Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-367/2022 24.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 24 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 10.237,87 manat əsas, 97,30 manat faiz və 169,53 manat cərimə borcu olmaqla, cəmi 10.504,70 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 1ində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış, 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə 0.025 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun ünvan 1ində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış, 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.025 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan ünvan 1ində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış, 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.025 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin ünvan 1ində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış, 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.025 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 24 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 60 ay müddətinə 10.256 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki ünvan 1ində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış, 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.025 ha torpaq sahəsi 24 dekabr 2019-cu il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 03 sentyabr 2021-ci il tarixədək Cavabdeh 24 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 10.237,87 manat əsas, 97,30 manat faiz borcu və 169,53 manat cərimə borcu olmaqla, ümumilikdə 10.504,70 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Bu səbəbdən də qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibət bildirməmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 24 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 10.237,87 manat əsas, 97,30 manat faiz və 169,53 manat cərimə borcu olmaqla, cəmi 10.504,70 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 1ində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış, 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə 0.025 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun ünvan 1ində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış, 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.025 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan ünvan 1ində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış, 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.025 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin ünvan 1ində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış, 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.025 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Daha sonra məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 24 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 9.957,66 manat əsas, 95,72 manat faiz və 327,71 manat cərimə borcu olmaqla, cəmi 10.381,09 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 1ində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış, 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə 0.025 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun ünvan 1ində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış, 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.025 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan ünvan 1ində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış, 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.025 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin ünvan 1ində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış, 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.025 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, özünə məxsus fərdi yaşayış evini ipotekaya qoyub İddiaçı Açıq Səhmdar Cəmiyyətindən kredit götürmüşdür. Pandemiya ilə bağlı işləmədiyinə görə ödənişləri edə bilməmişdir. Həmçinin 2 (iki) qardaşı var, onlar xəstədirlər və onlara da o, baxır. Hazırda 1 (bir) ilə yaxındır ki, ödənişləri davam etdirir. Sonuncu dəfə sentyabr ayında 500 manat məbləğində banka ödəniş etmişdir. İpoteka predmeti olan evi 65.000 manata satışa çıxarmışdır. Lakin alıcı yoxdur ki, evini satıb banka olan borcu tam şəkildə qaytarsın. Borcun ödənilməsindən yayınmır. Sadəcə borcun qaytarılması üçün vaxta ehtiyacı vardır. Eləcə də bankla arasında bağlanmış ipoteka müqaviləsində ona məxsus fərdi yaşayış evinin dəyəri aşağı 45.000 manat göstərilmişdir. Halbuki, evi dəyəri 65.000 manatdır. Bu səbəbdən də ipoteka predmetinin ipoteka müqaviləsinə müəyyən edilmiş dəyərinə də etiraz edir. Həmçinin qeyd edir ki, ondan tələb edilən cərimə borcu çoxdur. Bu səbəbdən də iddia tələbinin cərimə borcu hissəsinə etiraz edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: “Kreditor” İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 12 saylı filialı ilə “Borcalan” Cavabdeh arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli 24-G-1-0-787-14 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor borcalana 10.256 manat olan krediti 01 faizlə 60 ay müddətinə vermiş, borcalan isə razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə kreditora qaytarmağı öhdəsinə götürmüşdür. 24 dekabr 2019-cu il tarixli 24-G-1-0-787-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 10.256 manat əsas borc və bu məbləğ üzrə 313,39 manat faiz məbləği olmaqla, cəmi 10.569,39 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. 29 dekabr 2019-cu il tarixli 24-G-1-0-787-14 nömrəli ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan və ipoteka qoyan Cavabdeh arasında bağlanmış sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1i ünvanında yerləşən 68.1 kv.m sahədən ibarət 2 otaqlı fərdi yaşayış evi 24 dekabr 2019-cu il tarixli 24-G-1-0-787-14 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın bazar dəyəri 45.000 manat dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0.025 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 102 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məxsus ünvan 1ində mülkiyyətində olan 0.025 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi "xxxx" İKB ASC-nin 12 saylı filialı tərəfindən ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 102 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi xx.xx.2014-cü il, qeydiyyat nömrəsi **********, əsas öhdəlik xx.xx.2014-cü il tarixli 24-G- 1-0-787-14 nömrəli kredit müqaviləsi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh məxsus ünvan 1ində yerləşən 0.025 ha torpaq sahəsi və onun üzərində yerləşən 68.1 kv.m sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC tərəfindən ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 102 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, əsas öhdəlik xx.xx.2019-cu il tarixli 24-G-1-0-787-14 nömrəli kredit müqaviləsi. Abşeron RİHB-ın Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 01 sentyabr 2014-cü il tarixdə verilmiş 1585 nömrəli arayışın surətindən görünür ki, ünvan 1ində yerləşən evdə Cavabdeh qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1ində qeydiyyatdadır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan və yol qaiməsindən görünür ki, sonuncu bank qarşısında olan borcunu 5 gün müddətində ödəməsi barədə xəbərdar olunmuşdur. xx.xx.2021-ci il tarixli bildirişin surətindən, yol qaiməsindən və xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdar edilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24 dekabr 2019-cu il tarixli 24-G-1-0-787-14 saylı kredit müqaviləsi üzrə 10.237,87 manat əsas borc, 97,30 manat faiz borcu, 169,53 manat cərimə borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24 dekabr 2019-cu il tarixli 24-G-1-0-787-14 saylı kredit müqaviləsi üzrə 9.957,66 manat əsas borc, 95,72 manat faiz borcu, 327,71 manat cərimə borcu vardır. Ödəniş haqqında elektron xidmətlər portalından çıxarışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ƏEM/Y 52-052/22 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1ində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış, 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.025 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixə bazar dəyəri 72.000 manat, likvid dəyəri 68.000 müəyyən edilmişdir. Xidmət haqqı "xxxx" MMC-nin tarif cədvəlinə müvafiq olaraq 250 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli 24-G- 1-0-787-14 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə illik 1 faiz dərəcəsi olmaqla 10.256 manat məbləğində kredit verilmişdir. Borcalan Cavabdeh 24 dekabr 2019-cu il tarixli 24-G-1-0-787-14 nömrəli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə bank tərəfindən Cavabdeh 24 dekabr 2019-cu il tarixli 24-G-1-0-787-14 nömrəli kredit müqaviləsi üzrə 9.957,66 manat əsas, 95,72 manat faiz və 327,71 manat cərimə olmaqla, cəmi 10.381,09 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəbdən məhkəmə qeyd edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli, iddia ərizəsində qeyd olunmuş 327,71 manat cərimənin məbləği azaldılmalı, 7,71 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, o həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, iddia bu hissədə qismən əsaslı olduğu üçün qismən təmin edilməli, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh 9.957,66 manat əsas borc, 95,72 manat faiz borcu və 7,71 manat cərimə borcu olmaqla, cəmi 10.061,09 manat məbləğində kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Həmin Qanunun 39.1-ci maddəsinin görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə öhdəliyin Cavabdeh tərəfindən icra edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olmaqla təmin edilməli, tələb ipoteka predmeti olan ünvan 1ində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış və 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin torpaq sahəsi və ev açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, torpaq sahəsi və ev hərracdan satılandan 1 (bir) ay sonra cavabdehin həmin torpaq sahəsi və fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilməli, cavabdeh həmin fərdi yaşayış evindən çıxarılmalı, həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılmalı və banka təhvil verilməlidir. İddia tələbinin “torpaq sahəsi və ev hərracdan satılandan 1 (bir) ay sonra digər şəxslərin həmin torpaq sahəsi və fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan əsassız hesab edilməli və təmin edilməməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 1ində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin likvid dəyəri mütəxəssis rəyində qeyd edildiyi kimi 68.000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, habelə 30 manat xidmət haqqı olmaqla, cəmi 70 manat pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, iş üzrə mütəxəssis rəyi üzrə xidmət haqqı 250 manat təşkil edir. Məhkəmə hesab edir ki, xidmət haqqı Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 9.957,66 (doqquz min doqquz yüz əlli yeddi manat, altmış altı qəpik) manat əsas borc, 95,72 (doxsan beş manat, yetmiş iki qəpik) manat faiz borcu, 7,71 (yeddi manat, yetmiş bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 10.061,09 (on min altmış bir manat, doqquz qəpik) manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumu üçün 70 (yetmiş) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, ipoteka predmeti olan ünvan 1ində yerləşən 0.025 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış və 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 68.000 manat müəyyən edilməli, tələb ipoteka predmeti olan ünvan 1i ünvanında yerləşən 0.025 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış və 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin torpaq sahəsi və ev açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, ünvan 1ində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış və 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi hərracdan satılandan 1 (bir) ay sonra Cavabdeh həmin torpaq sahəsindən və evdən istifadə hüququ itirilmiş hesab edilməli, o həmin fərdi yaşayış evindən çıxarılmalı, həmin torpaq sahəsi və ev boşaldılmalı və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, mütəxəssis rəyi üzrə xidmət haqqı olan 250 (iki yüz əlli) manat Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9.957,66 (doqquz min doqquz yüz əlli yeddi manat, altmış altı qəpik) manat əsas borc, 95,72 (doxsan beş manat, yetmiş iki qəpik) manat faiz borcu, 7,71 (yeddi manat, yetmiş bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 10.061,09 (on min altmış bir manat, doqquz qəpik) manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumu üçün 70 (yetmiş) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmeti olan ünvan 1ində yerləşən 0.025 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış və 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 68.000 manat müəyyən edilsin. Tələb ipoteka predmeti olan ünvan 1ində yerləşən 0.025 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış və 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. ünvan 1ində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış və 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilsin. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. ünvan 1ində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış və 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi hərracdan satılandan 1 (bir) ay sonra Cavabdeh həmin torpaq sahəsindən və evdən istifadə hüququ itirilmiş hesab edilsin, o həmin fərdi yaşayış evindən çıxarılsın, həmin torpaq sahəsi və ev boşaldılsın və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssis rəyi üzrə xidmət haqqı olan 250 (iki yüz əlli) manat Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-367/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-367/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver