Məhkəmə qərarları › İş №2(012)-139/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-139/2022

17.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-139/2022 17.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Özçelebi Nadirin vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Özçelebi Nadirin Cavabdeh qarşı «əmlaka dair payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Özçelebi Nadir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun və Cavabdeh paylı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, X6 küçəsi, ev 42 ünvanında yerləşən 206,90 kvm-lik fərdi yaşayış evindən və 0,06 ha-lıq torpaq sahəsindən onun xüsusi mülkiyyətində olan 2/5 hissə payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Özçelebi Nadir məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, **********83-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun və Cavabdeh paylı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, X6 küçəsi, ev 42 ünvanında yerləşən 206,90 kvm-lik fərdi yaşayış evindən və 0,06 ha-lıq torpaq sahəsindən onun xüsusi mülkiyyətində olan 2/5 hissə payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Özçelebi Nadirin vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında bildirdi ki, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Abşeron rayonu, Masazır kəndi, X6 küçəsi, ev 42 ünvanında yerləşən 206,90 kvm-lik fərdi yaşayış evi və 0,06 ha-lıq torpaq sahəsi üzrə 3/5 hissə pay Cavabdeh, 2/5 hissə pay iddiaçı Özçelebi Nadirin xüsusi mülkiyyətindədir. İddiaçı Özçelebi Nadir ilə Cavabdeh arasında olan nikah uzun müddətdir ki, faktiki olaraq davam etməmiş və həmin nikah AZ-İ № 324054 saylı 15 may 2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən 28 fevral 2019-cu il tarixdə rəsmi surətdə ləğv edilmişdir. Odur ki, iddiaçı və cavabdehin qeyd edilən fərdi yaşayış evindən və torpaq sahəsindən birlikdə istifadə etmələri qeyri-mümkündür. Həmin fərdi yaşayış evinin və torpaq sahəsinin bölünməsi və ya payın ayrılması üsulu və şərtləri haqqında iddiaçı və cavabdehin arasında razılaşma yoxdur. Belə olan halda iddiaçı sözügüdən fərdi yaşayış evi və torpaq sahəsi üzrə öz payının naturada ayrılmasını tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə müvafiq olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Beləliklə, yuxarıda göstərilmiş maddi hüquq normalarından iki əsas nəticəyə gəlmək olar. Birincisi, paylı mülkiyyətin istənilən mülkiyyətçisi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması hüququna malik olmaqla yanaşı, bunun üsulu və şərtləri haqqında digər mülkiyyətçilərlə razılığa gələ bilmədikdə həmin məsələnin məhkəmə qaydasında həll edilməsini tələb edə bilər. İkincisi, paylı mülkiyyətdə olan əşyanın bölünməsinin və ya ondan payın ayırmasının konkret və dəqiq hüquqi mexanizmi mövcuddur. Eyni zamanda qeyd edilməlidir ki, göstərilmiş bu iki əsas nəticə bir digəri ilə sıx əlaqəlidir və ayrılıqda yanaşılması düzgün deyildir. Burada xüsusi olaraq qeyd edilməlidir ki, paylı mülkiyyətin istənilən mülkiyyətçisi ümumi paylı mülkiyyətin digər mülkiyyətçisi ilə birlikdə həmin paylı mülkiyyətin paylı mülkiyyətçisi statusunda qalmaq istəmədiyi halda, bu məsələni ümumi paylı mülkiyyətin digər mülkiyyətçisinin mülkiyyət hüququna xələl gətirmək və onu pozmaqla deyil, öz payının paylı mülkiyyətdən naturada ayrılması şəklində məhkəmə qaydasında həll edə bilər. Belə ki, demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır və müqəddəsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını eləcədə maraqlarını qorumaq məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Göstərilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında bildirdi ki, söügedən Abşeron rayonu, Masazır kəndi, X6 küçəsi, ev 42 ünvanında yerləşən 206,90 kvm-lik fərdi yaşayış evi rəsmi olaraq qeydiyyatdan keçmişdir. İş materiallarında olan X4 Şöbəsi tərəfindən verilmiş AZ-İ № 324054 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X1 ilə Cavabdeh arasındakı nikah 28 fevral 2019-cu il tarixində ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, X6 küçəsi, ev 42 ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 206.90 kv.metr olan fərdi yaşayış evinə 3/5 hissədə pay Cavabdeh adına, 2/5 hissədə isə pay Özçelebi Nadirin adına ********** qeydiyyat nömrəsi, xx.xx.2019-cu il qeydiyyat tarixli ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2022-ci il tarixli, 10/217 saylı ekspert rəyindən görünür ki, Özçelebi Nadirə mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) və Cavabdeh mülkiyyət hüquq ilə məxsus olan (xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) Abşeron rayonu, Masazır kəndi, X6 küçəsi, ev 42 ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 206.90 kv.metr olan fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin tərəflərin paylarına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-2040/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2022-ci il tarixli, 10/217 saylı ekspert rəyindən göründüyü kimi Özçelebi Nadirə mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) və Cavabdeh mülkiyyət hüquq ilə məxsus olan (xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) Abşeron rayonu, Masazır kəndi, X6 küçəsi, ev 42 ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 206.90 kv.metr olan fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin tərəflərin paylarına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Hazırki işdən görünür ki, tərəflərin mübahisələndirdiyi Abşeron rayonu, Masazır kəndi, X6 küçəsi, ev 42 ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 206.90 kv.metr olan fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin paylara uyğun olaraq naturada, təcrid olunmuş şəkildə bölünməsi mümkün deyildir, bu hal iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2022-ci il tarixli, 10/217 saylı ekspert rəyi ilə təstiq olunur və həmin rəyi təkzib edəcək digər sübut müəyyən edilməmişdir. Qanun isə paylı mülkiyyətin mülkiyyətçisinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququnun olmasını, əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malik olmasını təsbit edir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci iddiaçı Özçelebi Nadirdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Özçelebi Nadirin Cavabdeh qarşı **********83-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun və Cavabdeh paylı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, X6 küçəsi, ev 42 ünvanında yerləşən 206,90 kvm-lik fərdi yaşayış evindən və 0,06 ha-lıq torpaq sahəsindən onun xüsusi mülkiyyətində olan 2/5 hissə payın naturada ayrılması barədə iddia ərizəsi rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci iddiaçı Özçelebi Nadirdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar