Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1235/2023 05.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil2, Cavabdehlər Cavabdeh4 və onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdehlər Cavabdeh3, Əzizova (Dadaşova) Səxavət Dadaş qızının, Həmidova (Dadaşova) Şahnaz Dadaş qızının, Cəbiyeva (Dadaşova) Xanım Dadaş qızının və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Əzizova (Dadaşova) Səxavət Dadaş qızına, Həmidova (Dadaşova) Şahnaz Dadaş qızına, Cəbiyeva (Dadaşova) Xanım Dadaş qızına, Cavabdeh1 və Cavabdeh7 qarşı əmlakın real bölgüsü, kompensasiya tələbi və ya əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Əzizova (Dadaşova) Səxavət Dadaş qızına, Həmidova (Dadaşova) Şahnaz Dadaş qızına, Cəbiyeva (Dadaşova) Xanım Dadaş qızına, Cavabdeh1 və Cavabdeh7 qarşı əmlakın real bölgüsü, kompensasiya tələbi və ya əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 0.17 ha torpaq sahəsinin paylara uyğun tərəflər arasında naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsində iki ədəd ev vardır. Onun tikdiyi evin sənədi vardır, cavabdehlərin yaşadığı evin isə sənədi yoxdur. Həmin ev Cavabdeh1 tərəfindən tikilmiş, lakin hazırda, həmin evdə yaşamır. Atası vəfat edəndən sonra vərəsəlik yolu ilə ev alınmamış, atanın adında qalmışdır. Mülki işlə bağlı müəyyən dəqiqləşmələr aparılmalı olduğundan ona görə də ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil2 iddia ərizəsini müdafiə etməyərək izahatında göstərmişdir ki, hazırki vəziyyətdə iddia ərizəsinin təmin olunması mümkün deyildir. Belə ki, mübahisəli daşınmaz əmlak üzərində tərəflərin payları müəyyən edilməmişdir. Mirasın qəbulu ilə bağlı vərəsəlik şəhadətnaməsi və çıxarışlar mövcud deyildir. Bu səbəbdən də, bu vəziyyətdə iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün olmadığından iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi-vəkili Vəkil1 iddia ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı nümayəndəsi-vəkili Vəkil2 izahatını təsdiq edir. Belə ki, mübahisəli daşınmaz əmlakla bağlı vərəsəlik əldə olunmamış və paylar müəyyən edilməmişdir. Belə olan təqdirdə iddia ərizəsinə mahiyyəti üzrə baxılması mümkün deyildir. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Əzizova (Dadaşova) Səxavət Dadaş qızı, Həmidova (Dadaşova) Şahnaz Dadaş qızı, Cəbiyeva (Dadaşova) Xanım Dadaş qızı və Cavabdeh1 ərizəni qəbul edərək, mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişlər. Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiaçı mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdehlər isə iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Əzizova (Dadaşova) Səxavət Dadaş qızına, Həmidova (Dadaşova) Şahnaz Dadaş qızına, Cəbiyeva (Dadaşova) Xanım Dadaş qızına, Cavabdeh1 və Cavabdeh7 qarşı əmlakın real bölgüsü, kompensasiya tələbi və ya əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1235/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1235/2023
05.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver