Məhkəmə qərarları › İş №2(012)-1428/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1428/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1428/2021 02.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh və üçüncü şəxs X2 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki işə 02 noyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 22.08.2019-cu il tarixli, XDEN00153-17/19A saylı kredit müqaviləsinin, ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 24.11.2020-ci il tarixinə olan 14908,59 manat əsas borc, 2590,24 manat faiz borcu, 33,02 manat dəbbə borcu, ümumilikdə 17532,05 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 22.08.2019-cu il tarixli, XDEN-00153-17/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət üzrə Cavabdeh məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə tutulması, fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmədə izahatında bildirdi ki, İddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 22.08.2019-cu il tarixli XDEN- 00153-17/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 17000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh 22.08.2019-cu il tarixdə iddiaçıyla XDENG-00153-17/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini ipotekaya qoymuşdur. Sonrakı ipoteka predmeti Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə X4 arasında Sumqayıt şəhərində bağlanmış 06.08.2018-ci il tarixli DEN-00051-17/18A saylı kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə X4 arasında bağlanmış 06.08.2018-ci il tarixli DENG-00051-17/18A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və ünvanladığı etirazda bildirdi ki, iddiaçı Bank "xxxx" ASC ona, üçüncü şəxs X2 qarşı «kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək onunla bank arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini, həmin kredit müqaviləsindən irəli gələn 24.11.2020-ci il tarixinə olan 14908.59 manat əsas borcun, 2590.24 manat faiz borcunun, 33.02 manat manat dəbbə borcunun, ümumilikdə 17532.05 manat məbləc borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının məndən bankın xeyrinə tutulmasını, onunla bağlanmış ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüquq üzrə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsini, fərdi yaşayış evinin açıq hərracda satılmasını və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit boru ödəməzsə qalan məbləğin məndən tutulmasını, fərdi yaşayış evində qeydiyyatda olduğu üçün onun fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC ona, üçüncü X2 qarşı «kredit müqaviləsinin ləğvi, kredit müq üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və fərdi yaşayış evinin boşaldılması te dair» iddia ərizəsi ilə aşağıda göstəridlənlərə əsasən razı deyildir. Düzdür, o, Bank "xxxx" ASC ilə onun arasında bağlanmış 22.08.201 tarixli XDEN-00153-17/19A saylı kredit müqaviləsinə əsasən, bank ona istifadəsi üçün 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 17.000 manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit vermişdir və o həmin kredit məbləğini qabiliyyətinə uyğun olaraq aylıq ödənişlərlə qaytarmaq şərti ilə öhdəlik götürmüşdür. Eyni zamanda kreditin təminatı olaraq 22.08.2019-cu il tarixli XDENG-00153-saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə özünə məxs Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0.05 he sahəsini və üzərində yerləşən fərdi yaşayış evini ipotekaya qoymuşdur. O, 17.000 manat borcundan ödənişlər etsə də, sonradan Koronavirus (Covid 19) infeksiyası ilə bağlı tətbiq edilmiş edilmiş karantin rejimi işim dayandığından kredit ödənişlərini edə bilməmiş və onun borcları yaranmışdır. Lakin iddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən onun koronavirus (Covid 19) infeksiyası ilə bağlı tətbiq edilmiş karantin rejimi ilə bağlı zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkar olmağını nəzərə almamış, sözügedən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 14908.59 manat əsas borca əlavə 2590.24 manat faiz borcu, 33.02 manat dəbbə borcu hesablayaraq, ümumilikdə 17532.05 manat məbləğində borcun tutulmasını tələb etmişdir. Halbuki, həmin tələb olunan məbləğ o, pandemiya şəraitində zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyekti olduğu üçün yaranmışdır. Koronavirus (Covid 19) infeksiyası ilə bağlı tətbiq edilmiş karantin rejimi ilə bağlı zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət tərəfindən dəstəklənməsi tədbirlərinin davam etdirilməsi nəzərə alınmaqla Azərbaycan Mərkəzi Bankın (AMB) requlyativ siyasətinin iqtisadiyyatın dəstəklənməsi üzrə hökumət siyasəti ilə sinxronlaşdırılması məqsədilə, kredit təşkilatlarının tənzimləmə yükünün azaldılması və maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunması istiqamətində 30 dekabr 2020-ci il tarixinədək qəbul edilmiş qərarların və tövsiyələrin tətbiqi müddətinin 1 aprel 2021-ci il tarixinədək, daha sonra 01 iyul 2021 -ci il tarixədək uzadılması məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020ci il tarixli, 1950 nömrəli Sərəcamına və Nazirlər Kabineti tərəfindən qəbul edilmiş «Tədbirlər Planı»nın və sair icrası çərçivəsində tədbirlərlə bağlı kredit təşkilatlarına əlavə cərimə, faiz, dəbbə pulu və digər cərimələrin hesablanmaması tövsiyə edilmişdir. Lakin iddiaçı bank Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən onun koronavirus (Covid 19) infeksiyası ilə bağlı tətbiq edilmiş karantin rejimi ilə bağlı zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkar olmağını nəzərə almadan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki o, koronavirus (Covid 19) infeksiyası ilə bağlı işi dayandığından ödəmə qabiliyyətini itirmiş və işi bərpa olunduqdan sonra kredit borcunu ödəməkdən imtina etməmişdir. Hazırki vəziyyətdə Bankın hərəkətləri nəticəsində ailəsiylə yaşadığı yeganə yaşayış yerini itirmək təhlükəsi qarşısındadır. Belə ki, o, ailəlidir, himayəsində həyat yoldaşı, iki tələbə övladı vardır və onlar pullu təhsil alırlar. Evini itirdiyi təqdirdə ailəsinin hansı səfalət içinə düşəcəyini bir ailə başçısı kimi gözəl anlayır. Yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçı Bank "xxxx" ASC ona, üçüncü şəxs X2 qarşı «kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi təmin edilməməli, əsas borca əsassız hesablanmış faiz və dəbbə borcları silinməli, ailəsiylə yaşadığı yeganə yaşayış yerinin satılmasının qarşısı məhkəmə tərəfindən alınmalıdır. Ona görə də məhkəmədən xahiş edir ki, iddiaçı Bank "xxxx" ASC ona, üçüncü şəxs X2 qarşı «kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və fərdi yaşayış evinin boşaldılması tələbinə dair» iddia ərizəsinin rədd edilməsi, əsas borca əsassız hesablanmış faiz və dəbbə borclarının silinməsi barədə məhkəmə tərəfindən qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 22.08.2019-cu il tarixli XDEN-00153-17/19A saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 17000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. İş materiallarında olan 22.08.2019-cu il tarixli, XDENG-00153-17/19A saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, 22.08.2019-cu il tarixli XDEN-00153-17/19A saylı kredit müqaviləsinin təminatı qismində Cavabdeh ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini ipotekaya qoymuşdur. İş materiallarında olan 24.11.2020-ci il tarixli arayışdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 22.08.2019-cu il tarixli XDEN-00153-17/19A saylı kredit müqaviləsinə əsasən 24.11.2020-ci il tarixə borcu Cavabdeh banka 14908,59 manat əsas borc, 2590,24 manat faiz borcu, 33,22 manat dəbbə borcu, ümumilikdə 17532,05 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 12 avqust 2021-ci il tarixli, 315/E №-li ekspert rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən yarımtikili 120 kv.m və torpaq sahəsi isə 0,05 ha torpaq sahəsinin bazar qiymətinin bazar qiymətinə uyğun likvid dəyəri 35000 (otuz beş min) manat müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 22.08.2019-cu il tarixli XDEN-00153-17/19A saylı kredit müqaviləsi və 22.08.2019-cu il tarixli, XDENG-00153-17/19A saylı sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyil. Belə ki, məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-1428/2021 saylı, 25.06.2021-ci il tarixli qərardadları ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 12 avqust 2021-ci il tarixli, 315/E №-li ekspert rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən yarımtikili 120 kv.m və torpaq sahəs isə 0,05 ha torpaq sahəsinin bazar qiymətinin bazar qiymətinə uyğun likvid dəyəri 35000 (otuz beş min) manat müəyyən edilmişdir.Məhkəmə ekspertiza rəyini tədqiq edib, hesab edir ki, həmin rəyini təkzib edən digər sübutlar mövcud olmadığından, iddia tələbi həmin rəy əsasında qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 22.08.2019-cu il tarixli XDEN-00153-17/19A saylı kredit müqaviləsi üzrə Cavabdeh (borcalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini, ona hesablanmış faizləri və cəriməni kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün çavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 33,02 manat məbləğində cərimə pulu cavadehin onsuzda ağır olan maddi durumunu daha da ağırlaşdıra bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 5 manat məbləğində olmalıdır. Məhkəmə Cavabdeh kredit ödənişlərini ardıcıl olaraq uzun müddət ödəməməsini müqavilənin əhəmiyyətli pozuntusu kimi qiymətləndirir və Mülki Məcəllənin 421-ci maddəsinin tələbləri baxımından iddiaçının müqavilənin vaxtından əvvəl ləğv edilməsi tələbini qanuni sayır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, bağlanılmış 22.08.2019-cu il tarixli XDEN- 00153-17/19A saylı kredit müqaviləsi ləğv olunmalıdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, "xxxx" ASC-nin Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərinə əsasən, Cavabdeh mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan sonra həmin ev boşaldılmalı və Banka təhvil verilməlidir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması hissəsində hesab edir ki, iddia bu hissədə də konkret olmadığından və bu barədə mötəbər sübutlar təqdim edilmədiyindən təmin oluna bilməz. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat, 0.40 manat bank xidməti haqqı və həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 22.08.2019-cu il tarixli XDEN-00153- 17/19A saylı kredit müqaviləsi ləğv edilsin. Həmin kredit müqaviləsindən irəli gələn 24.11.2020-ci il tarixinə olan 14908,59 manat əsas borc, 2590,24 manat faiz borcu, 5 manat dəbbə borcu, ümumilikdə 17503,83 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh ilə bağlanılan 22.08.2019-cu il tarixli, XDENG-00153-17/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə nvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldilsin, açıq hərracda satılsın, həmin ipoteka ilə təmin edilmiş kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilsin və ipoteka ilə yüklü edilmiş əmlakın likvid qiyməti 35000 manat məbləğində müəyyən edilsin. Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilsin və həmin əmlak boşaldılsın. İddia tələbi ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar