xxxx" ASC-yə olan 93331,70 ABŞ dolları məbləğində əsas kredit borcu, 44947,82 ABŞ dolları faiz borcu olmaqla, cəmi 138279,52 ABŞ dolları məbləğində kredit borcunun və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 526,79 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m yaşayış, 67.6 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X11 arasında 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə "xxxx" ASC tərəfindən X6 illik 21 faiz dərəcəsi ilə 24 ay müddətinə 103000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, X2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m yaşayış, 67.6 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. X1 və ipotekaqoyan X4 vəfat etmişlər. "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab olaraq, Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 167 saylı arayışdan görünür ki, hazırda X2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalan, ev 4-də mərhumun nəvəsi 1987-ci il təvəllüdlü Cavabdeh yaşayır. Bu da Cavabdeh mirası faktiki qəbul etməsini təsdiq edir. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan, kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün bank tərəfindən "İpoteka haqqında" Qanunun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, 001/007/6262/2021 nömrəli bildiriş ipotekaqoyanın vərəsəsinə xx.xx.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirmədiyinə görə "xxxx" ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədi və bildirdi ki, iddia müddəti bank tərəfindən ötürüldüyü üçün iddia hər bir halda rədd olunmalıdır. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan "xxxx" ASC ilə X11 arasında imzalanmış 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X6 illik 21 faiz dərəcəsi ilə 24 ay müddətinə 103000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşin materiallarında olan 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 nömrəli ipoteka müqaviləsindən görünür ki, 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 nömrəli kredit müqaviləsinin təminatı olaraq, X2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m yaşayış, 67.6 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka qoyulmuşdur. İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X11 bank ilə bağlanmış 29 oktyabr 2014 il tarixli 100850-039/14 nömrəli kredit müqaviləsinə əsasən 21 faiz dərəcəsilə, 24 ay müddətinə 103000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Belə ki, 12 yanvar 2022 il tarixə borcalanın Banka 93331,7 ABŞ dolları əsas borc və 44947,82 ABŞ dolları faiz borcu olmaqla, cəmi 138279,52 ABŞ dolları borc təşkil edir. İş materiallarında olan AZ-İ 930397 saylı ölümhaqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında xx.xx.2018-ci il tarixli akt qeydindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 167 saylı arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi,1-ci küçə, dalan 1, 4 saylı fərdi yaşayış evi mərhum X3 məxsusdur. Hal-hazırda mərhumun evində nəvəsi-1987-ci il təvəllüdlü Cavabdeh yaşayır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC kredit müqaviləsi üzrə öhdəliklər barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bilidirşin dövlət qeydiyyatına alınması barədə "xxxx" ASC tərəfindən DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə müraciət edilmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli, MH ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi,1-ci küçə, dalan 1, 4 saylı fərdi yaşayış evi X3 məxsusdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, X3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi,1-ci küçə, dalan 1, 4 saylı fərdi yaşayış evi 29 oktyabr 2014-cü il tarixli, 100850- 039/14 nömrəli kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulmuşdur. İş materiallarında olan “X7 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi,1-ci küçə, dalan 1, 4 saylı fərdi yaşayış evinin bazar dəyəri 77700 manat, likvid dəyəri isə 69000 manatdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6845 saylı rəyindən görünür ki, X5 29 oktyabr 2014-cü il tarixli 100850-039/14 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixə 94936,65 ABŞ dolları əsas borc və 32950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 127887,58 ABŞ dolları borc təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-ci maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, X1 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 saylı kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən "xxxx" ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. X11 həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş, onun bu müqavilə üzrə xx.xx.2016-cı il tarixə (müqavilənin bitmə tarixi) 94936,65 ABŞ dolları əsas borc və 32950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 127887,58 ABŞ dolları borcu qalmışdır. Bu borc Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6845 saylı rəyi ilə tamamilə təsdiq edilir. Bununla belə, iddiaçı bank əsas borc olaraq cavabdehdən 93331,70 ABŞ dolları tələb etdiyindən, məhkəmə MPM-nin 218.3-cü maddəsinə əsasən hesab edir ki, əsas borc hissəsində cavabdehdən tutulmalı olan borc məhz bu məbləğdə olmalıdır. İş materiallarından görünür ki, Ə.Ə.Verdiyev xx.xx.2018-ci il tarixdə, ipotekaqoyan X4 isə xx.xx.2018-ci il tarixdə ölmüşdür. Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 167 saylı arayışla təsdiq olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi,1-ci küçə, dalan 1, 4 saylı fərdi yaşayış evi mərhum X3 məxsusdur və hazırda orada mərhumun nəvəsi - 1987-ci il təvəllüdlü Cavabdeh yaşayır. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə görə vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Qeyd edildiyi kimi, müqavilə üzrə bank qarşısında öhdəlik götürmüş Ə.Ə.Verdiyev xx.xx.2018-ci il tarixdə, ipotekaqoyan X4 isə xx.xx.2018-ci il tarixdə ölmüşdür. İpoteka öhdəlikləri (miras passivi) onun miras qalmış evində faktiki yaşayan nəvəsi Cavabdeh keçmişdir. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m yaşayış, 67.6 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin likvid dəyəri “X7 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli hesabatı ilə 69000 manat müəyyən edilmişdir. Lakin məhkəmə 8 il ərzində evin dəyərinin bu məbləğdə azalması ilə razılaşmır və ipoteka predmetinin likvid dəyərinin tərəflərin ipoteka müqaviləsi ilə razılaşdırdığı məbləğdə, yəni 90000 manat məbləğində olması qənaətinə gəlir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, tutma ipoteka predmeti olan mərhum X2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m yaşayış, 67.6 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan ilkin satış qiyməti 90000 manat müəyyən edilməklə satılmalı və satışdan əldə edilən vəsait 93331,70 ABŞ dolları əsas borc və 32950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 126282,63 ABŞ dolları borcun ödənməsinə yönəldilməli, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m yaşayış, 67.6 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən çıxarılmalı və həmin ev boşaldılmalıdır. Hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfin dəlili əsassızdır. Beləki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı ASC daha öncə X6 və X3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ilə hələ kredit müqaviləsi qüvvədə olan vaxt, xx.xx.2016-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-88/2019 saylı qərardadı ilə iddia ərizəsi MPM-nin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmış, hazırki iddia isə xx.xx.2022-ci il tarixdə qaldırılmışdır. Mövcud qanunvericiliyə görə müqavilələrdən doğan öhdəliklər üzrə iddia müddəti 3 il təşkil etdiyindən, məhkəmə hesab edir ki, "xxxx" ASC hazırki tələblə məhkəməyə vaxtında müraciət etmiş, iddia müddətini ötürməmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat, iddia ərizəsinin verilməsi üçün 526,79 manat pul ödənilmişdir. Bundan başqa, məhkəməmühasibatlıq ekspertizası üçün tələb edilən məbləğ 200 manat təşkil edir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu üçün 526,79 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, habelə 30 manat xidmət haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, 200 manat vəsait isə Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Tutma "xxxx" ASC-nin xeyrinə ipotekaya qoyulmuş Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m yaşayış, 67.6 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılsın. İpoteka predmetinin açıq hərracda ilkin satış qiyməti 90000 manat müəyyən edilsin. Satışdan əldə edilən puldan "xxxx" ASC-yə olan 93331,70 ABŞ dolları məbləğində əsas borc və 32950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 126282,63 ABŞ dolları məbləğində kredit borcu (ödəniş anında manata olan məzənnə ilə), ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat, iddia ərizəsinin verilməsi üçün köçürülmüş 526,79 manat dövlət rüsumu Cavabdeh (X8) tutularaq "xxxx" ASC-yə ödənilsin. İpoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh (X8) Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m yaşayış, 67.6 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən çıxarılsın və həmin ev boşaldılsın. Cavabdeh (X8) 200 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar