Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1247/2021 11.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı Cavabdeh2 və Cavabdeh1 şöbəsinə qarşı qərarların etibarsız hesab edilməsi, qərarın dayandırılması və torpaq sahəsinə qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia ərizəsinə xx xxxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı Cavabdeh2 və Cavabdeh1 şöbəsinə qarşı qərarların etibarsız hesab edilməsi, qərarın dayandırılması və torpaq sahəsinə qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati tənbeh vermə haqqında Cavabdeh2 ******* nömrəli, xx.xx.2019-cu il tarixli və ******* nömrəli, xx.xx.2019cu il tarixli qərarlarının etibarsız hesab edilməsi, Cavabdeh1 şöbəsinin icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərarının dayandırılması və yekun nəticədə Cavabdeh2 və digər təşkilatların torpaq sahəsinə edilən qanunsuz müdaxilələrinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsində cavabdehlərə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyi üçün, habelə həmin tələblərə bir icraatda baxılması mümkün olmadığından Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki,iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı Cavabdeh2 ******* nömrəli, xx.xx.2019-cu il tarixli və ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərarlarının etibarsız hesab edilməsini məhkəmədən xahiş edir, hansı ki, həmin qərarla iddiaçı İXM-nin 244.2 və 144.1 maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə hər bir maddə üzrə 1000 manat, cəmi 2000 manat cərimə olunmuşdur. Qeyd edilən iddia tələbinə göründüyü kimi iddia icraatı qaydasında baxılması mümkün deyildir.İddiaçının qeyd edilən qərardan inzibati orqanın yuxarı icra orqanına və ya məhkəməyə şikayət vermək hüququ vardır. İddia tələbinin Cavabdeh1 şöbəsinin icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərarının dayandırılması və yekun nəticədə Cavabdeh2 və digər təşkilatların torpaq sahəsinə edilən qanunsuz müdaxilələrinə son qoyulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki,“İcra haqqında” Qanunun 29-cu maddəsində icraatda tərəflərin (tələbkar və borclu) hüquq və vəzifələri nəzərdə tutulmuşdur. Onların sırasına icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququ da daxil edilmişdir. Qeyd olunmalıdır ki, MPM-in 29-cu fəslində xüsusi iddia icraatı qaydasında müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin, o cümlədən icra məmurunun qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə baxılmasını tənzimləyən prosessual qaydalar müəyyən edilmişdir. MPM-in 25.2-ci maddəsi ilə bu növ mübahisələrin baxılması ümumi məhkəmələrə aid olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi maraqlı tərəfin icra məmurunun qərarından məhkəməyə şikayət vermək hüququ olduğundan iddiaçı hazırkı halda şikayət ərizəsi ilə deyil, icra orqanının hərəkətlərinin mübahisələndirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət hüququ vardır. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etməsi izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263, 264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı Cavabdeh2 və Cavabdeh1 şöbəsinə qarşı qərarların etibarsız hesab edilməsi, qərarın dayandırılması və torpaq sahəsinə qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, iddiaçı yenidən məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1247/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1247/2021
11.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver