Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-143/2021 15.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7, Cavabdeh, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsinin mütəxəssisi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma, aparılmış tikilinin cavabdehin öz hesabına sökülməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma, aparılmış tikilinin cavabdehin öz hesabına sökülməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahəsinin ona qaytarılması, cavabdehin ona məxsus torpaq sahəsində inşa etdiyi hasarın, daş və metal konstruksiyadan ibarət yarımtikilinin, habelə əkmiş olduğu ağacların onun öz vəsaiti hesabına müvafiq olaraq sökülməsi və çıxarılması, torpaq sahəsinin ilkin vəziyyətinin bərpa edilməsi, vicdansız sahib kimi Cavabdeh ona vurmuş olduğu maddi ziyanın əvəzi olaraq 3000 manat, mənəvi ziyanın əvəzi olaraq 5000 manat pulun Cavabdeh tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X18 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, oğlu X8 ilə X15, X9, X5, X10 və X4 arasında bağlanmış 24.02.2007-ci il tarixli torpaq alğı-satqı müqaviləsinə əsasən sonuncular öz birgə mülkiyyətlərində olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, ümumi sahəsi 0,282813 ha olan torpaqdan 0,05 ha olan hissəsini oğlu B.Bəhmənova satmışlar. Bundan sonra B.Bəhmənov sözügedən torpaq sahəsini Azərbaycan Respublikası DƏDRX-də 23.08.2007-ci il tarixdə dövlət qeydiyyatından keçirməklə bu barədə MH seriyalı, ******* seriya nömrəli, **********70 reyestr nömrəli, ********* qeydiyyat nömrəli olan çıxarış əldə etmişdir. Bundan sonra B.Bəhmənov 28.09.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında sözügedən torpaq sahəsini iddiaçı yəni anası İddiaçı bağışlamışdır. Öz növbəsində İddiaçı da həmin torpaq sahəsini Azərbaycan Respublikası DƏDRX-də xüsusi mülkiyyət kimi öz adına 13.10.2016-cı il tarixdə dövlət reyestrində qeydiyyata aldıraraq, RX seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********70 olan çıxarış əldə etmişdir. Sözügedən sənəd iddiaçının həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu tanıyan sənəddir. Lakin bunlara baxmayaraq, Cavabdeh heç bir qanuni əsas olmadan, özbaşına şəkildə iddiaçıya məxsus torpağın bir hissəsini zəbt edərək, həmin ərazini daş hasara almış, ərazidə ağaclar əkərək, özünə məxsus torpaq sahəsinə qatmışdır. Dəfələrlə bu barədə cavabdehə məlumat verilmiş, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən mütəxəssislər çağırmış, cavabdehin iştirakı ilə torpağa baxış keçirilmiş, hər dəfəsində mütəxəssis Cavabdeh iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus torpaq sahəsini qanunsuz zəbt etdiyini bildirmiş, lakin yenə də cavabdeh öz əməllərindən çəkinməmiş, günü bu gün də iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozmaqda davam etməkdə və həmin ərazidə daş və metal konstruksiyalı tikinti işlərini aparmaqdadır. Bir daha qeyd edilməlidir ki, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etdiyini və həmin torpaq sahəsinə vicdansız sahiblik etdiyini bilmişdir, belə ki, əvvəldə də göstərildiyi kimi bu faktı DƏDRX-in 4 saylı Ərazi idarəsindən bir neçə dəfə çağırılmış mütəxəssislər cavabdehin özünə qanunsuz zəbt faktı barədə məlumat vermiş və onu göstərilən torpaq sahəsini boşaltmağa dəvət etmişlər, lakin bunlar bir nəticə verməmişdir. Beləliklə İddiaçı özünə məxsus torpaqdan yararlanmaq və onu bütövlükdə əkib-becərmək hüququndan və imkanından qanunsuz şəkildə məhrum edilmişdir. Qanunvericiliyin göstərilən normalarının mənasından göründüyü kimi torpağın xüsusi mülkiyyətçisi olaraq, cavabdehdən bütün müddət üçün torpaqdan yararlana bilməməsi, oradan bəhrə götürə bilməməsinin əvəzi olaraq ondan iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın əvəzini tələb etmək hüququ vardır. Bu baxımdan hesab edir ki, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsində inşa etdiyi hasar, hasar daxilində inşa etdiyi daş və metal konstruksiyadan ibarət yarımtikili, habelə əkmiş olduğu ağaclar onun öz hesabına sökülməli və çıxarılmalı, həmin hasar mülkiyyət hüququnu təsdiq edən çıxarışda və onun əsasında verilmiş Torpaq sahəsinin plan və ölçüsündə göstərilən sərhəddə inşa edilməli və bütün bu müddət ərzində mülkiyyətindən məhrum olmağı səbəbindən iddiaçıya dəymiş maddi ziyanın əvəzi olaraq 3000 manat, mənəvi ziyanın əvəzi olaraq 5000 manat Cavabdeh alınaraq, iddiaçıya ödənilməlidir. Bu səbəbdən də iddiaçı məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.08.2021-ci il tarixli 10/2687 saylı rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11.11.2020-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.232813 ha torpaq sahəsi onun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 39 saylı reyestr kitabının 7 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********71 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. O, özünə məxsus olan torpaq sahəsində metal kontruksiyalar və tikililər inşa etmişdir. Məhkəmə tərəfindən dəvət olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsinin mütəxəssisi X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsinin 24.05.2021-ci il tarixli **********36 saylı mütəxəssis rəyinə münasibət bildirərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11.11.2020-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.232813 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 39 saylı reyestr kitabının 7 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********71 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsindən 0.5 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. Həmin ərazidə olan zeytun, meyvə və şam ağacları iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ərazisinə düşür. Ümumiyyətlə, uyğunsuzluq bütün torpaq sahələrinə məxsudur. Belə ki, əgər hər hansı bir torpaq sahəsinin naturada bölgüsü araşdırılsa, Binəqədi-Novxanı yolunda olan Mehdiabad torpaqları ümumilikdə yerində uyğunsuzluq təşkil edir. Baza məlumatlarına əsasən bir torpaq sahəsinin yeri dəyişdirilə, başqa torpaq sahəsinin ərazisinə girmiş ola bilər, bu isə bütün ərazilərin dəyişdirilməsi deməkdir. Mövcud şəraitdə isə iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşür. Cavabdehin mülkiyyətində olan torpaq sahəsinin 0.66 ha hissəsi isə hasara alınmış torpaq sahəsindən şimalda yerləşir. Metal konstruksiyalar və tikililər isə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ərazisinə düşmür. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X1, X9, X5, X4 və X10 ilə alıcı X8 arasında bağlanmış 24.02.2007-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,282813 ha olan torpaqdan 0,05 ha olan hissəsini alıcıya 3000 manata satmışlar. -Hədiyyə verən X8 ilə hədiyyə alan İddiaçı arasında bağlanmış 28.09.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsini hədiyyə alanın mülkiyyətinə vermiş, hədiyyə alan isə torpaq sahəsini xüsusi mülkiyyətinə qəbul etmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13.10.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 39 saylı reyestr kitabının 6 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********70 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11.11.2020-ci il tarixli MA seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.232813 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 39 saylı reyestr kitabının 7 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********71 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Bakı-Binəqədi RPİ tərəfindən verilmiş 07.09.2009-cu il tarixli AZE № 07521795 saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 09.01.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi 7-ci döngə 4A saylı evdə qeydiyyatdadır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.12.2020-ci il tarixli 10/1677 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: -İddiaçı adına 13.10.2016-cı il tarixdə **********70 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan torpaq sahəsinin naturada üst-üstə düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır. -Cavabdeh adına 11.11.2010-cu il tarixdə **********71 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,232813 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan torpaq sahəsinin naturada üst-üstə düşübdüşməməsinin araşdırılması mümkün olmamışdır. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsinin 24.05.2021-ci il tarixli **********36 saylı rəyindən görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-143/2021 nömrəli 16.02.2021-ci il tarixli qərardadına əsasən mütəxəssisin cəlb edilməsi haqqında qərarın icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 09.04.2021-ci il tarixdə daxil olmuş müraciətə baxılmışdır. Müayinə baxışı keçirilən zaman məlum olmuşdur ki; 1-ci suala cavab: Daşınmaz Əmlakın dövlət reyestrindən **********70 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə dair İddiaçı naturada göstərdiyi yer faktiki olaraq Cavabdeh mişar daşla hasarlayaraq istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Ərazidə ümumi DWG uyğunsuzluğu mövcuddur. 2-ci suala cavab: Cavabdeh adına 11.11.2010-cu il tarixdə, **********71 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.232813 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Sənəd üzrə torpaq sahəsinin 0.066 ha hissəsi daş hasardan kənarda yerləşir. 3-cü suala cavab: Cavabdeh tərəfindən inşa edilmiş tikililər X11 torpaq sahəsinə düşmür. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.08.2021-ci il tarixli 10/2687 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Rauf Qarayevin imzası ilə təsdiq edilmiş 24 may 2021-ci il tarixli məktubla göndərilmiş, mütəxəssis rəyinə əsasən: -Daşınmaz Əmlakın Dövlət reyestrindən **********70 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə dair İddiaçı naturada göstərdiyi yer faktiki olaraq Cavabdeh mişar daşla hasarlayaraq istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Ərazidə ümumi DWG uyğunsuzluğu mövcuddur. - Cavabdeh adına 11.11.2010-cu il tarixdə, **********71 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.232813 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Sənəd üzrə torpaq sahəsinin 0.066 ha hissəsi daş hasardan kənarda yerləşir. Cavabdeh tərəfindən inşa edilmiş tikililər X11 torpaq sahəsinə düşmür. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, hazırki iş üzrə mübahisə predmeti olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsini İddiaçı oğlu X8 24.02.2007-ci il tarixli alqısatqı müqaviləsinə əsasən almış və həmin torpaq sahəsini 28.09.2016-cı il tarixdə iddiaçı anası İddiaçı bağışlamışdır. Həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13.10.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 39 saylı reyestr kitabının 6 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********70 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinə dair İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahəsinin ona qaytarılması, cavabdehin ona məxsus torpaq sahəsində inşa etdiyi hasarın, daş və metal konstruksiyadan ibarət yarımtikilinin, habelə əkmiş olduğu ağacların onun öz vəsaiti hesabına müvafiq olaraq sökülməsi və çıxarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 102.1. maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə Abşeron rayon Məhkəməsinin 20.02.2020-ci il tarixli 2(012)-841/2020 saylı qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, həmin qərardad əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.12.2020-ci il tarixli 10/1677 saylı rəyinə əsasən İddiaçı adına qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin, həmçinin, Cavabdeh adına qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,232813 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarının və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan torpaq sahəsinin naturada üst-üstə düşüb-düşməməsinin araşdırılması mümkün olmadığından, mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertiza təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.08.2021-ci il tarixli 10/2687 saylı rəyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən Daşınmaz Əmlakın Dövlət reyestrindən **********70 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə dair İddiaçı naturada göstərdiyi yerin faktiki olaraq Cavabdeh mişar daşla hasarlayaraq istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü, ərazidə ümumi DWG uyğunsuzluğunun mövcud olduğu, Cavabdeh adına 11.11.2010-cu il tarixdə, **********71 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.232813 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olduğu, sənəd üzrə torpaq sahəsinin 0.066 ha hissəsinin daş hasardan kənarda yerləşdiyi, Cavabdeh tərəfindən inşa edilmiş tikililərin X11 torpaq sahəsinə düşmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə ikinci rəyi əsas götürüb mülki iş materiallarında olan digər sənədlərlə yanaşı qiymətləndirib belə nəticəyə gəlir ki, rəy əsaslıdır və Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən əsas sübut növü kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):
152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları, ekspert rəyini mütəxəssisin izahatını, qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Daşınmaz Əmlakın Dövlət reyestrindən **********70 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə dair İddiaçı naturada göstərdiyi yer faktiki olaraq Cavabdeh mişar daşla hasarlayaraq istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin Cavabdeh adına 11.11.2010-cu il tarixdə, **********71 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.232813 ha torpaq sahəsi sənəd üzrə 0.066 ha hissəsi daş hasardan kənarda yerləşdiyindən, Cavabdeh tərəfindən inşa edilmiş tikililər X11 torpaq sahəsinə düşmədiyindən iddia ərizəsi qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş 0.05 ha torpaq sahəsi ilkin vəziyyətə qaytarılmaqla iddiaçıya geri qaytarılmalı, cavabdeh tərəfindən hasarlanmış mişar daş onun hesabına sökülməlidir. Məhkəmə, İddiaçı cavabdeh tərəfindən ona vurulmuş 3000 manat maddi ziyan tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən həqiqətən də həmin məbləğdə maddi ziyanın vurulmasına dair mötəbər təkzib olunmaz sübutlar məhkəməyə təqdim olunmadığından məhkəmə iddia tələblərini bu hissədə əsassız hesab edib təmin etmir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X12 haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X12 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə də əsassız hesab edilərək təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 100 manat (50+50=100 manat) pul vəsaitinin 50 manat hissəsi iddiaçının özünə, 50 manat hissəsi isə cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13.10.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 39 saylı reyestr kitabının 6 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********70 reyestr nömrəsi ilə qeydiyyata alınmış, Cavabdeh tərəfindən zəbt edilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi ilkin vəziyyətə qaytarılmaqla və cavabdeh tərəfindən hasarlanmış mişar daş onun hesabına sökülməklə iddiaçıya geri qaytarılsın. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaitinin 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov