Məhkəmə qərarları › İş №2(012)-1354/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1354/2020

03.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1354/2020 03.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, Cavabdeh ilə barışdığını və aralarında mübahisə qalmadığını bildirmişdir. Buna görə də, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, İddiaçı ilə barışdığını və aralarında mübahisə qalmadığını bildirmişdir. Buna görə də, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla əlaqədar və Azərbaycan Respublikası MPM-nin 52 və 191-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə qəbul olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsahakim iş üzrə icraata xitam verməlidir. Buna görə də məhkəmə hesab edir ki,İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dairmülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 262- 264,267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardad elan olunduğu vaxtdan, elan vaxtı iclasda iştirak edən şəxslər, rəsmi qaydada verildikdən sonra isə digər şəxslər 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar