Məhkəmə qərarları › İş №2(012)-1246/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1246/2021

16.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1246/2021 16.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ziyan aktı əsasında hesablanmış 3.368 manat məbləğində pul vəsaitinin əvəzinin və 2.000 manat məbləğində mənəvi zərərin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 aprel 2020-ci il tarixdə saat 19 radələrində cavabdeh X5 idarə etdiyi “Zil 130” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Vulkan kafesinin yanında X13 istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən həmin yolun döngəli hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməyərək, yəni sürücü diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsi üçün təhlükə yaratmamalı olduğu halda, buna riayət etməyərək qarşı yola çıxmış, həmin vaxtı əks istiqamətli yol ilə hərəkətdə olan sürücü İddiaçı idarə etdiyi “VAZ 21074” markalı, **-RV-*** dövlət qeydiyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə toqquşmuş, nəticədə sonuncu avtomobilin sürücüsü İddiaçı “sağ əlin İİİ və İV əl daraq sümüklərinin qapalı yerdəyişməyən sınığı” kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətlərini ehtiyatsızlıqdan yetirmiş, iddiaçının istifadəsində olmuş “VAZ 21074” markalı avtomobilə 3.368 manat dəyərində maddi ziyan vurmuşdur. Cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxs İddiaçı barəsində yol nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətin ağırlıq dərəcəsinin müəyyən edilməsi məqsədilə tibbi ekspertizanın təyin edilməsinə dair qərar qəbul edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE PA ETTB-nin Abşeron rayon şöbəsinin 768 saylı 27.04.2020-ci il tarixli məhkəmə tibbi ekspertiasının rəyinə görə 1994cü il təvəllüdlü İddiaçı məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlərin - sağ əlin İİİ və İV əl daraq sümüklərinin qapalı yerdəyişməyən sınığı bərk küt əşyanın təsirindən törənməsi, qərarda göstərildiyi qaydada 23.04.2020-ci il tarixdə salonda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olduğu müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)- 497/2020 nömrəli 06.11.2020-ci il tarixli hökmü ilə Seyidağəməmməd Adğözəlov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancın dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasının təyin edilməsi, Seyidağəməmməd Adgözəlovun islah işləri cəzasını əsas iş yeri üzrə çəkməsi və həmin cəzanın müddətinin qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanması, X4 təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddətinin hökmün qanuni qüvvəyə mindiyi andan hesablanması, X3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək saxlanılması, hökmün icrasının Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsinə və Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməsi, iş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı gələcəkdə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqlarının olmasının izah olunması hökm edilmişdir. Hazırda cavabdehdən iddiaçının xeyrinə “VAZ 21074” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmış ehtiyat hissələrinin və avtomobilin sökülüb yığılmasına, təmirinə və rənglənməsinə "xxxx" ASC-nin X1 “AVTOVAZ SERVİS MƏRKƏZİ”-nin avtoekspert X11 ziyan aktı əsasında hesablanmış 3.358 manat məbləğində pul vəsaitinin əvəzinin və eyni zamanda 2.000 manat məbləğində mənəvi zərərin tutularaq ödənilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli 1(012)- 497/2020 saylı hökmünün surətindən görünür ki, X5 23 aprel 2020-ci il tarixdə saat 19 radələrində idarə etdiyi «Zil 130» markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşınla Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Vulkan kafesinin yanında Qobu PB-si istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən həmin yolun döngəli hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməyərək, yəni sürücü diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsi üçün təhlükə yaratmamalı olduğu halda, buna riayət etməyərək qarşı yola çıxmış, həmin vaxtı əks istiqamətli yol ilə hərəkətdə olan sürücü İddiaçı idarə etdiyi “VAZ 21074” markalı, **-RV-*** dövlət qeydiyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə toqquşmuş, nəticədə sonuncu avtomobilin sürücüsü İddiaçı “sağ əlin İİİ və İV əl daraq sümüklərinin qapalı yerdəyişməyən sınığı” kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətlərini ehtiyatsızlıqdan yetirmiş, İddiaçı istifadəsində olmuş “VAZ 21074” markalı avtomobilə 3.368 manat dəyərində maddi ziyan vurulmuşdur. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancın dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasının təyin edilməsi, X3 islah işləri cəzasını əsas iş yeri üzrə çəkməsi və həmin cəzanın müddətinin qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanması, X4 təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddətinin hökmün qanuni qüvvəyə mindiyi andan hesablanması, X3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək saxlanılması, hökmün icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinə və Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməsi, iş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı gələcəkdə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqlarının olmasının izah olunması hökm edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin X1 “AVTOVAZ SERVİS MƏRKƏZİ”-nin avtoekspert X12 tərəfindən təqdim edilmiş ziyan aktından görünür ki, “VAZ 21074” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri üçün 1.243 manat, avtomobilin təmir işləri üçün 2.125 manat, cəmi 3.368 manat tələb olunur. İş materiallarında olan 03.12.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli, 9/2665 nömrəli ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC-nin 27.04.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Vaz 21074” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3.068 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, 23 aprel 2020-ci il tarixdə cavabdeh X5 idarə etdiyi “Zil 130” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı məxsus “VAZ 21074” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Eyni zamanda, cavabdeh törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan iddiaçının “sağ əlin İİİ və İV əl daraq sümüklərinin qapalı yerdəyişməyən sınığı” kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəyinə əsasən “VAZ 21074” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3.068 manat məbləğində zərər dəymişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 100 manat təşkil edir. Məhkəmə iddia tələbinin “cavabdehdən ziyan aktı əsasında hesablanmış 3.368 manat məbləğində pul vəsaitinin əvəzinin iddiaçının xeyrinə tutulması” hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmə ekspertizasının rəyi nəzərə alınaraq iddia bu hissədə qismən təmin edilərək avtomobilə dəymiş zərərə görə 3.068 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 2.000 manat məbləğində mənəvi zərərin iddiaçının xeyrinə tutulması” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi isə göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X9rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Məhkəmə işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı mənəvi zərərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməsə də, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində az ağır bədən xəsarəti alması ilə onun mənəvi sarsıntı və iztirablar çəkməsi mövcuddur. Ona görə də, məhkəmə hesab edir ki, mənəvi zərər ədalətli və ağlabatan məbləğdə qiymətləndirilməlidir. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək mənəvi zərərin məbləğini 500 manat məbləğində müəyyən edir və qeyd edir ki, həmin məbləğ cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğindəki hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə 100 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 80 manatı cavabdehə, 20 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X2 dəymiş maddi ziyanın əvəzi olaraq 3.068 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində, cəmi 3.588 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. X2 80 manat, İddiaçı isə 20 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar