Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1318/2021 12.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Lakin hazırki iş üzrə İddiaçı Cavabdeh2, Azərbaycan Respublikası Maliyyə Nazirliyini və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə cavabdeh kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlar vərəqələrindən görünür ki, Cavabdeh2 hüquqi ünvanı ünvan 1 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun 83 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 121-dir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edərək hesab edir ki, iddia tələbinə ərazi aidiyyəti üzrə cavabdeh təşkilatlardan birinin hüquqi ünvanının olduğu yerdə baxılmalı olduğundan, İddiaçı cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1318/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1318/2021
12.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver