Məhkəmə qərarları › İş №2(012)-130/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-130/2020

20.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-130/2020 20.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah vaxtı əldə edilmiş əmlakın bölünməsi tələbinə” dair ilk, Cavabdeh İddiaçı “qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın müəyyən edilməsi, müəyyən olunmuş əmlakın 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah vaxtı əldə edilmiş əmlakın bölünməsi tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 23 saylı küçəsində inşa edilmiş bina 14, mərtəbə 5 də yerləşən, ümumi sahəsi 86.3 kv.m olan 2 otaqlı 29 nömrəli mənzili aralarında bölünməsinə, evin üçdə iki hissəsinə onun, üçdə bir hissəsinə cavabdehin mülkiyyət hüququnun tanınması, həmçinin ** XH *** seriya nömrəli GreatWall avtomobilin dəyərinin yarısının (5000 manat) ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın müəyyən edilməsi, müəyyən olunmuş əmlakın ½ hissəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin 23 saylı küçəsində inşa edilmiş, bina 14, mərtəbə 5-də yerləşən, ümumi sahəsi 86,3 kv.metr olan, iki otaqlı, 29 nömrəli mənzildə olan mebellərin dəyəri olan 15000 manatın ½ hissəsi yəni 7500 manatı cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflər qarşılıqlı razılığa gələrək barışıq sazişi bağladıqlarını bildirmiş və sadə yazılı formada bağladıqları barışıq sazişini məhkəməyə təqdim edərək onun təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Barışıq sazişinin şərtləri:

1. lkin İddia üzrə Cavabdehlə “AAAF-Park” arasında bağlanmış müqavilə əsasında Abşeron Rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti 167 ünvanda “AAAF-Park” yaşayış massivinin 23 saylı küçəsində inşa edilmiş bina 14, mərtəbə 5-də yerləşən, ümumi sahəsi 86.3 kv m olan 2 otaqlı 29 nömrəli mənzilə dair müqavilə ilkin iddia üzrə İddiaçı adına rəsmiləşdirilir.

2. İlkin İddia üzrə İddiaçı Cavabdeh məxsus ** XH *** qeydiyyat nömrə nişanlı Great Wall markalı avtomobilin qiymətinin yarısını ona verilməsi tələbindən imtina edir və həmin avtomobil Cavabdeh tam mülkiyyətində saxlanılır.

3. İlkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək Abşeron Rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti 167 ünvanda “AAAF-Park” yaşayış massivinin 23 saylı küçəsində inşa edilmiş bina 14, mərtəbə 5-də yerləşən, ümumi sahəsi 86.3 kv m olan 2 otaqlı 29 nömrəli mənzildə olan dəyəri 15000 (on beş min) manatın 1/2 hissəsi yəni 7500 manatın cavabdehdən alınıb ona verilməsi tələbindən imtina edir və birgə nikah dövründə alınmış mebellər qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı saxlanılır.

4. Tərəflər sazişin şərtlərində nəzərdə tutulmuş öhdəliklərə əməl etmədiyi halda, tərəflərin birinin ərizəsinə əsasən barışıq sazişi ümumi qaydada icraya yönəldiləcək.

5. Saziş üç nüsxədə tərtib edilir.

6. Sazişin əsli məhkəmədə, sürətləri isə tərəflərdə qalır.

Məhkəmə, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, tərəfləri dinləyib, eləcə də, mülki işin digər materiallarını araşdırıb belə nəticəyə gəlir ki, onun şərtləri tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini, habelə üçüncü şəxslərin hüquqlarını pozmur və həmin şərtlər onların qarşılıqlı münasibətlərinə uyğun gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3. maddəsində göstərilir ki, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5. maddəsinin mənasından görünür ki, tərəflərin barışıq sazişi qanunazidd deyilsə və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmursa, məhkəmə belə hərəkətləri qəbul edir. Eyni zamanda, həmin Məcəllənin 191.2. maddəsinin mahiyyətindən görünür ki, işə baxan məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə, həmin sazişin şərtləri göstərilməklə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və şərtləri təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı “birgə nikah vaxtı əldə edilmiş əmlakın bölünməsi tələbinə” dair ilk, Cavabdeh İddiaçı “qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın müəyyən edilməsi, müəyyən olunmuş əmlakın 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə tərəflərin barışıq sazişi aşağıdakı şərtləri ilə təsdiq edilsin:

1. İlkin İddia üzrə Cavabdehlə “AAAF-Park” arasında bağlanmış müqavilə əsasında Abşeron Rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti 167 ünvanda “AAAF-Park” yaşayış massivinin 23 saylı küçəsində inşa edilmiş bina 14, mərtəbə 5-də yerləşən, ümumi sahəsi 86.3 kv m olan 2 otaqlı 29 nömrəli mənzilə dair müqavilə ilkin iddia üzrə İddiaçı adına rəsmiləşdirilir.

2. İlkin İddia üzrə İddiaçı Cavabdeh məxsus ** XH *** qeydiyyat nömrə nişanlı Great Wall markalı avtomobilin qiymətinin yarısını ona verilməsi tələbindən imtina edir və həmin avtomobil Cavabdeh tam mülkiyyətində saxlanılır.

3. İlkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək Abşeron Rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti 167 ünvanda “AAAF-Park” yaşayış massivinin 23 saylı küçəsində inşa edilmiş bina 14, mərtəbə 5-də yerləşən, ümumi sahəsi 86.3 kv m olan 2 otaqlı 29 nömrəli mənzildə olan dəyəri 15000 (on beş min) manatın 1/2 hissəsi yəni 7500 manatın cavabdehdən alınıb ona verilməsi tələbindən imtina edir və birgə nikah dövründə alınmış mebellər qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı saxlanılır.

4. Tərəflər sazişin şərtlərində nəzərdə tutulmuş öhdəliklərə əməl etmədiyi halda, tərəflərin birinin ərizəsinə əsasən barışıq sazişi ümumi qaydada icraya yönəldiləcək.

5. Saziş üç nüsxədə tərtib edilir.

6. Sazişin əsli məhkəmədə, sürətləri isə tərəflərdə qalır. 2(012)-130/2020 №-li mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar