Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1427/2020 15.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə İddiaçı «xxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4500 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq «xxxxxxxxxxxxx» ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək bildirdi ki, «xxxxxxxxxxxxx» ASC-də xx xxxxxx 2017-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Vaz 21074” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxx 2018-ci il tarixdə Abşeron rayonu ərazisində baş vermis yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi “Vaz 21074” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmiş, bundan başqa X3 ağır bədən xəsarəti yetirilmişdir. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh1 sərxoş halda olmuş və sürücülük hüququ olmadan avtomobili idarə etmişdir. Zərərçəkənə avtomoblin zədələnməsi və bədən xəsarəti ilə əlaqədar cəmi 4500 manat məbləğində sığorta ödənişi verilmişdir. Bunlara əsasən, o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan «xxxxxxxxxxxxx» ASC-nin icbari sığorta müqaviləsinə dair məlumat vərəqəsindən görünür ki, sığortaçı «xxxxxxxxxxxxx» ASC ilə sığortalı Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə «Vaz 21074» ** DO *** markalı avtonəqliyyat vasitəsi üçün 1 il müddətinə PGU177253857 saylı sığorta müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə aktdan görünür ki, zədələnmiş «Lada Niva» Markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 3000 manat həcmində olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, PGU-181768 №-li sığorta aktından görünür ki, «xxxxxxxxxxxxx» ASC tərəfindən sığortalanmış «Vaz 21074» markalı, 90 DO 68 dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2017-ci il tarixdə Abşeron rayonunda yol nəqliyyat hadisəsi törədərək «Lada Niva» Markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 3000 manat müəyyən edilmiş və nağd şəkildə sığortalı X3 ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, PGU-190560 №-li sığorta aktından görünür ki, «xxxxxxxxxxxxx» ASC tərəfindən sığortalanmış «Vaz 21074» markalı, 90 DO 68 dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2017-ci il tarixdə Abşeron rayonunda yol nəqliyyat hadisəsi törədərək «Lada Niva» Markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə X3 ağır bədən xəsarəti yetirilmiş, xəsarətlə bağlı maddi ziyanın ümumi məbləği 1500 manat müəyyən edilmiş və nağd şəkildə sığortalı X3 ödənilmişdir. İş materiallarında olan İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 49/2019 saylı hökmündən görünür ki, Cavabdeh1 AR CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı təşkilatın nümayəndəsini dinləyib, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı işin müəyyən olunmuş faktiki hallarında görünür ki, Cavabdeh2 məxsus «Vaz 21074» markalı, 90 DO 68 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi «xxxxxxxxxxxxx» ASC tərəfindən PGU177253857 nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış, xx xxxxxx 2017-ci il tarixdə avtomobili etibarnamə üzrə idarə edən Cavabdeh1 tərəfindən «Lada Niva» Markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yolnəqliyyat hadisəsi nəticəsində 3000 manat məbləğində, həmin avtonəqliyyat vasitəsində olan X1 ümumilikdə 1500 manat zərər vurulmuşdur. Ona görə də məhkəmə yuxarıda qeyd olunan faktiki hallara istinad edərək hesab edir ki, iddiaçı təşkilatın sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 4500 manat sığorta ödənişinin məbləğini cavadehdən tələb etmək hüququ vardır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən, avonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat və bir manat bank xərci də cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin digər Cavabdeh3 qarşı hissəsi ilə bağlı qeyd edir ki,iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki,iddiaçı təşkilat Cavabdeh3a nisbətdə iddianın təmin olunmasına əsas verən sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər İmanovRəşadFəxrəddinoğlu və İmanovFəxrəddinSiyaboğlundan iddiaçı «xxxxxxxxxxxxx» ASC-nin xeyrinə 4500 manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 manat dövlət rüsümu tutulsun. İddia tələbi digər Cavabdeh3na aid hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1427/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1427/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver